“Virtus” yola Banki ilə davam edəcək

20.09.2023 15:15 196
Dünya futbolu
İtaliyanın “Virtus” basketbol klubu rəsmi saytında Luka Bankinin baş məşqçi təyin olunduğunu xəbər verib.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis sonuncu dünya çempionatının ən yaxşı məşqçisi sayılıb.

Onun “sükanı arxasında” olduğu Latviya yığması turniri 5-ci yerdə başa vurub. 2021-ci ildən bəri Bolonya klubunu çalışdıran Serco Skariolo isə mövsümlərarası dövrdə rəhbərliyi tənqid etdiyinə görə qovulub.