Prezident Ançelottiyə görə qəzəbləndi

10.07.2023 22:35 201
Dünya futbolu
Hazırda “Real”ın “sükanı arxasında” olan Karlo Ançelottinin bir ildən sonra Braziliya yığmasını çalışdırmağa başlayacağını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, maraqlıdı ki, bu anlaşma Braziliya prezidentinin xoşuna gəlməyib. Luis İnasio Lula da Silva yerli futbol qurumunun italiyalı mütəxəssislə anlaşmasına özünəməxsus şəkildə reaksiya verib:
“Ançelotti heç vaxt İtaliya yığmasının baş məşqçisi olmayıb. O, heç sonuncu dünya çempionatında oynamayan İtaliyanın problemlərini niyə həll etməsin ki?!”.