• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bonuççi “Yuventus”u yalançı çıxardı - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

18-09-2023, 22:0

Leonardo Bonuççi ilə “Yuventus” arasında qalmaqal davam edir.

“Football-plus.az” xəbər verir ki, avqustun sonunda “Union”la anlaşan təcrübəli futbolçu sabiq klubunu heç cür bağışlaya bilmir. 36 yaşlı müdafiəçi “Yuventus”un onu əsas komandadan heç bir səbəb göstərmədən uzaqlaşdırmasına görə klubu məhkəməyə verib. Bonuççi rəhbərliyin və baş məşqçi Massimiliano Alleqrinin bu qərarla onun peşəkar karyerasına və imicinə zərbə vurduğunu düşünür. AÇ-2020-in çempionu təzminat tələbi ilə çıxış edir və əldə edəcəyi bütün vəsaiti xeyriyyə məqsədi ilə xərcləməyi düşünür. “Yuventus”da 2010-17-ci illərdə və 2018-ci ildən bu yaya qədər top qovan, ağ-qara formada 8 dəfə İtaliya çempionu olan Bonuççi “Sport Mediaset” telekanalına müsahibəsində sabiq klubuna qarşı qaldırdğı iddia və bir sıra başqa mövzularda sualları cavablayıb.

- Məhkəməyə hansı səbəbdən müraciət etmisiz?
- Bir müddət mənəvi əzab çəkəndən sonra bu addımı atmağı lazım bildim. Ona görə ki, klub və məşqçi haqımda yalnız yalan məlumatlar verməklə məşğul idi.

- Klubun məlumatında sizə bir müddət əvvəl yeni mövsüm üçün baş məşqçinin planlarına daxil olmadığınızla bağlı bildirildiyi qeyd edilir.
- Bu yalandı. Ötən ilin oktyabrında klubdan heç kim mənə bu haqda nəsə deməyib. Əksinə, həmin ay müqaviləmi yeniləmək imkanım vardı: bu mövqeyə birlikdə gəlmişdik, rəhbərlik mənim paltardəyişmə otağında mövcudluğumun vacibliyini yaxşı anlayırdı. Bir müddət keçəndən sonra məşqçinin dilindən mövsümün sonunda mənimlə vidalaşmaq konsepsiyasının fevralda təsdiqləndiyini eşitdim. Bu da doğru deyil: məşqçi məni martın sonunda Avropa Liqasının “Frayburq”la oyunundan əvvəl kabinetinə çağırdı. Orda mənə tam başqa fikir söylədi. Məni karyeramı başa vurandan sonra məşqçi fəaliyyətinə hazırlaşdırmaq planından danışdı. Ona bu niyyətinə hörmət etdiyimi, ancaq 2024-cü ildə keçiriləcək Avropa çempionatına qədər futbolçu həyatıma son qoymağı düşünmədiyimi dedim.

- Sonra nə baş verdi?
- Həmin görüşdən sonra “Milan”a qarşı mövsümün sonuncu ev oyununa qədər klubdan bu mövzuda heç kimlə söhbətim olmayıb. Matçdan sonra mənə yeni mövsümdə məşqçinin müdafiə xəttində Qatti, Bremer, Danilo və bir neçə gənc oyunçudan sonra 5-ci və ya 6-cı seçimi olacağım bildirildi. Başqa sözlə, yeni mövsümdə əsasən gənc oyunçuların ciddi mübarizələrə hazırlanması funksiyasını yerinə yetirməliydim. Razılaşdım, çünki kluba hər hansı problem yaratmaq istəmirdim. Nəticədə söhbətimiz əvvəlki mövsüm ərəfəsində olduğu kimi alınmışdı.

- Bəs bu yay nə baş verdi?
- Yayda hər şey dəyişdi. İyulun 13-nə qədər klubdan heç kim mənlə əlaqə qurmadı. Gələcəyimlə bağlı məlumatları yalnız qəzetlərdən alırdım. Və iyulun 13-də “Yuventus”un rəsmiləri Cuntoli ilə Manna evimə gəldilər. Onlar mənə klubda artıq oyunçu olduğumu və meydanda mövcudluğumun komandanın inkişafına mane olacağını dedilər. Bu fikir mənim üçün formasını 500 oyunda daşıdığım komandada alçaldılma oldu...

- Və bir qədər götür-qoy edəndən sonra klubu məhkəməyə verdiz...
- Komandadan kənarlaşdırılandan sonra məhkəməyə üz tutdum. Mənim məşqçinin texniki seçimindən asılı olmayaraq, komanda ilə məşq etmək hüququm vardı. Yeni mövsümə hazır olmağım üçün mənə bu imkan yaradılmalıydı. Amma mənə bu imkanı vermədilər. Komandada olmadığım üçün özümü işimdən məhrum, alçaldılmış kimi hiss edirdim. Sevimli işimlə məşğul ola bilmirdim. Məsələ heç də pulla bağlı deyil. Məhkəmədə qalib gəlsəm, əldə edəcəyim təzminatı xeyriyyə üçün sərf edəcəyəm. Bir də ki, mənim düşdüyüm vəziyyətin üzvü olduğum Futbolçuların Həmkarlar İttifaqı üçün ciddi nümunə olmasını istəyirəm. Mənimlə müqayisədə daha az gücə malik olan oyunçular, peşəkarlar və kişilər çıxışını davam etdirmək üçün rəhbərliklə güzəştə razılaşırlar.

- Bu məsələdə Alleqrinin də günahkar olduğunu deyirsiz...
- “Yuve”ni tərk edəndən iki həftə sonra arxada qalan illər haqqında düşünmək çox çətindi. Mənim formasını daşıdığım, qələbələr qazandığım, son iki ildə görmədiyimiz əsl “Yuventus” haqqında düşünmək xoşuma gəlir. Bu kluba qarşı heç bir mənfi fikrim yoxdu. “Yuventus” komanda, çox sayda oyundaşlarım və böyük azarkeş kütləsi deməkdi. Bəli, sabiq klubumu məhkəməyə vermişəm. Ona görə ki, mənim bu klubdakı uzunmüddətli karyeramı layiqincə və hörmətəlayiq şəkildə başa vurmağımı təmin etməli olan adamlar tam fərqli qərar verdilər. Onlar məni komandanı ikinci dəfə tərk etməyə (Leonardo “Yuventus”u ilk dəfə 2017-ci ilin yayında da qalmaqalla tərk edib və “Milan”a keçib, amma bir ildən sonra Turinə qaytarılıb – red.) və buna görə mənəvi əzab çəkməyə vadar etdilər. Hər iki halda belə vəziyyətin yaranmasına bir şəxs səbəbkar oldu, amma o, mən deyiləm... Mən iki dəfə ürəyimin istəmədiyi yolu seçməli olmuşam. Onu da deyim ki, bu illər ərzində klubda heç də bütün işlərim qaydasında getməyib. Buna baxmayaraq, “Yuve”yə olan sevgim naminə başımı aşağı salaraq yola davam etmişəm. Hamı yaxşı bilir ki, məşqçi ilə münasibətlərim istədiyim kimi olmayıb. Bu, yalnız mənim günahım üzündən belə alınmayıb. Ona görə ki, özünəməxsus xarakterim var və əksər hallarda komandanın xeyri üçün çalışdırıcının tərəfini saxlamış, onun mövqeyini müdafiə etmişəm. Bütün bunlar qısaqapanma yaradırdı və nəticədə ağ-qara formadakı karyeramı arzuladığım kimi sona çatdıra bilmədim.

- Tifoziyə nə sözünüz var?
- Bu vəziyyətə barmaqarası baxa bilməyən azarkeşləri yaxşı anlayıram. Onlar mənim üçün həmişə meydana çıxmağıma böyük stimul verən əsas element olublar. Tifozinin komanda ilə qazandığım qələbələrlə qürurlanmasını istərdim. Mən həmişə azarkeşlərə minnətdar olmuşam, hətta Turindən ilk dəfə qovulanda da onlara təşəkkürümü bildirmişəm.

- Uzun illər ərzində komandada birgə oynadığınız oyunçularla məlum mövzuda ünsiyyət qurmusuz?
- Bir gün Pirlonun mənə dediyi fikri yaxşı xatırlayıram. O, qarşılaşdığı vəziyyətin mənim də qarşıma çıxacağını ehtimal etmişdi. Mənim də qələbələr üçün karyeramı başqa yerdə davam etdirəcəyimi güman etməsinə çox gülmüşdüm... Bu mövzuda qardaş kimi münasibətlərimizin olduğu Kyellini ilə danışmışam. Buffon da qəzetlərin yazdıqlarının nə dərəcədə doğru olduğunu mənim dilimdən öyrənməyə çalışıb.

- Məşqçi heyəti dəyişən milli komandada çıxış perspektivinizi necə dəyərləndirirsiniz?
- Yığmadakı çıxışımı davam etdirmək və Luçano Spallettiyə seçim etmək imkanı yaratmaq istəyirəm. Onun mənə son oyunlar üçün dəvət göndərməyəcəyi ilə bağlı zəngi... Mən bunu normal dəyərləndirdim. Spalletti mənlə səmimi danışdı: normal hazırlıq keçmədiyim üçün məni rəsmi oyunlara çağıra bilməzdi. Ondan belə də qərar gözləyirdim. Mən ki axmaq deyiləm. Yeni baş məşqçi mənə nə etməli olduğumu da bildirdi. Hədəfim “skuadra adzurra”ya yenidən kömək etməkdi. Ölkəmin futbolkasını dərimdə hiss edirəm. Necə ki, “Yuventus”un formasını hiss edirəm. İndiki hədəfim isə “Union”da mənə veriləcək şansdan maksimum yararlanmaqdı. Bu klubun formasını daşımaq üçün əlimdən gələni edəcəyəm. Sonrasına baxarıq...

- Son oyunda Donnarummanın fitə basılmasına münasibətiniz necədi?
- Sözün düzünü deyirəm, bunu anlamıram... Və ümumiyyətlə, milli formada olan futbolçunun fitə basılmasına dözmək olmaz. Rəqib komandanın formasını geyən oyunçunun əleyhinə hansısa davranış nümayiş etdirmək olar. Hərçənd özüm bunu da qəbul etmirəm. Belə məqamda Donnarummaya hansı mesajı göndərmişəm? Təbii ki, ona dəstək vermişəm. Bunu həm də ona görə etdim ki, Cicini özümə çox yaxın həmkar bilirəm. Belə vəziyyətdə hisslərini açıq büruzə verməsə də, fit sədalarının onu yaraladığını yaxşı hiss edirəm. Ciciyə dəstəyimi həm də İtaliya ilə Almaniya mədəniyyəti arasındakı fərqləri bildiyim üçün nümayiş etdirdim.

- Bu fərqlərə nümunə göstərə bilərsiz?
- Sentyabrın əvvəlində evdə 0:3 hesabıyla uduzduq. Bu nəticəyə baxmayaraq, azarkeşlər “Union”u fitə basmadı və stadionu erkən tərk etmədi. Matç başa çatandan sonra tərəfdarlarla sağollaşdıq, onlar isə komandaya dəstəyini 5-6 dəqiqə ərzində mahnı oxumaqla bildirdilər. Bu məqam məni bir çox məsələ ilə bağlı yaxşıca düşünməyə vadar etdi. İndi belə təcrübəmin olmasına sevinirəm. Çünki bu hal adama futbola və həyata fərqli nəzərlərlə baxmaq imkanı verir. Ailəmi Turində qoymaq və Almaniyada tək yaşamaq mənim üçün çətindi. Amma mən üstünlük verdiyim və malik olduğum dəyərlərə sadiq qalmağı vacib sayıram. Başqa sözlə, heç vaxt təslim olmaram. Mövsümün sonuna qədər oynayacaq və bundan almaq istədiyim ləzzəti tam şəkildə dadmağa çalışacağam.

- Keçmiş komanda yoldaşlarınızdan daha çox kimlərlə ünsiyyət saxlayırsız?
- Məni Spallettinin zəngindən başqa “Yuventus”un hazırkı və sabiq oyunçularından, həmçinin İtaliya yığmasının üzvlərindən aldığım mesajlar daha çox təsirləndirdi. Onlar “Yuventus” tərəfindən üzləşdiyim böyük hörmətsizliyə qarşı çıxdıqlarını mənimlə həmrəy olduqlarını ifadə etməklə göstərdilər.

- Karyeranızı başa vurandan sonra gələcəyinizi necə qurmaq istəyirsiz? Məşqçiliyə başlamağı düşünürsüz?
- İstənilən halda gələcəkdə nəsə baş verəcək. Məqçilik fəaliyyətinə başlamaq qərarını verməzdən əvvəl yaxşıca düşünəcəyəm. Hansı işlə məşğul olmaq istədiyimi yaxşı bilirəm, karyeramı başa vurandan sonra seçəcəyim yolu düzgün müəyyənləşdirəcəyəm. Əlbəttə, mən məşqçi olanda “Yuventus” indiki kimi olmayacaq. Bəlkə də günlərin birində yerli azarkeşləri yenidən qucaqlamaq, onları stadionda salamlamaq və fanatlara “Yuventus”un mənim üçün nə dərəcədə vacib olduğunu bir daha göstərmək imkanım yaranacaq. Mənə elə gəlir ki, bugünkü “Yuventus” mənim deyil...

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-09-2023, 16:0

Avropa çempionu məhkəməyə üz tutacaq

Dünya futbolu

13-08-2023, 16:0

Bonuççi məhkəməyə üz tuta bilər

Dünya futbolu

16-08-2023, 16:0

Bonuççinin yolu haradı?

Dünya futbolu

20-05-2023, 16:0

Bonuççi gələn ili işarə verdi

Dünya futbolu

10-11-2022, 21:0

Bonuççi üçün yubiley

Dünya futbolu

18-05-2023, 12:0

Bonuççi futbolla nə vaxt vidalaşacağını açıqladı

Aktual
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
Son xəbərlər
  • Bu gün, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Bu gün, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Bu gün, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Bu gün, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Bu gün, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Bu gün, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Bu gün, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Bu gün, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Bu gün, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Bu gün, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Bu gün, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Bu gün, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Bu gün, 15:14
    Mikels mükafatlandırıldı
  • Bu gün, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Bu gün, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Bu gün, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Bu gün, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Bu gün, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Bu gün, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Bu gün, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Bu gün, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Bu gün, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Bu gün, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Bu gün, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • Dünən, 23:59
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • Dünən, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Dünən, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Dünən, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Dünən, 22:52
    Marseldən Milana qayıdacaq
  • Dünən, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Dünən, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Dünən, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Dünən, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Dünən, 19:33
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
Daha çox
Oxunub: 276
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə