• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Samir Əliyev haqlıdı, amma… - U-21-in səviyyəsini necə artırmaq olar?

Yığma / Manşet

18-09-2023, 19:0

Xəbər verdiyimiz kimi, U-21 yığmamız seçmə mərhələyə uğursuz başlayıb.

Gənclər səfərdə serbiyalı həmyaşıdlarına iki top fərqi ilə yenilib. Bəs U-21-in daha yaxşı nəticəyə nail olmaq imkanı varmı? Qarşıdakı seçmə oyunların perspektivi necə görünür? Bu suallar üzərində düşüncələrimi bölüşməmiş komandanın baş məşqçisi Samir Əliyevin “Futbol+”ə və başqa qaynaqlara verdiyi açıqlamaları ümumiləşdirək:

"Səfərdə oynasaq da, vətənə sərfəli nəticə ilə qayıtmaq istəyirdik. Amma alınmadı. Rəqib bizdən üstün oldu. Serbiyalılar standart vəziyyətlərdə dominantlıq edirdi. Elə qolları da həmin vəziyyətlərdən buraxdıq. Ustalıq səviyyəsi özünü göstərdi və rəqib qalib gəldi. Mənim rəhbərliyimi altında ilk dəfə seçmə mərhələdə oynayırdıq, heyətimizdə də bu həyəcanı ilk dəfə yaşayan oyunçular var idi. Buna rəğmən, komandam meydanda mübarizə apardı, döyüşdü. Bu xüsusiyyətlərinə görə yetirmələrimə təşəkkürümü bildirirəm. U-21-dəki oyunçuların əksərinin premyer-liqa təcrübəsi yoxdu. Bir çoxu əvəzidicilər liqasında çıxış edir. 1-ci liqadan olanlar da var və həmin yarış yeni başlayıb. Bunları bəhanə kimi demirəm və nəticəyə don geydirmirəm. Uduzmuşuqsa, buna görə cavabdeh mənəm. Amma döyüşərək məğlub olduğumuzu qeyd etməliyik. Çox olmasa da, hücumlara çıxırdıq. Rəqib isə həqiqətən güclü kollektiv idi. Birinci hissədə bütün komponentlərdə onlara uduzurduq. Azərbaycan premyer-liqasında 21 yaşlı futbolçularla bağlı limit aradan qaldırılıb. Əvvəllər ən azı bir futbolçu meydana çıxırdısa, digəri ehtiyatda qalırdı. İndi isə çətinlik çəkirik. Çünki biz premyer-liqaya yox, 1-ci liqaya və əvəzedicilərin turnirinə baxacağıq. Premyer-liqada 3-4 futbolçumuz var. Yaxşı və ya pis oynasalar da, istər-istəməz dəvət edirik. Oyunçu sarıdan korluq çəkirik, amma yenə vurğulamaq istəyirəm ki, bu, bəhanə deyil. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız olmasa da, ürəyi olan və meydanda canını qoyan oyunçularımız var".


Vaxtilə U-21 yığmamıza rəhbərlik edən Milan Obradoviç də bir açıqlamasıyla gündəmə gəlmiş, futbol ictimaiyyətinin müəyyən kəsimi onu qınaq obyektinə çevirmişdi. Serbiyalı mütəxəssis premyer-liqada iki gənc futbolçunun oynadılması ilə bağlı limitinin tətbiqini vurğulamışdı. Amma nəinki ikisi oynadılır, hətta biri də aradan qaldırıldı. Təbii ki, həmin limitin zərərli tərəfləri də vardı. Lakin onun götürülməsi daha böyük zərər verdi. Belə ki, ölkənin aşağı yaş qrupları üzrə yığmalarında, əsasən da U-21-də futbolçu qıtlığı var. Samir Əliyev U-21-in “sükanı arxasına” keçdiyi gündən futbolçu seçiminin geniş olmadığını bəyan edir. Bunun nəticəsidi ki, baş məşqçi məcburiyyətdən 1-ci liqadan da oyunçu çağırır. U-21 yığmamız bir neçə toplanışlardan sonra ötən həftə Əliyevin rəhbərliyi altında seçmə mərhələyə qoşuldu. Komandamız səfərdə serblərə 0:2 uduzandan sonra yenə belə deyənlər var ki, yerli məşqçi də gətirdik, nəticə yoxdu. Çoxlarına hələ də çatmayıb ki, problem mütəxəssisdə deyil. Təbii ki, Samir Əliyevin bu postda uzun müddət saxlanılmasının tərəfdarıyam. Ən azı o, futbolçularımızı istənilən əcnəbi baş məşqçidən daha yaxşı tanıyır, rahat dil tapır və oyuna kökləyə bilir. Problemin kökü yuxarıda qeyd etdiyim kimi, çempionatda gənc futbolçu limitini götürülməsindədi. Serbiya millisiylə oyunda Samir bəyin sərəncamında olan 20 futbolçunun əksərinin oyun praktikası yoxdu. Həmin futbolçular klublarında, demək olar, şans qazanmır. Bir çoxu da əvəzedici heyətdə oynayır. Gəlin U-21-in üzvlərinin Misli premyer-liqasının arxada qalan 5 turundakı göstəricilərinə nəzər salaq.

Oyun praktikası sarıdan bəxti gətirən yalnız Rüfət Əhmədovdu. İcarə əsasında "Kəpəz"də çıxış edən müdafiəçi 5 oyunda əvəzlənmədən meydanda olub. 2-ci yerdə Abdulla Rzayev gəlir. O, 425, Veysəl Rzayev 267 dəqiqə oynayıb. Azsaylı legionerlərimizdən Cəlal Hüseynovla Ramin Nəsirli bacardığı qədər komandalarında şans qazanır.

Qapıda dayanan Rustam Samiqullin ötən mövsüm "Sabah"da 1 oyunda şans qazanmışdısa, yeni mövsümdə ehtiyatda qalıb. Seymur Məmmədov da "bayquşlar"ın ehtiyat oyunçular skamyasının sakinidi. Samir Məhərrəmli 5 turda cəmi 14 dəqiqə meydanda olub, Camal Cəfərov 9 dəqiqə şans qazanıb. Digər qolkiper Rza Cəfərov 160, böyük ümidlər vəd edən Mehrac Baxşəli 82 dəqiqə oynayıb. Kapitan Fərid Yusifli də cari mövsümdə debüt etməyib. Yerdə qalan oyunçuların elita təcrübəsi heç yoxdu. Kərbəlayı İsmayıl demişkən, "əşi, hansı birini deyim?"

Sözüm odu ki, gənclərimizin belə göstəricilərlə Avropa futbolu ilə ayaqlaşmaq və rəqib həmyaşıdları üzərində qələbə qazanmaq arzusu xam xəyaldı. Bəs çarə nədi?

İlk növbədə klubların gənclərə şans verməsini, onları əsas heyətdə oynamasını hansısa şəkildə stimullaşdırmalıyıq ki, U-21-in baş məşqçisinin seçim imkanı geniş olsun. İkincisi, nə qədər çətin olsa da, yeniyetmə və gənc futbolçularımızın xaricə axınını sürətləndirmək. Təəssüf ki, hazırda azərbaycanlı futbolçulara tələbat yoxdu, həm də bizimkilər ən müxtəlif səbəblərdən legioner həyatı yaşamağa maraq göstərmir. Baxmayaraq ki, bu il premyer-liqamızdan əvvəlki illərlə müqayisədə daha çox futbolçu xaricə üz tutdu. Amma onlardan yalnız biri – Cəlal Hüseynov U-21-in üzvüdü. Üçüncüsü, 1-ci liqanın səviyyəsinin yüksəltməliyik. Bunun gerçəkləşmək ehtimalı daha yüksəkdi. Ötən mövsümlə müqayisədə yeni “futbol ili”ndə bu çempionatda 1-ci olmaq uğrunda 4-5 komanda mübarizə aparacaq. Klubların sayının artmasıyla səviyyə də müəyyən qədər artıb. Ən azı ilk turdakı nəticələr bunu deməyə əsas verir. 1-ci liqanın keyfiyyəti nə qədər yüksək olsa, Samir Əliyevin pənah yeri var. Bəlkə onda gənclər yığmamızın üzvləri oyun praktikası sarıdan əziyyət çəkməz.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

14-09-2023, 16:0

“Serbiyalılar standart vəziyyətlərdə dominantlıq edirdi” – Samir Əliyev danışdı

Yığma / Reportaj

14-09-2023, 14:0

Samir Əliyev seçmə mərhələyə məğlubiyyətlə başladı - REPORTAJ

Aktual / Yazarlar

12-09-2023, 13:0

Döyüşdük, amma kuryoz qola üzüldük - KÖŞƏ

Yığma

12-05-2023, 14:0

“Maksimum yaxşı hazırlaşıb seçmə mərhələyə hazır olmalıyıq" - AÇIQLAMA

Yığma / Manşet

25-11-2022, 20:0

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Dünən, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Dünən, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Dünən, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Dünən, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
Daha çox
Oxunub: 531
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 263
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 261
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 178
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə