• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ataman Güneyligilin yığmanın başına gətirilməsində əlim yoxdu” - MÜSAHİBƏ

Manşet / Müsahibə

16-09-2023, 10:0

Qadın voleybolçular arasında Avropa çempionatı başa çatandan dərhal sonra yığmamızın lideri Polina Rəhimovanın axtarışına çıxmışdım. Nəhayət, dünən tapdım və danışdıq. Nə danışdığımızı indi biləcəksiz.

“Ataman Güneyligilin yığmanın başına gətirilməsində əlim yoxdu” - MÜSAHİBƏ


- Polina, yığmanın son Avropa çempionatındakı çıxışını necə qiymətləndirirsən? Bundan daha yaxşı çıxış etmək, ən azı qrupdan çıxmaq olardı?
-  Çox istəyərdik ki, qrupdan çıxaq. Çıxa da bilərdik. Bizim qrupumuz başqalarından fərqli idi, hər oyundan sonra turnir cədvəlində çox dəyişiklik olurdu. Düşünürdük ki, iki qələbə bizə bəs edəcək, təəssüf ki, belə olmadı. Heç kim istəməzdi ki, belə olsun. İlk hədəf qrupdan çıxmaq idi. Buna görə çox məyusuq. 

- Konkret sən öz çıxışından razı qaldınmı? Bildiyimə görə, AÇ ərəfəsində əməliyyat olunmuşdun. Həmin əməliyyat ideal forma yığmağına mane oldumu?
- Düşünürəm ki, yaxşı mübarizə apardım. Çünki əməliyyat keçirmişdim və bərpa prosesi vaxt alacaqdı. Qısa müddət ərzində normal bərpa prosesi keçdim. Lakin mən bu məsələni çox qabartmadım. Düzdü,istər-istəməz əməliyyatın da oyuna təsiri olur. Ancaq mən belə şeyləri bahənə eləmirəm. İstəyirdim ki, millimə kömək edim.

- Avropa çempionatından sonra müraciət etdiyimiz əksər mütəxəssislər yığmanın uğursuzluğunun əsas səbəbi kimi hazırlıq üçün vaxtın az olduğunu deyir. Sən də bu fikri bölüşürsənmi?
- Düşünürəm ki, komandamızda təcrübəli oyunçular nəyi necə elədiklərini, hətta hansı zamanda yemək yeməyin doğru olduğunu və özlərini də hansı tərzdə idarə edəcəklərini bilirlər. Əslində turnirə hazırlıq müddəti qısa çəkmədi. Mən özümdən deyə bilərəm ki, bu zaman ərzində nəsə çatışmazlıq olduqda trenajora getdim və özümlə yaxşı şəkildə məşğul oldum. Kimsə bu barədə düşünürsə, sualı özünə versin.

- Ataman Güleyligil saytımıza verdiyi müsahibədə uğursuzluğun əsas səbəblərindən biri kimi yığmanın turnirin ən yaşlı komandası olmasını göstərib. Doğrudanmı, bu həlledici amildi?
- Mən Ataman Güneyligilin müsahibəsini oxumuşam. Əslində Ataman bəyin fikirləri tam başqadı. Sadəcə, məşqçi orda çox emosional cavablar verib. Həmişə uğursuzluğun arxasında səbəbkar axtarırlar. Mən heç vaxt məğlub olanda kimisə günahkar görmürəm. Uğusuzluq zamanı səbəbkarı yox, həlli yollarını axtarmalıyıq.

- Avropa çempionatına yollanan heyətdə olanlar ölkəmizin ən güclü voleybolçuları idi? Bilirsən, bu sualı niyə veririk? Ataman Güneyligilin turnirə apardığı heyəti tənqid edənlər də var. Xüsusən də Şəfaqət Alışanova ilə Ülkər Kərimovanın kənarda qalmasını qınayanlar var.
- Heyət seçimi baş məşqçinin və köməkçilərinin işidi. Turnirdən əvvəl hər kəsin özünü göstərmək şansı var idi. Bildiyiniz kimi, yarışa aparılan heyət üçün də limit olur. Mən bu haqda bir söz deyə bilərəm ki, hansısa oyunçu komandada yer almayıbsa, bu da onun özündən asılıdı. Yəqin ki, hardasa özünü yaxşı tərəfdən göstərə bilməyib.

- Polina, bəzi mütəxəssislər iddia edir ki, Güneyligilin yığmaya gətirilməsində də, yığmanın heyətinin müəyyənləşdirilməsində də sənin rolun var. Zəhmət olmasa, bu məqama aydınlıq gətirərdin.
- Belə suallar xoşuma gəlmir. Kimisə harasa göndərmək menecerin işidi. Bu söhbətlərin ətrafımda hallanması məni narahat edir. Ataman Güneylgilin yığmanın başına gətirilməsində əlim yoxdu. Lakin hamı bunu Polinanın etdiyini deyir. Təxminən bilirəm ki, bunu kimlər deyir. O adamlara burdan demək istəyirəm ki, daha çox çalışın və sizin inkişafınızı görsünlər. Mənim bir amalım var, o da Azərbaycan voleybolunu yüksək yerlərə aparmaqdı. Bunun üçün də bir olmalıyıq. Üç ildən sonra yığmaya qayıtmağımda məqsəd ölkə voleybolunu inkişaf elətdirməkdi. Düşünürəm ki, belə yersiz söhbətlər edib voleybolumuzu gözdən salmayaq.

- Ataman bəy saytımıza müsahibəsində yerli mütəxəssisləri və voleybolçu qızları ciddi şəkildə tənqid elədi. Konkret bizim mütəxəssislərin heç nə öyrənmək istəmədiyini, 30 yaşdan yuxarı bəzi qızların hələ indi voleybolu öyrəndiyini bildirdi.
- O vaxt Azərbaycana gəlməyimdə Faiq Qarayevin böyük rolu olub. Mən gələndə elə yaşda idim ki, öyrənməliydim. Mənlə paralel gələn bir neçə oyunçunu da Faiq müəllim öyrədib. Çox istəyirəm ki, belə oyunçular ölkəmizə gəlsin, lakin yerli qızların da yetişdirilməsi çox vacibdi. Deməzdim ki, komandadakı qızların hamısının texnikası pisdi. Bəli, bir neçə nəfər ola bilər ki, onlarda nəyisə düzəltmək lazımdı. Bəlkə də Ataman bəy onu demək istəyib ki, elə yaş həddi var onda nəyisə düzəltmək mümkündü, lakin 30 yaşdan sonra bu qeyri-mümkün olur. Fikrimcə, məşqçi də bunu demək istəyib.

- Polina, yığmanın kapitanı Ayşən Abduləzimova bildirib ki, Ataman Güneyligilin bu fikirlərini özümüz üçün təhqir hesab edirik. Bəs sən bunu təhqir hesab etmirsən?
- Ataman bəy çox emosional adamdı, özündən tez çıxır. Biz bunu Yunanıstanla oyunda da görmüşdük. Bu müsahibədə də bəzi sözləri kobud deyib. Lakin hocanın bir sıra fikirlərində də haqq var. Ayşəni də çox gözəl başa düşürəm. Onun bu sözlərindən inciməsində də doğruluq var. Çünki müsahibəni oxuyanda da görürük ki, Ataman bəy çox kobud danışıb. Mənə elə gəlir ki, bu, onun emosional olmasıyla bağlıdı.

- Güneyligil iddia edir ki, bəzi qızlar onu yığmada görmək istəmirmiş. Hətta voleybolçular onun tapşırıqlarını bilərəkdən yerinə yetirmirmiş. Yığmanın aparıcı oyunçularından biri kimi bu suala cavab verməyini istəyirik: doğrudanmı, komandada qruplaşmalar var idi?
- Xoşagələn suallar deyil. İnsan ailəsində olan problemləri heç vaxt kənarda danışmamalıdı. Hər kollektivdə qruplaşma olur. Bəli, komandada bəzi problemlər var idi. Amma mənim bunu deməyə səlahiyyətim çatmır. Düşünürəm ki, hər şeydə subordinasiya olmalıdı. Rəhbərlik Ataman Güneyliglilə güvənibsə, bura gətiribsə, deməli, hansısa planı olub. Bizim də borcumuz baş məşqçinin verdiyi tapşırıqları meydanda eləməkdi. Uğursuzluğa düçar olmuşuqsa, bu, hamının günahıdı. Bunun da həllini tapmaq lazımdı. Fikrimcə, bütün oyunçular da baş məşqçini dinləməli və onun verdiyi tapşırıqları yerinə yetirməlidi.

- Şəfaqətlə Ülkərin turnirə aparılmamasının səbəbkarı kimi də səni göstərirlər. Hətta sənlə Şəfaqət arasında problem olduğunu bilirik. Bu məsələyə də aydınlıq gətirərdin.
- Mən insanların fikirlərinə, fantaziyalarına nəsə deyə bilmərəm. Şəfaqətlə aramızda anlaşmazlıq var. Lakin problem mən tərəfdən deyil. Onun turnirə yollana bilməməsinin mənlə bağlılığı yoxdu. Bu məsələ barədə başqa nəsə deməyəcəm də. Ülkərə gəlincə, çox yaxşı qızdı. Məndən olsaydı, onu turnirə aparardım. Özünü yaxşı tərəfdən göstərirdi. AÇ-yə getsəydi, onun üçün debüt olacaqdı.

- Azərbaycan qadın voleybolunun sabahını necə görürsən?
- Düşünürəm ki, ölkəmizdə voleybol çox sevilir və populyardı. Və Azərbaycanda voleybolunun öldüyünü də deyə bilmərik. Çünki bu mövsüm ölkə çempionatında 6 kişi və 6 qadın komandası çıxış edəcək. Sadəcə, hazırkı problem odu ki, orta yaş təbəqəsində idmançılarımız yoxdu. Uşaq voleybolu da yaxşı deyil, lakin federasiya bu yöndə işlər görür. Bir neçə gün əvvəl ulduz voleybolçuların bölgələrə səfəri oldu. Məqsədimiz uşaqların voleybola gəlməsidi. Məsələn, sabah yığmada bəzi yaşlı oyunçular karyerasını bitirə, zədəyə görə kənarda qala bilər. Onların yerini doldurmaq üçün hazır oyunçular olmalıdı. Buna görə də orta təbəqənin olması çox vacibdi. Düşünürəm ki, yeni nəslin yetişməsi 6-7 il çəkəcək. İnşallah, hər şey Azərbaycan voleybolunun xeyrinə olar.

- Daha neçə il oynamaq niyyətindəsən?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki Vyetnama gedəcəm. Orda 2 aylıq müqavilə imzalamışam. Daha sonra yeni təkliflər olarsa, düşünəcəm. İndidən gələcəyim haqda danışmaq tez olar.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman

24-08-2023, 21:0

Ataman, evə dön!

İdman

24-08-2023, 01:0

Yığmamızın qrupdan çıxması möcüzəyə qaldı

DÇ

5-12-2022, 10:0

"36 il ərzində ilk dəfə qrupdan çıxmaq uğurdu"

İdman / Manşet

12-09-2023, 20:0

Odina da Vyetnama yollandı

İdman / Manşet / Müsahibə

24-07-2023, 22:0

Abduləzimova millinin sabiq və hazırkı çalışdırıcılarını müqayisə etmək istəmədi - MÜSAHİBƏ

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə