Polşa Futbol İttifaqının rəhbəri Sezari Kuleşa komandasının DÇ-2022-də çıxışını müsbət qiymətləndirib.
Football-plus.az xəbər verir ki, funksioner baş məşqçi və futbolçulara təşəkkür edib:
"Komandamız üçün dünya çempionatı başa çatdı. Lakin biz burdan başımız dik ayrılırıq. Fransaya qarşı şanslar yaratdıq. Lakin dünya çempionları daha güclü idilər. 36 il ərzində ilk dəfə qrupdan çıxmaq uğurdu. Buna görə məşqçiyə və futbolçulara təşəkkür edirəm".