• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə Avropada 600-cü qələbəyə çatan ilk komandadı

Dünya futbolu

15-09-2023, 22:0

Sentyabrın 12-də milli komandaların oyunları üçün nəzərdə tutulan həftə sona çatdı. Həmin gün əsas diqqətlər Dortmund və Qlazqoda keçirilən oyunlara yönəlmişdi.

"Football-plus.az" xəbər verir ki, Dortmundakı matçı maraqla gözləməyə dəyərdi. AÇ-2024-ün seçmə turnirindən azad olan Almaniya Fransanı qonaq etdi. Qeyd edək ki, bundestimi bu oyuna müvəqqəti çalışdırıcı çıxarmışdı. Son 5 oyundan 4-də məğlub olan komandanın baş məşqçisi Hans-Diter Flik uğursuz nəticələrə görə istefaya göndərilmişdi. Onun səlahiyyətləri müvəqqəti Rudi Föllerə həvalə edilib. Komandanı Fransa ilə yoldaşlıq oyununa çıxaran yığmanın texniki direktorunun daha əvvəl baş məşqçi vəzifəsində 2000-04-cü illərdə çalışdığını, bundestimlə DÇ-2002-nin gümüş medalını qazandığını yada salaq. Görünür, 63 yaşlı mütəxəssis yığmanı fransızlarla oyuna yaxşı kökləyə bilib. Almanlar 2:1 hesabıyla qalib gəlməklə 5 oyunluq qələbəsiz seriyaya son qoydu. Hesabı 4-cü dəqiqədə Müller açdı. O, milli formada 45-ci qolunu vuraraq ən yaxşı bombardirlərin siyahısında Rummeniggeyə çatdı. Bu planda rekordçu isə Klozedi. O, bundestimdə 71 qolun müəllifi olub. Meydana qeyri-optimal heyətlə çıxan fransızların oyun planında çox istəkli görünən ev sahiblərindən geri qalması təbii qarşılanmalıdı. İkinci hissədə meydanda bur qədər sönük oyun getdi. Komandalar tempi qaldırmaq istəmir və sanki matçın başa çatmasını gözləyirdilər. Sükutu Sanenin 87-ci dəqiqəyə təsadüf edən qolu pozdu. Bir andaca qonaq komanda da fəallaşdı və hesabı tezliklə dəyişdi. Amma Qrizmannın penaltidən vurduğu qol komandasını məğlubiyyətdən qurtarmadı. Fransa son 10 oyunda ilk dəfə uduzdu. Didye Deşamın komandası sonuncu dəfə DÇ-2022-nin qrup mərhələsinin ötən il noyabrın 30-da keçirilən matçında Tunisə məğlub olmuşdu (0:1). Amma sonra mundialda finala qədər irəliləmişdi.

Fransa üzərində qələbə Almaniyaya yeni kapitanını itirmək bahasına başa gəldi. 25-ci dəqiqədə zədələnən Gündoğan meydanı göz yaşları içində tərk etdi. “Barselona”nın yarımmüdafiəçisinin vəziyyətinə geniş müayinədən sonra aydınlıq gələcək.

Qlazqodakı “Hempden Park” stadionunda Britaniya derbisinin həyəcanı yaşandı. AÇ-2024-ün seçmə turnirini əla keçirən Şotlandiya və İngiltərə yığmaları arasındakı ilk matç 1872-ci ilin noyabrında baş tutmuşdu. Həmin görüş futbolun tarixinə ilk beynəlxalq səviyyəli oyun kimi düşüb. O vaxtdan bəri 115 dəfə qarşılaşan qonşular arasındakı duellərin ümumi statistikası İngiltərənin xeyrinə idi: 48 dəfə qalib gələn “üç şir” əzəli rəqibinə 41 oyunda uduzmuşdu. İngilislər statistikanı bir qədər də yaxşılaşdırdılar. Qaret Sautqeytin komandası rəqibi 3:1 hesabıyla üstələdi. Meydana sonradan çıxan Maquayrın növbəti uğursuzluğu diqqətdən yayınmadı. “Mançester Yunayted”in müdafiəçisi 67-ci dəqiqədə topu öz qapısına yönəltdi. Matçda son nöqtəni qoyan Keyn milli formada meydana çıxdığı 86-cı oyunda 59-cu qolunu vurdu. “Bavariya”nın 30 yaşlı hücumçusu yığmada 2015-ci ildən çıxış edir. Qlazqoda tarixi faktın qeydə alındığını isə xüsusi vurğulamalıyıq: İngiltərə bütün turnirlərdə 600-cü qələbəsini qazandı. “Futbolun yaradıcıları” Avropada bu rəqəmə çatan ilk komanda oldu.

Diqqəti cəlb edən digər nəticələrdən Səudiyyə Ərəbistanının Koreyaya uduzmasını da qeyd edək. Koreyadan bir top buraxan ərəblər bir neçə gün əvvəl Kosta Rikaya 1:3 hesabı ilə boyun əymişdilər. İtaliya yığmasını tərk edib Asiyaya üz tutan Roberto Mançininin yeni komandasındakı göstəriciləri heç də ürəkaçan deyil – ilk 2 oyuna 2 məğlubiyyət...

Almaniya – Fransa 2:1
Müller, 4. Sane, 87 – Qrizmann, 89-p.
Almaniya: Ter Ştegen, Henrixs (Qosens, 78), Züle, Ta, Rüdiger, Can, Gündoğan (Qross, 25), Sane, Virts (Hofmann, 78), Qnabri (Brandt, 64), Müller (Haverts, 64).
Fransa: Menyan, Pavar (Kunde, 65), Saliba, Todibo, Ernandes, Rabyo (Fofana, 78), Kamavinqa, Çuameni, Qrizmann, Koman (Dembele, 64), Kolo Muani (Türam, 64).
Şotlandiya – İngiltərə 1:3
Maquayr, 67-öz qapısına – Foden, 32. Bellingem, 35. Keyn, 81.
İngiltərə: Remsdeyl, Uoker, Dank, Qehi (Maquayr, 46), Trippyer, Rays, Fillips, Bellingem (Qallaher, 84), Foden (Saka, 71), Keyn (Uilson, 84), Reşford (Eze, 71).
Filippin – Əfqanıstan 2:1
Rasmussen, 74. Rontini, 81 – Popalzay, 61.
Sinqapur – Çin Taybeyi 3:1
Sonq, 42-p. Tan, 65. Anuar, 82 – Kuame, 29.
Çin – Suriya 0:1
Kruma, 59.
Keniya – Cənubi Sudan 0:1
Okello, 2.
Bəhreyn – Türkmənistan 1:1
Marhun, 13 – Çarıyev, 29.
Kosta Rika – BƏƏ 1:4
Kaskante, 64 – Əlhəssəni, 16; 53. Kanedo, 23. Sameni, 38.
Cənubi Afrika – Konqo DR 1:0
Foster, 25.
Qətər – Rusiya 1:1
Alaa, 70 – Soldatenkov, 90.
İran – Anqola 4:0
Taremi, 7; 16. Moharrami, 20. Şəhriyar, 87.
Qana – Liberiya 3:1
Nuama, 52. Kudus, 59. C.Ayyu, 82 – Tea, 90+1.
Koreya – Səudiyyə Ərəbistanı 1:0
Ço Qu Sun, 32.
Misir – Tunis 1:3
Kamal, 34 – Layduni, 3. Fəthi, 8-öz qapısına. Rafya, 90+5.
Mərakeş – Burkina Faso 1:0
Unahi, 36.
Seneqal – Əlcəzair 0:1
Şaibi, 64.
Meksika – Özbəkistan 3:3
Ximenes, 21; 85. Antuna, 88 – Abduxolikov, 18. Turqunboyev, 45+1. Şukurov, 90+2.
ABŞ – Oman 4:0
Baloqun, 13. Aaronson, 60. Pepi, 79. Əl-Brayki, 81-öz qapısına.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-09-2023, 20:0

Bundestimi qəbul etməyə hazırdı

Dünya futbolu

13-09-2023, 18:0

Flik bundestimin tarixinə düşdü!

Dünya futbolu

30-03-2023, 22:0

Messi yığmada 100 qol vuran 3-cü futbolçu oldu - ŞƏRH

Ölkə futbolu / Dünya futbolu

26-02-2023, 17:0

Azərbaycanda işləmiş məşqçinin statusu dəyişdi

Dünya futbolu

16-02-2023, 21:0

Braziliya yığmasında müvəqqəti baş məşqçi

Dünya futbolu

25-06-2023, 20:0

Flikin aqibəti müəyyənləşdi

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 143
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 128
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə