''Fənərbaxça''nın yetirməsi Muhammed Gümüşkaya Türkiyəyə qayıdıb.
“Football-plus.az” xəbər verir ki, 22 yaşlı solaxay yarımmüdafiəçi 2019/20 mövsümündən etibarən ''altyapı''dan ''Fənər''in əsas komandasına cəlb olunmuşdu. Amma özünü yaxşı tərəfdən göstərə bilməyən Gümüşkaya 2020/21-i ''Boluspor''da, 2021/22-nin 2-ci dövrəsinin isə ''Girəsunspor''da icarə əsasında keçirməli olmuşdu. Ötən yay Muhammed 500 min avro qarşılığında ''Vesterlo''ya transfer olundu. Gənc oyunçu bu klubda 17 rəsmi oyuna çıxaraq 1 qol vura bildi. Bu mövsüm Muhammed ''Vesterlo''da 3 oyuna çıxmışdı. Amma bu futbolçu karyerasını ''Samsunspor''da davam etdirəcək. Samsun təmsilçisi Muhammedi bir illik icarəyə götürüb.