"Sumqayıt"ın futbolçusu Kameruna qarşı oynamadı

13.09.2023 13:09 182
Ölkə futbolu
Burundi milli komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsində C qrupunda son oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, matç Burundinin böyük hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:3.

Burundililərin bu oyuna heyətində “Sumqayıt”ın yarımmüdafiəçisi Trezor Mossi yer alsa da, o, bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Qrupda keçirilən oyunların nəticələrinə əsasən, Burundi final mərhələsinə vəsiqə qazanmayıb.