• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kroosla dönəmimizin yavaş-yavaş başa çatdığını anlayırıq”

Dünya futbolu

11-09-2023, 23:0

Luka Modriçi əminliklə “Real”ın əfsanələrindən biri saymaq olar.

"Football-plus.az" xəbər verir ki, 2012-ci ildə Madrid nəhənginə gələn xorvatiyalı ulduz bu klubda 23 titul qazanıb və artıq 12-ci mövsümünü keçirir. 2018-də o, karyerasının zirvəsinə qalxaraq “Qızıl top”u da qazanmağa müvəffəq oldu. Ötən mövsümün sonuna yaxın Modriç “blankos”la birillik müqavilə imzaladı. Gələn yay onun klubdan ayrılıb-ayrılmayacağı bəlli deyil. Xorvatiya futbolunun gəlmiş-getmiş ən parlaq simalarından olan Lukanın bu gün 38 yaşı tamam olur. Məşhur futbolçu srağagün öz yığmasının düşərgəsində olarkən Xorvatiyanın “Sportske Novosti” nəşrinə karyerası, gələcəyi və başqa mövzular barədə açıqlamalar verib.

* 38 yaşımda yüksək səviyyədə futbol oynaya bilmək inanılmaz bir hissdi. 10 il öncə kimsə mənə 38 yaşımda hələ də futboldan, məşqlərdən, komanda yoldaşlarım və fanatlarla ünsiyyətdən bu dərəcədə zövq alacağımı desəydi, inanmazdım. Bu baxımdan çox şanslı insan olduğumu düşünürəm. Amma bundan sonra uzunmüddətli planlar qurmaq artıq çox da məntiqli görünmür. Sadəcə, indiki günlə yaşamağa, planlarımı oyundan-oyuna qurmağa çalışacam. Hərçənd hələ də meydanda fərq yarada biləcəyimi düşünürəm. Ad günümdə özümə nə arzulayacam? Latviya və Ermənistanla oyunlarda qələbə.
* Yayda yığma ilə ilk titulu qazanmağa çox yaxın idim. Təəssüf ki, bunu bacarmadıq. Finalda penalti seriyasında uduzmaq insana həmişə ikiqat üzüntü verir. Digər tərəfdən yığma ilə fəxr edirəm. Mükəmməl futbolla Millətlər Liqasının finalına qədər irəlilədik. Bu məqam bizim son illərdəki uğurlu nəticələrimizin təsadüfi olmadığını göstərdi. Bu komanda titul qazanmaq üçün tam yetişib. Həm yarımfinalda Niderlanda, həm də finalda İspaniyaya qarşı çox yaxşı təsir bağışladıq. Sadəcə, finalda bəxt bizdən üz döndərdi. Xorvatiya hələ də güclü xarakterə malik olduğunu və istənilən rəqiblə başabaş oynaya bildiyini göstərdi. Əhalisinin sayı az olsa da, Xorvatiya həm futbolda, həm də başqa sahələrdə xarüqələr yaradır. Özü də məni, Perişiçi, Vidanı, Brozoviçi və Kovaçiçi saymasaq, heyətimizdə gənclərdi. Bu gənclər enerjili, istəkli və arzuludu. Xorvatiyanı təmsil etməkdən qürur duyurlar. Dünyanın ən bahalı müdafiəçisi də bizim komandadadı.
* Məndən sonra Xorvatiya əvvəlki səviyyədə oynamayacaq? Bu fikirlə razı deyiləm. Xorvatiya mən gələnə qədər də yaxşı nəticələr qazanırdı. Məndən sonra da qazanacaq. Bizim əsl gücümüz ayrı-ayrı oyunçularda yox, komanda ruhunda və vacib məqamlarda birləşməyi bacarmağımızdadı. Bu keyfiyyətimizi həmişə qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik. Mətbuatın yığma karyeramı bitirəcəyim tarixə bu qədər maraq göstərməsini anlayıram. Qərarımı verdikdə bunu rəsmi şəkildə açıqlayacam. DÇ-dən sonra baş məşqçi Zlatko Daliçlə yığmadakı gələcəyim haqda söhbətimiz oldu. O dərhal bildirdi ki, yığmada qalmağımın tərəfdarıdı. Bilirsiz, açıq danışsaq, mən yığmaya lazım olub-olmadığımı müəyyənləşdirmək istəyirdim. Yalandan kiminsə yerini tutmaq istəmirəm! Bu, mənim üçün qorxulu yuxu kimi bir şey olardı. Xüsusilə də ML-in finalındakı məğlubiyyətdən sonra özümü yaxşı hiss etmirdim və beynimdən yığma karyeramı bitirmək kimi fikirlər keçirdi. Ona görə də məşqçilər korpusunun fikrini mütləq öyrənməliydim. AÇ-2024-ün seçmə mərhələsinə birlikdə başlamaq qərarına gəldik. Hər şeyi aydınlaşdırdıq. Daliç 6 ildi yığmanın başındadı. Baş məşqçi və kapitan kimi münasibətlərimiz çox yaxşıdı. İndi əsas hədəf Almaniyadakı turnirə vəsiqə qazanmaq və orda yaxşı nəticələr əldə etməkdi.
* ''Real''la yeni müqavilə imzalayarkən nə mən, nə də klub tərəfindən şübhələr var idi. Yazda rəhbərlik mənlə müqaviləni yeniləmək istədiyini biruzə verdi. Elə mən də qalmaq istəyirdim. Anlaşma çox tez əldə olundu. Ümumiyyətlə, ''Real''da olduğum 12 il ərzində müqavilə ilə bağlı məsələlərdə həmişə bir-birimizi gözəl anlamışıq. Bu dəfə yeganə tələbim o idu ki, mənə keçmişdəki uğurlarıma görə yox, indiki performansıma görə qiymət verilsin. Yəni yalnız soyadım Modriç olduğuna görə start heyətində oynamaq istəmirəm. Hamı üçün eyni şərait, rəqabət ortamı yaradılmalıdı. Fiziki durumuma şübhə ilə yanaşanlara xatırladım ki, 2 ay öncə ardıcıl iki 120 dəqiqəlik oyunu əvəzlənmədən keçirdim. Düzdü, La Liqanın ilk 3 turunda ehtiyatda qalmaq mənim üçün də sürpriz oldu. Heç kim ehtiyatda qalmaqdan, az oynamaqdan məmnun olmur. Buna qədər sonuncu dəfə nə vaxt ardıcıl 3 oyunda ehtiyatda qaldığımı xatırlamıram. Ona görə də qəribə hisslər keçirdim. Amma bu, baş məşqçimizin qərarıdı. Bu üzdən özümü heç də pis hiss etmədim.
* Səudiyyə Ərəbistanından aldığım astronomik təklif? Təvazökarlıqdan uzaq səslənsə də, təkliflər həmişə, karyeramın hər dönəmində olub. Amma mənim vəziyyətə baxış tərzim 2012-ci ildən bəri dəyişməyib. ''Real'' mənim üçün həmişə birinci seçim olub. Yalnız bir halda - ''Real''ın mənimlə bağlı planları dəyişəcəyi halda başqa variantları nəzərdən keçirə bilərdim. Son 11 ildəki qərarlarım bu sözlərimi təsdiqləyir. ''Real''da xoşbəxtəmsə, başqa yerə yollanmağın nə mənası var?! Sağa-sola aldığım sərfəli təkliflər barədə danışaraq eqomu təmin etməyimə ehtiyacım yoxdu! Sadəcə, dediyim kimi: bu formada keçirdiyim hər andan zövq almağa çalışıram.
* Benzema? Onun bu mövzuda öz baxış tərzi var idi. Təbii ki, onun üçün darıxıram. Birlikdə 11 möhtəşəm il keçirdik. Eyni zamanda digər sabiq komanda yoldaşlarım – Serxio Ramos, Marselo, Kriştiano Ronaldonu da nostalji hisslərlə xatırlayıram. Onlar üçün də darıxıram. Uzun illər birlikdə oynamışıq və çox şey qazanmışıq. Onlarla həmişə xüsusi münasibətlərim olub.
* Kroos? Belə asanlıqla ''ağ bayraq qaldırmaq” istəmirik (gülür). Hərçənd ikimiz də gözəl anlayırıq ki, bizim dönəmimiz yavaş-yavaş başa çatır. Bu, təbii və qaçılmaz bir prosesdi. Toni məndən 4 yaş kiçikdi. Amma onun karyerasının davamlılıq müddəti ilə bağlı fərqli düşüncələri var. Kroos təkcə yüksək səviyyəli futbolçu yox, həm də əla insandı. Şadam ki, ikimiz də karyeramızın son dönəmini birlikdə keçirə və bu anlardan zövq ala biləcəyik.
* Çoxları mənə deyir ki, karyeramı bitirəndən sonra yeni həyata başlamaq, yeni reallığı qəbul etmək çətin olacaq. Amma bundan qorxmuram. Çünki həyatım boyunca bir çox çətinliyin öhdəsindən gəlmişəm. Bilirəm ki, bunun da öhdəsindən gələcəm. Bütün bunlar haqda düşünmək üçün hələ çox vaxtım olacaq. Elə yaşdayam ki, nə olacağını artıq düşünmürəm. Sadəcə, bu andan zövq alıram. Yeganə bildiyim odu ki, karyeramı tamamlayandan sonra da futbolun içində qalacam. Amma hansı vəzifədə olacağımı bilmirəm. Xorvatiyada Məşqçilər Akademiyasına daxil olmuşam və əvvəlcə oranı uğurla bitirmək niyyətindəyəm.
* Devid Bekhemlə bir neçə həftə öncə Xorvatiyada baş tutan görüşümə də aydınlıq gətirmək istəyirəm. Bilirəm ki, mətbuatda yayılan həmin şəkillərdən sonra çoxları “İnter Mayami”yə keçə biləcəyimi düşünməyə başladı. Amma bu, tam təsadüfi bir görüş oldu. Bekhem də ailəsi ilə birlikdə biz dincəldiyimiz yerdə imiş. Sadəcə, Xorvatiyaya istirahət etməyə gəlmişdi. Bizim üçün xoş bir sürpriz oldu. Görüşdükdən sonra ailələrimizlə bilrikdə restorana getdik. Təbii ki, bir çox mövzuya toxunduq. Adriatik dənizində üzməyin insana necə böyük zövq verdiyini, eləcə də buranın yeməklərini və insanlarını müzakirə etdik. Devid əla insandı və əsl centlmendi.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-09-2022, 16:0

Modriçin bir günü necə keçir?

Dünya futbolu

22-08-2022, 15:0

Kazemiro "Real Madrid"lə vidalaşdı

Dünya futbolu

16-06-2023, 13:0

Modriç Peresə nə demək istəyir?

Dünya futbolu

21-04-2023, 20:0

Prezident Modriçə nə söz verib?

Dünya futbolu

21-09-2022, 22:0

Modriç "Real"da qala bilər

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə