Nəhayət, Xese Rodrigesin yeni iş yeri müəyyənləşib. 30 yaşlı ispaniyalı hücumçu Braziliyada qərar tutub.
"Football-plus.az" xəbər verir ki, o, “Koritiba” ilə anlaşıb. Bu barədə klubun saytı məlumat yayıb. Braziliya klubunun mətbuat xidmətinin məlumatında belə bildirilib: “Real”la iki dəfə Çempionlar Liqasının qalibi olan Rodriges “Koritiba” ilə ilkin müqavilə imzaladı! Xoş gəldiniz, Xese!”.
Qeyd edək ki, Xese 2016-cı ildə yetirməsi olduğu “Real”dan ayrılaraq PSJ-yə transfer olunub. Amma parislilərin sıralarında yalnız bir mövsüm oynayıb. İcarə qaydası ilə “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”, daimi əsasda isə “Las Palmas”, “Ankaragücü” və “Sampdoriya”da oynayıb.