Məşhur futbolçuda anemiya problemi aşkarlandı

9.09.2023 18:34 223
Dünya futbolu
Aleksis Sançes Çili yığmasının vacib oyununu buraxmalı olub.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın seçmə turnirinin Uruqvayla səfər matçında (1:3) iştirak etməyib.

Səbəb “İnter”in hücumçusnun səhhəti ilə bağlıdı. Müayinə nəticəsində Aleksisin anemiya problemi ilə üzləşə biləcəyi ilə bağlı şübhə ortaya çıxıb. 34 yaşlı futbolçunun qanında eritrositlərin miqdarının normadan az olması həkimlərdə narahatlıq doğurub.

Aleksisin milli komandaya Kolumbiya ilə növbəti oyunda kömək edib-etməyəcəyi haqda məlumat verilmir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul