• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazi dedi, Vaqif Sadıqov təsdiqlədi

Yığma / Manşet

8-09-2023, 20:0

Millimiz sentyabrın 9-da “Dalğa Arena”da AÇ-2024-ün seçmə mərhələsində Belçika yığmasıyla qarşılaşacaq.

Bilindiyi kimi, baş məşqçi Canni de Byazi bu matç üçün 26 futbolçuya dəvət göndərib. İtaliyalı mütəxəssisin seçimləriylə bağlı ötən sayımızda ətraflı məlumat vermiş və yaranan söz-söhbətin səbəblərinə aydınlıq gətirmişdik. Çalışdırıcı srağagün Niderland mətbuatına Belçika ilə görüş və ölkə futbolu haqda diqqətçəkən açıqlamalar verib. Onun “voetbalgokken.nl” portalına söylədiklərini olduğu kimi təqdim edirik:

“Belçikalılarla oyun çox çətin olacaq. Qarşı tərəf böyük ulduzlara malik komandadı və FİFA reytinqində yuxarı pillələrdədi. Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparır. Buna baxmayaraq, rəqibə təslim olmaq fikrimiz yoxdu. Yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olar. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə yaxşılaşır. Yaxşı oyunçular var. Əsas problem odu ki, seçim imkanı məhduddu. Yəni milliyə namizəd futbolçu sayı azdı”.


67 yaşlı baş məşqçinin iddialarıyla bağlı AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik. O, qəzetimizə açıqlamasında De Byazinin sözlərinin həqiqəti əks etdirdiyini dedi:
“Əlbəttə, ölkə futbolunda milli səviyyəsində peşəkar futbolçu sayı azdı. Təəssüf ki, bu sahədə qıtlıq hiss olunur. Məsələnin yaxşı tərəfi isə bu istiqamətdə ciddi addımların atılmasıdı. Xüsusilə 1-ci və 2-ci liqaların yaradılması futbolçuların gənc yaşlardan peşəkarlaşmasına, özünü formalaşdırmasına müsbət təsir göstərəcək. Bəhs etdiyim islahatlar gələcəyə ümidlə baxmağa imkan verir. Bir neçə il sonra milliyə dəvət olunmaq üçün futbolumuzdakı rəqabətin şahidi olacaqsız”.


Vaqif bəy baş məşqçinin şans verdiyi və vermədiyi futbolçular ətrafında yaranan söz-söhbətlə bağlı bunları dedi:
“Hər dəfə belə hallar baş verir. Siyahı açıqlanır və hər kəs bir fikir səsləndirir. Təklif edirəm ki, çalışdırıcımıza güvənək və qərarlarına hörmətlə yanaşaq. Fikrimcə, De Byazi öz oyun planına uyğun futbolçularla işləməyə üstünlük verir. Hər baş məşqçi seçimində azaddı ki, bu ona da şamil olunur. Heç kim onun qərarlarını müzakirə etməməlidi. Birincisi, bu doğru deyil. İkincisi, seçimlərinə görə məsuliyyəti De Byazi daşıyır. Qarşıda əldə olunacaq nəticələrə görə baş məşqçi cavab verəcək, başqaları yox...”


AFFA rəsmisi sonda Belçika ilə oyunla bağlı fikirlərini bölüşdü və millimizə uğur arzuladı:
“Rəqibdən çəkinmək lazım deyil. Reallığa baxsaq, görərik ki, Belçika əvvəlki gücündə deyil. 2011-ci ildə Bakıda keçirilən görüşdə bizə qalib gələ bilməmişdilər (1:1 – red.) İndiki vəziyyətlərindən daha yaxşı olduqları halda başabaş mübarizə aparmışdıq. Deyərdim ki, qarşı tərəf, sadəcə, kağız üzərində favoritdi. Düzdü, De Byazinin o fikriylə də razıyam ki, onların ulduz futbolçuları var. Amma bu, komandamız üçün, sadəcə, motivasiya ola bilər, ağla qətiyyən başqa fikir gəlməməlidi. Futbolçularımızda özünəinam olsa, çətin işin öhdəsindən gələcəklərinə inanıram. Biz onların yanındayıq və son ana qədər dəstəkləyəcəyik. İnanıram ki, hər biri tam gücünü ortaya qoyaraq qəhrəmancasına mübarizə aparacaq. Onlara çox sevdiyim, tez-tez işlətdiyim bir cümlə ilə səslənmək istəyirəm: ya ümidsizsiz, ya da ümid sizsiz. Ya çarəsizsiz, ya da çarə sizsiz. Milli komandamıza uğurlar arzulayıram. İnşallah, azarkeşləri sevindirəcəklər. Onlar bizim həm ümidimiz, həm də çarəmizdi...”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

6-09-2023, 11:0

"Əsas problem odu ki, seçim imkanımız məhduddu” - De Byazi

Ölkə futbolu / Manşet

6-01-2023, 17:0

De Byazi Azərbaycan millisi haqda danışdı: "Əvvəlcə bəzi problemlər var idi"

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Yığma

4-09-2023, 10:0

De Byazi millimizin heyətini açıqladı

AÇ / Manşet

8-09-2023, 17:0

"Təəssüflər olsun ki, bizi ağır oyun gözləyir" - Canni De Byazi

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Bu gün, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 164
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə