• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Messi ilə birlikdə Parisdə əsl cəhənnəm yaşadıq!” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

7-09-2023, 23:0

Neymar, heç şübhəsiz, müasir futbolun ən tanınmış və ən güclü oyunçularından biridi.

"Football-plus.az" xəbər verir ki, amma futbol dünyasında onunla bağlı fikirlər müxtəlifdi. “Sambaçı”nın pula hərisliyi olmasaydı, bəlkə də karyerası daha uğurlu alına və o, futbol tarixində daha mühüm yer tuta bilərdi. 2017-də böyük pullar qarşılığında “Barselona”dan PSJ-yə keçidi, eləcə də yalnız 31 yaşı olmasına rəğmən, bu yaxınlarda “Əl-Hilal”la ikiillik müqavilə imzalaması onun karyerasına birmənalı qiymət verməyi çətinləşdirir. Müzakirəyə ehtiyacı olmayan məqam isə Neymarın istedadıdı. Braziliya yığmasında Peleyə məxsus məhsuldarlıq rekordunu yeniləmək üçün bir qola ehtiyacı olan Neymar bugünlərdə “Qlobo Esporte” nəşrinə müsahibə verib.

- Zədə üzündən bu il Braziliyanın keçirdiyi hər üç yoxlama oyununu buraxmalı olmuşduz. Bu, sizə necə təsir etmişdi?
- Çox pis. Mən, ümumiyyətlə, evdə divanda uzanıb televizorda futbola baxmağı xoşlayanlardan deyiləm. Bu, mənlik deyil. Hətta öz oyunlarımın təkrarını da izləməyi sevmirəm. Yığma üçün darıxırdım. Bəlkə də ilk dəfə yığmanın oyunlarını televozordan izləmək məcburiyyətində qalmışdım. Yığmanın ab-havası tam fərqlidi. Orda özümü çox xoşbəxt hiss edirəm. Amma yenidən oynamaq üçün əvvəlcə zədəmi tam sağaltmalıyam.

- Sizin yoxluğunuzda yığmada hansı futbolçunun liderliyi üzərinə götürə biləcəyi ilə bağlı çox müzakirə getdi. Markinyos bildirdi ki, Vinisius və Rodriqo yığmanın lideri olmağa hazırdı. Siz necə düşünürsüz?
- Bu fikirlə razıyam. Vinisiusla Rodriqo artıq ulduz səviyyəsinə çatıb və yığmada baş rolları oynamağa hazırdılar. Bunun mənim heyətdə olub-olmamağımla əlaqəsi yoxdu. Heç vaxt eqoist olmamışam. Əksinə, yığmada ön plana çıxmaq istəyən futbolçu nə qədər çox olsa, bunun komandaya bir o qədər çox faydası dəyər. Vinisiusla Rodriqonu bəyənirəm. Onların yeni səviyyəyə yüksəldiyini görmək məni sevindirir. Onlarla bir neçə dəfə söhbət edib məsləhətlərimi vermişəm.

- Vinisiusdan söz düşmüşkən, ötən mövsümün sonlarında onun yaşadığı irqçilik qalmaqalına sizin də münasibətinizi bilmək maraqlı olardı. Onun dostu kimi bu hadisəyə necə reaksiya verdiz?
- Çox üzücü olay idi.. Dünya çox dəyişib. Bəzilərinin hadisələrə baxış tərzi köhnəlib. Dostlarımın bütün bunlardan keçməli olduğunu görmək çətindi. Tək dostlarım yox, ümumiyyətlə, bir çox insan bu problemlə qarşılaşıb və hər gün də qarşılaşmaqda davam edir. Özümə gəlincə, irqçiliklə qarşılaşanda çalışıram ki, buna əhəmiyyət verməyim. Vinisiusa da məhz bunu məsləhət görürdüm. Bu hadisə onun başına gəldikdə zəng vurub əhval-ruhiyyəsi ilə maraqlandım. Hətta bu barədə danışarkən zarafat edib gülümsədik. Əslində isə söhbət çox ciddi problemdən gedir. Problemin kökü bizdən yox, başqa insanlardan qaynaqlanır. Təbii ki, biz məşhur simalar nəyin düz, nəyin yanlış olduğunu dilə gətirməliyik. Amma bu məsələyə son qoymaq vəzifə başında əyləşənlərin əlindədi. Hər şey onlardan asılıdı. Bir insan yanındakının başqasını dərisinin rənginə görə təhqir etdiyini görürsə və buna müdaxilə etməyə cürəti çatmırsa, deməli, o da başverənlərdən narazı deyil. Dünya çox çirkinləşib və bunları yaşamaq məcburiyyətində qalmağımız insana acı verir. Amma mən Tanrıya və bütün bunların nə vaxtsa bitəcəyinə inanıram.

- Müasir dünyada irqçiliyə qarşı mübarizə üçün başqa vasitələr varmı? Sizin kimi böyük nüfuza malik olan insanların belə məsələlərdə sözü daha keçərli ola bilərmi?
- Bizim internet kimi güclü vasitəmiz var. Onun sayəsində insanlara təsir etmək mümkündü. Bu açıq platformada, sosial şəbəkələrdə danışdıqlarımızı, yazdıqlarımızı dünyanın istənilən yerində görmək mümkündü. Sosial şəbəkələrdən təkcə insanlarda bir-birinə qarşı nifrət oyatmaq üçün istifadə etmək düzgün deyil. Bundan daha faydalı şeylər, insanları yaxşı mənada dəyişmək, onlara sevgi aşılamaq üçün də yararlanmaq olar.

- Messinin dünya kubokunu başı üzərinə qaldırdığını görərkən hansı hissləri keçirdiz? Çoxları iddia edir ki, nəhayət, haqq-ədalət yerini tapdı. Siz necə düşünürsüz?
- Messi üçün il gözəl keçdi. Bu, məni sevindirdi. Amma eyni zamanda içimdə üzgünlük var idi. Messi belə desək, medalın hər iki üzünü gördü. Argentina yığmasının düşərgəsində olarkən sanki cənnətdə olurdu. Yığma ilə son illərdə mümkün olan bütün titulları qazandı. Parisdə isə o, cəhənnəmin nə demək olduğunu gördü. Biz ikimiz də orda əsl cəhənnəm yaşadıq! Bu məqam insanı üzməyə bilməz. Axı biz ora elə-belə yollanmamışdıq. Nəyə qadir olduğumuzu göstərmək, ÇL-i qazanmaq və tarix yazmaq istəyirdik. Bunun üçün bacardığımız qədər birləşdik. Amma təəssüf ki, hədəfə çata bilmədik. Nəticələr baxımından Messi PSJ-dən layiq olduğu şəkildə ayrılmadı. Hamı onun necə məşq etdiyini, necə mübarizə apardığını, məğlub olarkən necə əsəbləşdiyini bilir. Fikrimcə, bu dərəcədə tənqid olunmağa layiq deyildi. Amma eyni zamanda DÇ-ni qazanmasına şad oldum. Bəli, düzgün qeyd etdiz ki, futbol ona münasibətdə ədalətli davrandı. Braziliya həmin turnirdə mübarizəni dayandırdıqdan sonra Messi karyerasını bu titulla başa vurmağa layiq idi.

- Futbol sizə münasibətdə də ədalətli olacaqmı? Yəni dünya çempionluğunu qazana biləcəksizmi?
- Dostum, mən buna çox ümid edirəm (gülür). Təbii ki, bir gün ən böyük arzuma çatacağıma və dünya çempionu olacağıma ümid eliyirəm. Amma bəzən arzular həyata keçmir. Bizdə Braziliyada bir çox insan üçün kumir olan bir futbolçu var. Braziliya tarixinin gəlmiş-getmiş ən böyük oyunçularından biridi. Amma dünya çempionu ola bilmədi. Zikonu nəzərdə tuturam. Bu titulu qazana bilməməyi onun keyfiyyətlərinə, bacarığına kölgə salmadı. Bu sözləri özüm haqda da deyə bilərəm.

- Səudiyyə Ərəbistanından sonrakı dayanacağınız hara olacaq? ABŞ-da oynamaq və ya Braziliyaya qayıtmaq fikriniz varmı?
- İndidən dəqiq bir söz deyə bilmərəm. Hər şey qərar verilən andakı şərtlərdən, insanın öz istəyindən asılıdı. Bir məqam dəqiqdi ki, Braziliyaya qayıtmaq əsas arzularımdan biridi. Amma bunun nə vaxt baş verəcəyini bilmirəm. Braziliya və ABŞ bundan sonra oynamaq istədiyim iki əsas ölkədi.

- Braziliyaya qayıtmaqdan söhbət düşmüşkən, “Santos” fanatları sizin yolunuzu səbirsizliklə gözləyir....
- Bu illər ərzində heç vaxt “Santos”la əlaqələrimi kəsməmişəm. Bu klub həmişə mənim qəlbimdədi. Hər dəfə tətillə bağlı Braziliyaya gələndə “Santos”un ev oyunlarına getmək istəyirdim. Amma buna vaxt tapa bilmirdim. Bir neçə ay öncə, nəhayət, bunu etdim. Həmin ziyarətimdən sonra mətbuatda haqqımda bəzi yazılar peyda oldu. Sonra mən və ailə üzvlərim ilə “Santos” arasında problem olması barədə həqiqətə uyğun olmayan şeylər yazdılar. Mətbuat belə mövzuları şişirtməyi xoşlayır. Əziyyət çəkən isə biz oluruq. Mən internetdə özünü təmizə çıxarmağı xoşlayan insanlardan deyiləm. Məni tanıyanlar bunu gözəl bilir.

- “Santos” rəhbərliyi sizin sayənizdə yeni investorlar da cəlb etmək istəyirdi. Bu baxımdan kluba yardımınız dəyəcəkmi?
- “Santos”a yardım etmək fürsətim olsa, bunu böyük məmnuniyyətlə edəcəm. “Santos” çox böyük klubdu və layiq olduğu yerə qayıtmalıdı. İnanıram ki, rəhbərlik komandanı yenidən iddialı etmək üçün hər şey edir.

- Braziliya futbolunda əcnəbi məşqçilərlə bağlı yeni dəb yaranıb. Klublar məhz əcnəbi mütəxəssislərə üstünlük verir. Braziliya Futbol Konfederasiyası (BFK) da bu yolla getməyə qərar verib. Sizcə, Karlo Ançelotti Braziliya yığmasına nə verə bilər?
- Bunu ümumiləşdirmək lazım deyil. Bu, hər klubun öz seçimidi. BFK-nın atmaq istədiyi addımdan xəbərim yoxdu. Düzünü desəm, yığmanın başına yerli məşqçilərdən birinin keçəcəyini düşünürdüm. Hələ ki ən ideal seçim elə Fernando Dinizdi. Bu seçimi dəstəkləyirəm və onun yığmada uğurla işləyəcəyini düşünürəm. BFK rəsmilərindən heç kimlə bu barədə söhbətim olmayıb. Ançelotti gələcəksə, onu burda hər kəs çox xoş qarşılayacaq. Tanınmış mütəxəssislərdən biridi və karyerası ərzində, demək olar ki, her şey qazanıb. Ondan mümkün qədər çox şey öyrənməyə, mənimsəməyə çalışacam. Ümumiyyətlə, məşqçilərdən yeni şeylər öyrənməyi, onlarla ideyalarımı bölüşməyi xoşlayıram. Braziliya yığması yeni mərhələyə qədəm qoyur. Bunun əcnəbi, yoxsa, yerli məşqçi ilə olacağını bilmirəm. Hər şey BFK prezidentinin seçimindən asılı olacaq. Ümid edirəm ki, doğru seçim edəcək.

- İkinci dəfə ata olmağa hazırlaşırsız. Hansı hissləri keçirirsiz? Çünki ilk övladınız Davi Lukka dünyaya göz açarkən çox gənc idiz.
- İndi hər şey çox fərqlidi. İkinci dəfə ata olacağımı biləndə buna tam başqa cür reaksiya verdim. İlk uşağım olanda cəmi 19 yaşım var idi. Yadımdadı ki, bu xəbəri eşidəndə özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Bizi vacib final matçı gözləyirdi və hətta o oyunda meydana çıxmaq istəmirdim. Amma bu gün oğlumun 12 yaşı var. Bu dəfə ata olacağımla bağlı xəbər mənə də, xanımıma da böyük sevinc yaşatdı. Bizim ailədə uşaq həmişə böyük bir sevginin, gələcək işığın təcəssümüdü. Bu, Tanrının bir hədiyyəsidi. Fikrimcə, bu uşaq ailəmizin hər bir üzvünün həyatını dəyişəcək. Bir dəfə bu təcrübəni yaşamışam. Amma budəfəki təcrübə tam fərqli olacaq.

- Şəxsi həyatınızda belə yeniliklər meydandakı oyununuza köklənməyə mane olurmu?
- Ağzını açıb yemək gözləyənlərin biri də artacaq (gülür). Zarafat bir kənara, bu, həyatımda müsbət mənada baş verən bir dəyişiklik olacaq. Bilirəm ki, tribunada məni dəstəkləyənlərin sayı bir nəfər də artacaq. Ailə çox yaxşı şeydi. Ailə hər zaman sənin arxanda durur.

- Bu müsahibəni sizin yaratdığınız idman mərkəzində götürürük. Burda yüzlərlə yardıma ehtiyacı olan uşaq var. Onların sizə necə bağlı olduğunu gördük. Bu layihə sizə necə təsir göstərib?
- Hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Uşaqlar məni gözəl qarşılayır. Onların sevgisi çox saf olur. Bu saf sevgini qazanmaq həyatda ən gözəl hisslərdən biridi. Bu idman mərkəzini açmaq həyatımda və karyeramda nail olduğum ən böyük uğurdu. Özümdən sonra qoya biləcəyim ən gözəl miraslardan biridi. Çünki bəzi uşaqlar burda həyatlarını dəyişir. Heç mənim özümün uşaqlıqda belə imkanlarım olmayıb. Burda üzgüçülük, futbol, basketbol və s. var. Uşaqlara fərqli dillər öyrədilir, fərqli peşələr aşılanır.

- Siz də bu yoldan keçmisiz. Özünüzü bu uşaqlarda görə bilirsizmi?
- Əlbəttə. Mən də bir çox idmançıların, futbolçuların fanatı olmuşam. Öz kumirlərimi görəndə onları qucaqlamaq istəyirdim. Dilim tutulurdu və nə deməli olduğumu bilmirdim. Ona görə də bu uşaqların məni görərkən yaşadıqları heyranlığı gözəl anlayıram. Həmin an dayanıb onlarla söhbət etməyə çalışıram.

- Düşünürsüz ki, artıq futbol tarixində iz buraxmağı bacarmısız?
- Bəzən insanlar başqa cür düşünməyə başlayır. Amma bunlar məni tanımayan insanlardı. Məni tanıyanlar, məsələn, indiyə qədər birlikdə oynadığım komanda yoldaşlarım həmişə mənim haqda yalnız xoş sözlər söyləyiblər. Tək futbolçu yox, həm də insan kimi. Mənim üçün önəm kəsb edən məhz budu. Özümdən sonra xos izlər buraxmaq istəyirəm. Şükürlər olsun ki, Tanrı mənə bu istedadı verib. Şükürlər olsun ki, adımı artıq həm Braziliya, həm də dünya futbolu tarixinə yazdırmışam. Mən məhz məni tanıyan insanların həyatına yaxşı mənada təsir etmək istəyirəm.

- İnsanların gələcəkdə sizə necə qiymət verəcəyi mövzusu barədə düşünmüsüz?
- Mən hər zaman özüm kimi və səmimi olmağa çalışmışam. Heç vaxt heç nədən qorxmamışam. Düzdü, karyeramda bir neçə dəfə yanlış hərəkətə yol verdiyimi etiraf edirəm. Buna rəğmən, hər zaman düzgün şeylər etməyə, özümü düzgün aparmağa çalışmışam. İstəyirəm ki, insanlar məni səmimi və harda oynamağından asılı olmayaraq, meydanda fərq yaratmağı bacaran futbolçu kimi xatırlasın.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2022, 16:0

Messi Mbappe və Neymar haqda nə dedi? - AÇIQLAMA

Dünya futbolu

15-08-2023, 18:0

Neymar Səudiyyə Ərəbistanında dünyaları qazanacaq

DÇ

9-12-2022, 22:0

Neymar Peleyə çatdı

Dünya futbolu / Maraqlı

1-04-2023, 12:0

1 saata 1 milyon uduzan Neymar əvvəl ağladı, sonra güldü!

Dünya futbolu

22-10-2022, 23:0

Neymar Bolsonarunun rəqibindən qorxur?

Dünya futbolu

11-05-2023, 00:0

Neymarın yolu yalnız İngiltərəyədi?

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə