“Qəbələ”nin daha bir futbolçu transfer edəcəyini yazmışdıq.
“Football-plus.az” xəbər verir ki, bu yöndə çalışmalar xoşbəxt sonluqla bitib. “Qırmızı-qaralar” axtardığını Türkiyədə tapıb. Baş məşqçi Elmar Baxşıyevin saytımıza verdiyi məlumata görə, “Adanaspor”un hücumçusu Samuel Tettehlə razılıq əldə olunub. Bölgə təmsilçisi qanalı oyunçuyla anlaşmanın detallarını tezliklə açıqlayacaq.
Qeyd edək ki, Tetteh cari ilin fevralından icarə əsasında “Bandırmaspor”da çıxış edib. 12 oyunda meydana çıxan 27 yaşlı hücumçunun hesabında bir qol var.
KƏNAN BAHADIR