• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bellingemin ilk məşqçisi onun haqda nələr dedi? - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

1-09-2023, 23:0

Cud Bellingemin Madriddəki karyerasının bu dərəcədə uğurlu start götürəcəyini az adam proqnozlaşdırardı.

“Football-plus.az” xəbər verir ki, 20 yaşlı ingiltərəli yarımmüdafiəçi La Liqada keçirdiyi ilk 3 oyunda artıq 4 qol vurub. Halbuki Eden Azar La Liqada 4 qolu 4 mövsümə vurmuşdu. Bellingem peşəkar səviyyədə 2019-cu il avqustun 6-da debüt edib. Həmin gün “Birmingem” İngiltərə kubokunda “Portsmut”la qarşılaşırdı. 16 yaş 38 günlüyündə meydana çıxan Cud “Birmingem” tarixində forma geymiş ən gənc oyunçuya çevrilmişdi. O dönəmdə bu klubu Xosep Klotet çalışdırırdı. Son illərdə “Breşia” və SPAL kimi İtaliya klublarında işləyən 45 yaşlı ispaniyalı mütəxəssis bu ilin martından bəri Moskva “Torpedo”sunu çalışdırır. “La Saeta Rubia” adlı “teleqram” kanalı bugünlərdə Bellingemlə bağlı Klotetdən müsahibə götürüb.

- Cudun cəmi 20 yaşı var. Son 4 ildə o, “Birmingem”dən “Real”a aparan böyük bir yol qət edib. Bu müddətdə onun hansı oyun keyfiyyətləri inkişaf edib?
- Cud həmişə həmyaşıdlarından fərqlənirdi. O, çətin anlarda öz bacarığından necə istifadə etmək lazım olduğunu öyrənib. İnkişaf etdirdiyi əsas keyfiyyət məhz budu. Müxtəlif epizodlarda, fərqli şərtlər və təzyiq altında oynamağı öyrənib. Bunun sayəsində o, oynadığı bütün klublarda liderə çevrilib.

- Onu 15 yaşından tanıyırsız. İlk dəfə “Birmingem”in akademiyasına gələndə sizə necə təsir bağışlamışdı? Oyunu ilə o vaxtdan diqqəti çəkirdi, yoxsa sonradan inkişaf etməyə başladı?
- Diqqətimi cəlb edən ilk şey onun oyunun axarına təsir etmək bacarığı oldu. Əsl təcrübəli oyunçu kimi komandanı arxasınca aparmağa çalışırdı. Bu cəhətdən həmişə həmyaşıdlarından seçilib. “Birmingem”də onun əsas komanda ilə çıxdığı ilk məşqi xatırlayıram. Həmin gün elə təəssürat yaranırdı ki, elə bil Bellingem uzun illərdi komandadı. Özü də bunu çox adi qəbul edirdi. Adətən, yeniyetmələr əsas komanda ilə məşq etməyə başlayanda ilk vaxtlar çətinlik çəkirlər. Fiziki cəhətdən onlara bir qədər çətin olur. Amma [/b]Bellingem peşəkar futbolçuların və özündən böyüklərin etdiyi bütün hərəkətləri eyni tempdə sona qədər davam etdirirdi. Fikrimcə, belə gənc yaşda peşəkarlarla məşq etməq ona böyük fayda verdi. Əsas komandaya yüksələndən cəmi 6 ay sonra o artıq “Birmingem”də start heyətinin üzvü sayılırdı.

- Böyük futbolda ona şans verən ilk məşqçisiz. Onu həm futbolçu, həm də insan kimi xarakterizə edən bir hadisəni danışa bilərsizmi?
- Bəli, bir dəfə Milad bayramı dönəmində ardıcıl bir neçə çətin oyunumuz var idi. Məğlubiyyətsiz seriya yaxalamışdıq və yaxşı forma yığmışdıq. Bellingem oyunlardan birində ayağında ağrı hiss etdi. Tibbi personalımız düşündü ki, ona istirahət vermək üçün ən ideal zamandı. Çünki həmin ana qədər ardıcıl bir neçə çətin oyuna çıxmışdı. İngiltərədə Milad bayramı, bilindiyi kimi, bütün klublar üçün ən çətin dönəmdi. Çünki qısa müddətdə ardıcıl oyunlar keçirməli olursan. Cuda istirahət vermək qərarına gəldik. O əvvəlcə bu addımımızı anlamadı. Başa düşmək istəmirdi ki, bəzən bir-iki oyunda istirahət lazımdı. Yadımdadı ki, bunu ona başa salmaq üçün ofisimdə onunla bir saat təkbətək görüş keçirməli oldum. Sona qədər də “ciddi zədə deyil”, “komandanı yarıyolda qoymaq istəmirəm”, “oynamağa hazıram” kimi ifadələr işlətdi. Bu hadisə onun futbolla yaşadığını və komanda naminə özünü qurban verməyə hazır olduğunu, eləcə də xarakterini və mentallığını göstərir. Sonda qərarımı qəbul etməli oldu.

[b]- Bellingem “Real”da da lider ola bilərmi? Bu təzyiqin öhdəsindən gəlməyə hazırdı?

- Az öncə də dediyim kimi, istər məşqlərdə, istərsə də oyunlarda onun liderlik keyfiyyətləri həmişə məni heyran edirdi. Heç vaxt yeni çağırışlardan qaçmır. Həyata “stəkan yarıya qədər doludu” prizmasından baxan insanlardandı. Yəni həmişə pozitiv düşünməyə çalışır. Bizim komandanın sanki mühərriki idi. İngiltərə yığması üçün də artıq vacib futbolçulardandı. Bütün bunlara “Real” kimi klubda da nail olacağını idda etmək üçün hələ çox tezdi. Amma liderə çevrilmək üçün hər cür keyfiyyətlərə malikdi. O özü də “Real”ın futbolda ən böyük meydanoxuma fürsəti olduğunu dərk edir. İnkişafında yeni mərhələyə, eləcə də hədəflərinə çatmaq üçün ən düzgün klubdadı. Əminəm ki, hər şey qaydasında olacaq və bütün çətinliklərin öhdəsindən gəıləcək.

- Bellingemin ideal mövqeyi nədi?
- Cud çox universal və hərtərəfli futbolçudu. Onja görə də konkret bir mövqe söyləmək düzgün deyil. Müdafiənin önündə özünü rahat hiss edir. Amma “8” nömrə kimi də əla təsir bağışlayır. Rəqibin cərimə meydançası həndəvərində topu qəbul etdikdə hər zaman təhlükə yaratmağa qadirdi. Çünki topla irəliləyib cərimə meydançasına daxil olmaq, məhsuldar ötürmə vermək və qol vurmaq kimi keyfiyyətlərin hamısı onda var. Driblinqi də yaxşıdı. Hətta deyərdim ki, Bellingem müasir futbolda ən hərtərəfli oyunçulardan biridi. Məşqçilər üçün əsl “coker”di.

- Cəmi 20 yaşı olsa da, bəzən elə təssürat yaranır ki, onun zəif cəhəti yoxdu. Sizcə, zəif və ya üzərində işləməli olduğu cəhəti hansıdı?
- Çətin sualdı. Konkret hansı aspektdə artırmalı olduğunu demək çətindi. Çünki biz artıq özünü sübut etmiş və karyerasına çox erkən yaşda başlamış bir ulduzdan bəhs edirik. Bütün bu illər ərzində o, istər “Birmingem”də, istərsə də “Borussiya”da komanda yoldaşlarından çox şey öyrənməyə şalışırdı. İndi isə öyrəndiklərini “Real”da tətbiq etməyə çalışır. Çünki “Real”a öyrənmək üçün yox, bacarığını nümayiş etdirmək üçün gedirlər. Orda hər şeyi ideal etməlisən. Artıq Bellingem La Liqa və ya ÇL-i qazanmağa cəhd göstərməlidi. Yəni özündə qalib ruhunu formalaşdırmalıdı. Bunu etsə, karyerasında yeni səviyyəyə qalxacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-12-2022, 23:0

"Nyukasl" Bellingemin qardaşını istəyir

Dünya futbolu

14-06-2023, 23:0

Bellingemin gəlişi “Real”a nə vəd edir? - TƏHLİL

Dünya futbolu

2-10-2022, 23:0

“Real”ın gələn yay üçün transfer hədəfi bəllidi

Dünya futbolu

19-04-2022, 18:0

La Liqada yeni təyinat

Dünya futbolu

9-06-2023, 11:0

Bellingem iki klubun tarixinə düşəcək

Dünya futbolu

9-04-2023, 17:0

O, artıq “Real”a lazım deyil

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 203
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə