• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi”nin milyard xərcləməsi qanunidi? - TƏHLİL

Dünya futbolu

1-09-2023, 21:0

London klubunun amerikalı sahibi Todd Bouli bir-birinin ardınca baha transferlər həyata keçirsə də, maraqlıdı ki, “maliyyə heyr-pleyi” prinsipini pozmur.
“Football-plus.az” xəbər verir ki, Səudiyyə Ərəbistanından olan klubların entuziazmını və maliyyə imkanlarını nəzərə alsaq, məhz bu ölkənin çempionatının nəhəng təmsilçilərinin yayda rekord transferlər həyata keçirəcəyini gözləməyə dəyərdi. Ancaq Avropanın əksər çempionatlarında qeydiyyat müddətinin bitməsinə saatlar qaldığı indiki vaxtda yayın ən böyük 10 sövdələşməsi siyahısında ərəblərdən yalnız bir nişanə var. Neymarın PSJ-dən “Əl-Hilal”a keçidi bu kluba 90 milyon avroya başa gəlib və transfer hit-paradında yalnız 5-ci yeri tutur (“Mançester Siti” də “Leyptsiq”dən Yoşko Qvardiolu eyni məbləğə alıb). “Şəhərlilər”lə yanaşı, daha 6 “yağlı” transferi premyer-liqa klubları reallaşdırıb. Özü də “Mançester Yunayted”lə “Arsenal”ın adı reytinqdə iki yerdə çəkilir. Mankunianlar Rasmus Heylunnu 75 milyon, Meyson Mauntu isə 64,2 milyon avroya alıb. Londonlular Kay Havertsə görə 75 milyon ödəyib, Deklan Raysı ən baha ingiltərəli futbolçuya çevirib – ona görə “Vest Hem”in hesabına 122 milyon avro köçürüləcək. Bununla belə, “Brayton”la “Çelsi” arasındakı Moyses Kaysedo ilə bağlı sövdələşmə bütün bu transferləri kölgədə qoydu. Tərəflər 133 milyon avroya razılaşandan sonra bir-birinin əlini sıxdı – bu məbləğ ekvadorlunun qiyməti və bonuslar hesabına formalaşdı. Bu keçid centlmenlik şəraitində baş tutdu: dayaq yarımmüdafiəçisi “Liverpul”un vəd etdiyi daha yaxşı şərtlərdən imtina etdi, ona görə ki, londonlulara söz vermişdi. Nə qədər ağılsızlıq kimi görünsə də, “zadəganlar” Kaysedonun baha transferi ilə də kifayətlənmədilər. Cəmi bir neçə gün sonra “Sauthempton”dan Romeo Laviyanın transferini də açıqladılar. Belçikalı “Çelsi”yə 62,1 milyon avroya başa gəldi, bununla da London klubunun yaydakı transfer məsrəfləri 385,1 milyona çatdı. Bu məbləği Todd Boulinin əvvəlki iki “transfer pəncərəsi”ndə xərclədiyi pulun üzərinə gəlsək, hətta klubun sabiq sahibi Roman Abramoviç də heyrətlənərdi. Yəhudi sahibin vaxtında milyard yalnız klubdakı 10-cu ilində xərclənmişdi. Əlbəttə, inflyasiyanı da nəzərə almaq lazımdı, amma müqayisə bütün hallarda heyranlıq doğurur.

Demək olar ki, itkisiz
“Çelsi” Boulinin dönəmində transfer bazarında ən aqressiv oyunçuya çevrilib. “Göylər” artıq 996 milyon avroya 24 futbolçu alıb (25-ci 11 milyon avroya icarəyə götürülən Joao Felişdi) və çox güman, daha bir neçə alış həyata keçirəcək. Mediaya inansaq, londonlular “Kristal Pelas”dan Maykl Oliseyə görə 35 milyon avro həcmində dəbbəhaqqı bəndini aktivləşdirəcək, həmçinin “Nyu-İnqland”ın serb qapıçısı Corce Petroviçə görə 16 milyon ödəyəcək. Beləliklə, milyard avro həddi aşılacaq.

Boulinin çox və baha futbolçu almaq taktikası əvvəlcə heç kimi təəccübləndirmirdi. Amerikalı futbol bosslarının klassik fəndindən yararlanırdı – azarkeşlərin simpatiyasını qazanmaq, Abramoviç erasını onların yaddaşından çıxararaq öz erasını başlamaq üçün kobud şəkildə investisiya qoyurdu. Ancaq qışda və bu yay da eyni taktikaya əl atması faciəvi nəticələr fonunda isterikaya bənzəyir. Axı London klubu premyer-liqanın ötən mövsümün 12-ci yerdə bitirməklə 1993/94 mövsümündən bəri ən zəif nəticəsini göstərib. Gerçəkliyə qalsa, biabırçı il “Çelsi”yə çox hiyləgər strategiya ilə gələn Boulinin və “BlueCo” konsorsiumunun planlarına, demək olar ki, təsir etməyib. London klubunun yenilərin əksəri ilə 6-8 illik müqavilə bağladığını sezmək o qədər də çətin deyil. Ən uzunmüddətli – 2031-ci ilə qədər – müqavilə isə daha baha başa gələn futbolçular – Mixail Mudrik (70 milyon avro), Entso Fernandes (121), Moyses Kaysedo (133) və Nikolas Cekson (37) ilə imzalanıb. Daha yeddi futbolçu ilə 7, dördü ilə 6 illik anlaşma əldə olunub. Əməlli-başlı anomallıqdı. Ancaq belə uzunmüddətli əməkdaşlıq futbolçulara heç də karyeralarının böyük hissəsində bu klubda qalmaq üçün təklif olunmayıb. Əsas hədəf “maliyyə feyr-pleyi” prinsipinə əməl etməkdi. Bu prinsipə görə son üç ildə itki 30 milyon avrodan artıq olmamalıdı. “Çelsi”də bu baxımdan vəziyyət əladı – 2023-cü ilin yekunlarına görə minimal itki qeydə alınacaq. Bəs bu necə mümkün olur? Konkret nümunə əsasında aydınlaşdıraq. 8 illik müqavilə bağlayan Mudrik “zadəganlar”a 70 milyon avroya başa gəlib. Belə çıxır ki, ukraynalının transfer xərcləri 8 hissəyə bölünəcək, transfer haqqı kimi 8,75 milyon göstəriləcək – illik maliyyə hesabatına məhz bu rəqəm düşür. Müqavilə müddətindən asılı olaraq, eyni vəziyyət başqa futbolçularda da təkrarlanır – müqavilə 5 illikdisə, məbləğ 5 yerə bölünür və s. və i.a. “Çelsi”nin transfer bazarındakı dayanmadan göstərdiyi fəaliyyət gətirib ona çıxarır ki, klub hər növbəti ilə 150 miyon avrodan artıq kəsirlə başlayacaq. İngiltərə premyer-liqasının rəhbərliyi və UEFA ilə problem yaranmaması üçün klub sonradan kimlərisə satmalı olacaq. Bu yay Haverts, Kovaçiç, Kulibali və daha 5 oyunçunun gedişi sayəsində londonlular 254,9 milyon avro qazanıb. Qaydalara görə bu məbləğin böyük hissəsi dərhal maliyyə hesabatına düşür. Bu mənada ən əlverişli sövdələşmə Meyson Mauntun 642 milyon avro müqabilində MY-yə keçidi oldu. Meyson klubun yetirməsi olduğundan onun satışından əldə olunan vəsait maliyyə hesabatında tam həcmdə əksini tapacaq. Elə bu səbəbdən “Stemford Bric”də artıq akademiyanın daha bir yetirməsinin – Konor Qallaherin taleyi haqda düşünürlər. Müqayisə üçün xatırladaq ki, “Arsenal”a 75 milyona satılan Haverts kluba yalnız 43 milyon qazandırdı. Almaniyalı futbolçunun “Çelsi” ilə hələ ikiillik müqaviləsi var idi, bu illərin hər biri 16 milyon itki yaradırdı. İki ilə 32 milyon edir. Bu itki də transfer məbləğinin hesabına qapandı, 75 milyondan 32 milyonu çıxanda 43 milyon qalır.

Başqa müddətlər
Son mövsümlərarası dövrdə Bouli həm də avrokubokların yoxluğu hesabına nəfəs dərə bildi. “Çelsi” heç Konfrans Liqasına da vəsiqə qazanmadığından maliyyə qaydalarını sərtləşdirən UEFA qarşısında hesabat verməli olmadı. Məsələn, yuxarıda vurğuladığımız kimi, İngiltərədə müqavilə məbləğini 8, hətta 10 ilə bölməyə imkan varsa, qitə futbol qurumu 5 illə kifayətlənir. Yəni Kaysedoya görə ödənilən 133 milyonu avroturnirlərdə iştirak etmək istəyən klub artıq 8 yox, 5 illik maliyyə hesabına salmalıdı. Başqa klubların hiyləgər Bouli ilə bağlı şikayətindən sonra bu məsələ İngiltərə premyer-liqasının rəhbərliyini də düşündürüb. “Kristal Pelas”ın sabiq sədri Saymon Cordan bildirib ki, yeni qaydaların qəbulu qaçılmazdı. Bu isə o deməkdi ki, “Çelsi” hansısa məqamda xərclərə daha sərt yanaşmalı və satışla bağlı düşünməli olacaq. Düzdü, klub əvvəlcədən buna hazır idi. “Zadəganlar” istisnasız gənc futbolçular alır və Aspilikueta kimi yaşlıların xidmətindən imtina edir. Komandada yaşı 28-dən yuxarı olan yalnız üç futbolçu qalıb: heç kimə lazım olmayan Lukaku, heç kimin tanımadığı qapıçı Bettinelli və Tyaqo Silva. Sonuncunun cəmi birillik müqaviləsi qalır və onu baha qiymətə satmaq mümkün deyil. Klub bosslarına indi ideal gələcəkdə qazanc gətirəcək və ya heç olmasa, gedərkən büdcəyə çox ziyan vurmayacaq aktivlər lazımdı.

“Çelsi”nin son üç “transfer pəncərəsi”ndə aldıqları
2022-nin yayı
oyunçu vətəndaşlıq hardan məbləğ*
m. Vesli Fofana Fransa Lester (İngiltərə) 80 400 000
m. Mark Kukurelya İspaniya Brayton (İngiltərə) 65 300 000
h. Rahim Sterlinq İngiltərə Mançester S. (İngiltərə) 56 200 000
m. Kalidu Kulibali Seneqal Napoli (İtaliya) 38 000 000
y. Karni Çukvumueka İngiltərə Aston Villa (İngiltərə) 18 000 000
h. Pyer-Emerik Obameyanq Qabon Barselona (İspaniya) 12 000 000
q. Qabriel Slonina ABŞ Çikaqo (ABŞ) 9 090 000
y. Denis Zəkəriyə İsveçrə Yuventus (İtaliya) 3 000 000 (icarə)
2022-nin yayının yekunu 281 990 000
2023-ün qışı
y. Entso Fernandes Argentina Benfika (Portuqaliya) 121 000 000
y. Mixail Mudrik Ukrayna Şaxtyor (Ukrayna) 70 000 000
m. Benua Badyaşil Fransa Monako (Fransa) 38 000 000
y. Nani Madueke İngiltərə PSV (Niderland) 35 000 000
m. Malo Hüsto Fransa Lion (Fransa) 30 000 000
y. Andre Santos Braziliya Vasku da Qama (Braziliya) 12 500 000
h. David Datro Fofana Kot-d’İvuar Mode (Norveç) 12 000 000
y. Joao Feliş Portuqaliya Atletiko (İspaniya) 11 000 000 (icarə)
2023-ün qışının yekunu 329 500 000
2023-ün yayı
y. Moyses Kaysedo Ekbador Brayton (İngiltərə) 116 000 000
y. Romeo Laviya Belçika Sauthempton (İngiltərə) 62 100 000
h. Kristofer Nkunku Fransa Leyptsiq (Almaniya) 60 000 000
m. Aksel Disasi Fransa Monako (Fransa) 45 000 000
h. Nikolas Cekson Seneqal Vilyarreal (İspaniya) 37 000 000
y. Lesli Uqoçukvu Fransa Renn (Fransa) 27 000 000
q. Robert Sançes İspaniya Brayton (İngiltərə) 23 000 000
q. Corce Petroviç Serbiya Nyu-İnqland (ABŞ) 16 000 000
h. Deyvid Vaşinqton Braziliya Santos (Braziliya) 16 000 000
y. Anjelo Braziliya Santos (Braziliya) 15 000 000
2023-ün yayının yekunu 417 100 000
üç “pəncərə”nin yekunu 1 028 590 000
* avro ilə (transfermarkt.de saytının informasiyası).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-07-2022, 19:0

Yayda transferlər ən çox pul xərcləyən klubların siyahısı açıqlandı

Dünya futbolu

9-08-2023, 18:0

Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi oldu

Dünya futbolu

6-02-2023, 19:0

Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Dünya futbolu

22-01-2023, 19:0

“Çelsi” “Bavariya”, PSJ və “Real”ı arxada qoydu

Dünya futbolu

28-07-2023, 19:0

Dövlət klublara transferlər üçün 19,7 milyard avro ayırdı

Aktual
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
Son xəbərlər
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
  • Dünən, 12:53
    “Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 12:38
    Millimiz üçüncü yeri tutdu - AÇ
  • Dünən, 12:17
    Rövşən Nəcəf "Sabah"ı təbrik etdi
  • Dünən, 11:56
    ''Qalatasaray'' bu göstəricidə Avropanın TOP-10 çempionatında yalnız bir klubdan geridədi
  • Dünən, 11:35
    Krivotsyuk komandasına kömək edə bilmədi
  • Dünən, 11:10
    Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
  • Dünən, 10:48
    Finalın hakimləri və rəsmi şəxsləri də mükafat aldı
  • Dünən, 10:31
    Bizon ölkə kuboku: mükafatlandırma mərasimi - VİDEO
  • Dünən, 10:00
    Nəriman meydana çıxdı, komandası uduzdu
  • Dünən, 00:11
    Qışda ''Fənər''dən ayrılan futbolçu ''Qalatasaray''la danışıqlar aparır?
  • 13-05-2026, 23:0
    Demçenko, indi günah nə səndədi, nə məndə... – YAZI
Daha çox
Oxunub: 406
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 279
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 227
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 202
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 194
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 193
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə