• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfran İsmayılov: “Tərlan Əhmədov mənə qarşı kişilik eləmədi”

Ölkə futbolu / Manşet

31-08-2023, 17:0

Veteran futbolçu, ölkənin bir neçə komandasının “sükanı arxasında” olmuş Tərlan Əhmədovun "CBC Sport" telekanalının "Bizim Futbol" verilişində "Neftçi" və "Kəpəz"də işlədiyi dönəmdə başına gələn hadisələrdən danışıb, eləcə də Əfran İsmayılov haqda maraqlı fikirlər səsləndirib.

Tərlan bəyin dediyinə görə, “Neftçi”də çalışdığı, yəni Kamran Quliyev prezident olduğu dövrdə onun sərəncamına yararsız futbolçular verilib, rəhbərlik isə baş məşqçiyə pul qazanmaq fikrində olduğunu bildirib. “Kəpəz”də çalışdığı dönəmdə isə kimlərsə hətta Tərlan Əhmədovu öldürməyə çalışıb. Təbii ki, çox acı və ağlasığmaz ittihamlardı.

"Football-plus.az" olaraq bununla bağlı əvvəlcə "Neftçi"nin sabiq prezidenti Kamran Quliyevlə əlaqə saxladıq:

"Mən hazırda istirahətdəyəm. Xahiş edirəm ki, bunu nəzərə alasız. Nə həmin verilişə baxmışam, nə də bilmirəm kim nədən danışır. Futboldan danışmaq istəmirəm. Buna haqqım da var".


"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə bunları dedi:

"Bu gün ölkəmizdə hüquq-mühafizə orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Tərlan Əhmədovun dediyi kimi belə problemi və bu, "Kəpəz" ilə bağlı olubsa, klubun bundan xəbəri olardı. Bu, Tərlan Əhmədovun şəxsi işləri ilə bağlı da ola bilər. Dəqiq bilmirik. Həyatına təhlükə hiss edirdisə, hər halda, vaxtında özü polisə müraciət etməliydi. Və ya klub rəhbərliyinə məlumat verə bilərdi".


Verilişdə adı çəkilən klublardan fərqli Əfran İsmayılov Tərlan bəyin onun haqqında səsləndiriyi fikirlərə geniş şəkildə aydınlıq gətirdi:

“Mənə Tərlanın həmin çıxışı haqda məlumat veriblər. O bildirir ki, Gəncədə Abbas Səhhət xəstənasına MRT üçün gedəndə həkim ordan məni qovub. Guya mən Tərlanın arxasınca danışmışam. Allah şahiddi ki, yanımda Samir Məhərrəmli də var idi. İstəsəz, ondan da soruşa bilərsiz. Bizi orda çox yaxşı qarşıladılar. Hətta mən gəldiyim üçün çay süfrəsi açdılar. Sadəcə, mənim problemim dizimdə idi. Orda mənə dedilər ki, sənin budunu MRT-yə sala bilərik, dizə baxa bilməyəcəyik. Mən də razı olmadım. Tərlan isə özündən Amerika kəşf eləyir. Mən onun kimi düşük deyiləm ki, 5 manat görən kimi kiminsə qucağına qaçım. O həkimi də, Tərlanı da gətirin, üzləşək, görək məni ordan kimi qovub. Birincisi, heç kim məni hardansa qova bilməz. Mən qovulacağım yerə də getmərəm. Tərlan mənə qarşı kişilik eləmədi. Klubda olanda pul yığırdı, mənə sifət eləyirdi. Mən “Kəpəz”ə gələndə bilirdim ki, bu belə tipdə adamdı. Ona dedim ki, ay Tərlan, mənə dəymə. Yayda karyeramı bitirəcəm, gəl hörmətli şəkildə ayrılaq. Nə kömək lazımsa, eləməyə də hazıram, amma mənlə işin olmasın. Lakin gördüm ki, bu gic-gic hərəkət eləməyə davam edir. Ötən mövsüm “Turan Tovuz”la oyundan əvvəl mənim məşqə gəlmədiyimi deyir. Bunun səbəbkarı da Tərlan idi. Mənə özümdən yaşda balaca, müraciət edəndə “əmi” deyən futbolçuların yanında söz deyir. O kimdi ki, mənə belə sözlər desin, ağzını cıraram. Tərlandan da qorxmuram. Hər yerdə də onun haqqında danışmışam. Mən pula, futbola görə heç vaxt kiminsə qabağında əyilmərəm. Biz futbola görə bu həyatı yaşamırıq. Bu gün varsan, sabah yoxsan. Tərlana 40 nəfərin içində sözümü də dedim. Gedin o oyunçuların hamsından soruşun ki, Tərlan Əfrana cavab verə bildi? Verə də bilməz. Çünki bilirdi ki, səhvdi. Məşqdə oyunçunu təhqir etdiyimi deyir. Bəli, belə bir şey olub. Heç bir legionerin başı üçün deyil ki, gəlib mənim ölkəmdə bizim gənc uşaqların üstünə qışqırsın, xod eləsin, nəsə öyrətməyə çalışsın. Komandanın baş məşqçisi, mən olan yerdə legioner futbolçu kimdi ki? Tərlan həmin gürcüstanlı oyunçu ilə işbirliyi apardığı üçün ona nəsə demirdi. Qaçırdı legionerlərin üstünə. İndiyə qədər Erqemlidze də Tərlanı tərifləyir. Mən də ağsaqqal kimi futbolçuya dedim ki, bura gəlmisənsə, ağıllı ol, başını aşağı sal, futbolunu oyna. Heç kim mənim Azərbaycanımda yerli futbolçulara söz deyə bilməz. “Bakı”da çıxış etdiyim vaxt Mindauqas Kalonas da Namik Ələskərovun üstünə xod eləmək istəyirdi. Onunla orda davam olmuşdu. Yerli oyunçu haqlı olan yerdə niyə legioner belə eləməlidi…”


İsmayılov sonda Tərlan Əhmədovun “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin toyu üçün klubdan pul yığdığını da söylədi:

“İlqar Nadirinin toyundan əvvəl Tərlan futbolçulara dedi ki, onsuz da İlqar Nadirinin çoxlu pulu var. Pula da ehtiyacı yoxdu. Gəlin 50 manatdan onun toyu üçün pul yığaq. Mən dedim ki, özünü səviyyəsiz aparma. Lap çoxlu pulu olsun. Bu adam toy edirsə, deməli, çətinliyi də qabaqdadı. Sabah biz də xeyir iş edəndə hörmət eləyib toya gəlsinlər. Hətta Yusif Nəbiyev və bir neçə futbolçu mənə dedilər ki, Əfran, bu niyə belə edir? Biz nə edək? Mən də onlara dedim ki, özünüz bilərsiz. Mən onun dediyini etməyəcəm. Tərlan isə uşaqlardan yığdığı pulu toya atdı. Mən də Tərlana dedim ki, özüm atacam pulu. O da dedi ki, özün bilərsən. 200-300 manatlıq masa üçün 50 manatdan yığmaq nədi? Sadəcə, mən onun səviyyəsini düşmək istəmirəm. O adam səviyyəsizin biridi. Hamı məni də tanıyır, Tərlanı da. Onun məşqçiliyinə söz deyə bilmərəm. Həmişə demişəm ki, Azərbaycan ən yaxşı iki-üç mütəxəssisdən biri Tərlandı. Düşüklük etməsə, özünü yaxşı aparsa, hər yerdə rahat işləyə bilər”.


CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-06-2023, 22:0

Elvin Yunuszadə Tərlan Əhmədovun "Kəpəz"dən ayrılmasına reaksiya verdi

Aktual / Ölkə futbolu

16-06-2023, 16:0

Tərlan Əhmədovun “qara siyahı”sında olanlar dilə gəldi - AÇIQLAMALAR

Premyer-liqa

28-01-2023, 10:0

"Kəpəz" onlarıa yolları ayırdı

Premyer-liqa / Manşet

6-09-2022, 18:0

“Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi?

Ölkə futbolu / Manşet

5-09-2022, 15:0

Tərlan Əhmədovun "Kəpəz"dəki maaşı bəlli oldu

Premyer-liqa / Manşet

11-01-2023, 22:0

Elvin Yunuszadə “qara siyahı”ya düşməsinin səbəbini bilmir

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 21:12
    Şimali Amerikaya yollandı
  • Bu gün, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 169
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə