“Real” aparıcı oyunçularından birini müəyyən müddətə itirsə də, yeni futbolçu almayacaq.
"Football-plus.az" xəbər verir ki, komandanın vingeri Vinisius Junior La Liqanın 3-cü turunun “Selta” ilə oyununda (1:0) zədələnmişdi. Müayinə nəticəsində əzələsi ciddi şəkildə dartılan braziliyalı hücumçunun təxminən ayyarım futbol oynaya bilməyəcəyi məlum olmuşdu. Junior klubun La Liqada 5, Çempionlar Liqasında 1, Braziliya millisinin isə sentyabrda keçirəcəyi 2 oyununu buraxacaq. Buna baxmayaraq, “Real” rəhbərliyi onun əvəzinə yeni futbolçu almağı vacib saymayıb. Məşqçilər korpusunun ümumi rəyinə əsasən, qarşıdakı oyunlarda Vinisiusu bir neçə oyundaşı layiqincə əvəzləyə bilər.
“Real” Vinisiusu kimlə əvəzləyəcək?
Dünya futbolu




