• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz”un dərdi nədi? - KÖŞƏ

Manşet / Yazarlar

30-08-2023, 11:0

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev rəhbərlik etdiyi komandanın “Səbail”ə doğma meydanda məğlubiyyətindən sonra mətbuat konfransı keçirib. Açıqlamaların mütləq əksəriyyəti giley-güzərdan ibarətdi və özlüyündə bir qədər də mücərrəd xarakterlidi.

Mənim Ehtiram bəyə böyük hörmətim var. Onu təkcə uğurlu bir iş adamı və “Turan Tovuz”un rəhbəri kimi yox, vətənpərvər bir həmvətənimiz kimi tanıyıram. Ehtiram bəyin və rəhbərlik etdiyi şirkətin 44 günlük müharibə zamanı Azərbaycan əsgərinə necə dəstək verdiyini yaxşı bilirəm. Yaralı əsgərlərimizin təxliyyəsi üçün şəxsi istifadəsindəki avtomobili belə hərbi təcili yardım maşınına çevirən Ehtiram bəy son ana qədər ordumuzun yanında oldu, bilinən və bilinməyən xeyli vətənpərvlik nümunəsi göstərdi. Sevindiricidi ki, onun bu əməyi sonradan Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi.

Görünən odu ki, illərini uğurlu layihələrin icrasına vermiş, yüksək insani və vətənpərvər keyfiyyətlərə malik olan Ehtiram Quliyev də Azərbaycan futbolunun çətin üzünü görməkdə, məyus olmaqdadı. İmanımı yandırıb, uzaqgedən ehtimallar səsləndirmək istəmirəm. Amma onun məyus olduğu, artıq əvvəlki həvəsini itirməyə başladığı sezilir. Bəli, Azərbaycan futbolu xeyli çətin, məşəqqətli, xeyli xərc, həm də böyük maliyyə tələb edən fəaliyyət sahəsidi. Bu futbol kimləri “meydan”dan qaçaq salmayıb ki?! Mübariz Mənsimov, Nuru Əliyev, Hafiz Məmmədov, Musa Süleymanov... Siyahını uzatmaq da olar. Sevgili həmvətənlərimiz tez-tez “Azərsun” rəhbərliyini qınayır, “Qarabağ”a yetərincə maliyyə ayırmamaqda ittiham edir. Unudurlar ki, Azərbaycan futbolunda xərclədiyin pulun qarşılığı elə qınaq eşitməkdi, bu sahə heç də uğur gətirən biznes sahəsi deyil. “Neftçi” SOCAR-ın puluyla maliyyələşir, “neft dənizində üzür”. Lakin komandanın baş məşqçisi Adrian Mutu belə istədiyi futbolçuların baha olduğunu, onları “Neftçi”yə gətirə bilmədiklərini deyir. Mutu bunu deyir, SOCAR-ın belə çətinlik çəkdiyini deyirsə, görün indi Ehtiram Quliyev nələr çəkir...

Mən Ehtiram bəyin və onun rəhbərlik etdiyi şirkətin maliyyə imkanlarını “Palmalı”, yaxud da “Nurgün Motors”la müqayisə edə bilmərəm. Çünki əlimizdə konkret məlumatlar yoxdu. Bir məqam dəqiqdi ki, o boyda şirkətlərin, oliqarxların tab gətirə bilmədiyi, ciddi uğur qazanmadığı bir sferada Ehtiram bəyin işi çox çətindi. Burda ciddi uğur deyərkən həm də xərclənən pulların maddi qarşılığını nəzərdə tuturam. Bir şey ki, sənə gəlir gətirmir, nə qədər öz cibindən ora pul xərcləyəcəksən? Bu gedişlə özün də müflis olarsan, şirkətini də böyrü üstə qoyarsan. Acı reallıqların sadə izahı bundan ibarətdi. Çoxdandı heç AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun da səsi gəlmir. Bir vaxtlar “Şamaxı”ya əcnəbi menecerlər gətirəcəyini deyən, bəh-bəhli toplantılar, konfranslar keçirən, videotəqdimatlar edən FİF də susub. Zamanında belə olacağını demirdikmi? Çünki biz Azərbaycan futbolun reallıqlarını onlardan qat-qat yaxşı bilirik. Bununla heç də qürrələnmirik, buna təəssüflənirik.

Çətindi, Ehtiram bəy, çətindi. “Səbail” 3-cü qolu vuran kimi Tovuz stadionunun tribunaları sürətlə boşalmağa başladı. Azarkeşlər stadionu tərk edirdilər. Onlara qalib gələn, qol vuran, uğur qazanan komanda lazımdı. Həmin azarkeşin psixologiyasında uduzan komandaya da dəstək vermək, çətin məqamda məğlubların yanında olmaq yoxdu. Bu gün sakitcə tribunanı tərk edirlərsə, sabahkı məğlubiyyətdə “istefa” qışqırmağa başlayacaqlar. O biri gün də “Turan Tovuz”da yerli mütəxəssis işləsin, tovuzlu futbolçular oynasın” deyəcəklər. Belə incə məqamları da nəzərə almaq pis olmazdı. Yeri gəlmişkən, Ağabala Ramazanova məhsuldar ötürmə verən Amil Yunanov tovuzludu. “Səbail”in ikinci qolunun müəllifi isə qonşu Ağstafa rayonundandı. Ehtiram bəyin böyük etimad göstərdiyi Ayxan Abbasov nə ötən mövsüm, nə də bu il belə incəlikləri nəzərə almayıb, yerli publikanın könlünü almaq üçün müəyyən addımlar atılmayıb. Ona görə də çətin məqamda “Turan Tovuz” tribunaların dəstəyindən məhrum olur, ayağı top tutmayan legionerlər istehza mənbəyinə çevrilir. Halbuki yerlilərə etimad artırılsa, Ehtiram bəyin dediyi kimi, bazadakı “obşijitel” də yada düşməyəcək. Çünki yerlilərin gecə yatmağa öz evi olacaq.

Bəli, “Turan Tovuz”da problem çoxdu. Eləcə də bütövlükdə Azərbaycan futbolunda. Onları saymaqla bitməz. Ümid edək ki, həmin problemlər Ehtiram bəyi usandırmayacaq, o və rəhbərlik etdiyi şirkət “Turan Tovuz”u ayağa qaldırmaq yolundakı əzmkarlığı sona qədər davam etdirəcək.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

7-07-2023, 11:0

"Turan Tovuz" Ehtiram Şahverdiyevi yola saldı

Premyer-liqa

8-07-2023, 19:0

"Turan Tovuz"da rəhbər dəyişikliyi

Premyer-liqa

24-02-2023, 12:0

“Turan Tovuz”un “Sabah” mükafatı - AÇIQLAMA

Maraqlı

28-07-2023, 16:0

“Turan-Tovuz” Milli Məclisin deputatını təbrik etdi

Ölkə futbolu

1-07-2023, 13:0

"Turan Tovuz"da yeni sözləşmə

Premyer-liqa

30-06-2022, 18:0

"Turan Tovuz"dan 9-cu transfer - RƏSMİ

Aktual
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
Son xəbərlər
  • Bu gün, 20:13
    "Sabah" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə