• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rövşən Binnətli: “Əlimizi vicdanımıza qoyaraq deyə bilərik ki...” - MÜSAHİBƏ

Manşet / Avropa Liqası

29-08-2023, 22:0

“İdman” TV ilə “Qarabağ” arasında yaşanan qalmaqalın təfərrüatı hər kəsə bəllidi.

Tərəflər “Olimpiya” ilə səfər oyununun canlı yayınının alınmamasına görə bir-birini qınadı. Bu gün isə “Qarabağ” rəsmi sosial şəbəkə hesabında elan etdi ki, cavab görüşünü “CBC Sport” canlı yayınlayacaq.

İlk oyundan sonra telekanalın rəsmi səhifəsində o da açıqlanmışdı ki, “ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcək”. Görəsən, bu görüş baş tutdu? Cavab görüşünün yayın hüququnun “CBC Sport”a verilməsi “İdman” TV - “Qarabağ” münasibətlərinə birdəfəlik nöqtə qoydu? Bu yöndə suallarımız çoxdu. Qaranlıq məqamlara aydınlıq gətirmək üçün kanalın direktoru Rövşən Binnətli ilə əlaqə saxladıq.

- “Qarabağ” – “Olimpiya” matçını tamaşaçılara “CBC Sport” təqdim edəcək. Klub rəhbərliyi ilə “İdman” TV arasında görüşdə nələr danışıldı ki, belə qərar verildi?
- Bizim aramızda hansısa görüş olmayıb. Klub, sadəcə, özü oyunun başqa kanalda göstərilməsinə qərar verib. Mən bilmirəm ki, görüş məsələsi hardan çıxdı. Olubsa da, mən burda iştirak etməmişəm.

- Bakıdakı oyunun “CBC Sport”da yayınlanması “İdman” TV” - “Qarabağ” əlaqələrinin üzərindən birdəfəlik xətt çəkdi? Yoxsa qarşıdakı illərdə yenə əməkdaşlıq edə bilərsiz?
- Sabah nə olacağını heç kim deyə bilməz. Biz peşəkarıq. Bunu iddia ediriksə, sabah hər şey ola bilər. Belə problemlər istənilən anda baş verə bilər. Bu, o demək deyil ki, bütün əlaqələr kəsilməlidi. Biz “İdman” TV olaraq, Azərbaycan idmanına xidmət edirik. Bu kanal “İdman Azərbaycan” adı ilə yaranıb. Xırda səhvlər sonrakı planda dayanıb. Bizim üçün əsas məqsəd Azərbaycan idmanına xidmət göstərməkdi.

- Mediada yazılan məlumata inansaq, ilk oyundakı problemin yaranmasında başqa şəxslər də iştirak edib. Əlimizdə sübut olmadığına görə adları açıqlamırıq. Yazılanlara inansaq, bu həm dövlətə, onun kanalına, “İdman” TV-yə və kluba qarşı təxribat olub. Həmin mənbə qeyd edir ki, kanalın burda günahı olmayıb. Siz də düşünürsüz ki, bu, təxribat idi?
- Bəli, məndən bu barədə soruşulmuşdu. Bir məsələ haqda araşdırma gedirsə, onun nəticəsi bəlli olmadan kimisə ittiham etmək, təqsirləndirmək, ictimaiyyətin gözündə düşmən obrazını formalaşdırmaq düzgün deyil. Nə insanlığa, nə də peşəkarlığa sığan bir işdi. Bu, tərbiyədən irəli gələn məsələdi. Mən də belə tərbiyə almamışam. Rəsmi araşdırma gedir. Nəticə hələ açıqlanmayıb. Bu baş verənə kimi nə kiminsə haqda söz söyləyərəm, nə də kimisə məqsədyönlü şəkildə günahlandırıb tənqid hədəfinə çevirərəm. Bu mənin əxlağıma uyğun bir şey deyil. Amma təhlil edən zaman görürsən ki, hadisə təbii şəkildə baş verən çatışmazlığa bənzəmir. Nə baş verib, nədən qaynaqlanıb, necə olub - bu barədə konkret heç nə deyə bilmərəm. Çünki əlimdə hansısa fakt yoxdu.

- Rövşən müəllim, araşdırma nə zaman bitər? Proses kim tərəfindən davam etdirilir?
- Bu suala cavab vermək mənim üçün çətindi. Dəqiq bu barədə heç nə deyə bilmərəm. Araşdırma aparılır, tərəflərin fikirləri öyrənilir. Doğrudumu?

- Bəli!
- Bizə siqnalın gəlib çatmadığını bildiririk. Bunu real olaraq da sübut da edə bilirik. Əlimizdə faktlar var. Əminliklə deyə bilərəm ki, siqnal bizə gəlib çatmayıb. Sloveniya tərəfi və başqa adamlar da iddia edirlər ki, siqnal ideal idi. Bunu nəyin əsasında deyirlər? Bax, bu suala da cavab tapa bilmirəm. İndi onlara da sorğu göndərilib. Fikirləri öyrəniləcək. Ola bilər ki, onların da əllərində dəlillər var. Deyə bilərlər ki, hansı parametrlərlə siqanalı göndərmişik. Siqnalın göndərilməsinin və qəbulunun dərəcələri var. Bunlar texniki məsələlərdi. Bu məsələni ancaq sahənin peşəkarları cavablaya bilər. İndiyə kimi “İdman” TV minlərlə oyunun siqnalını qəbul edib, yayını təşkil etmişik. Parametrlər dəyişmək qalıb, bunlar qarşı tərəfə göndərilib. Sonda biləcəyik ki, kimin gətirdiyi dəlillər reallığı əks etdirir. Amma araşdırmanın nə vaxt başa çatacağını deyə bilmərəm. Çünki təhqiqatı mən aparmıram. Bəli, mən cavabdeh şəxsəm. İstədiyim budu ki, araşdırmanın nəticəsi mümkün qədər tez bilinsin. Bilək ki, bu hadisə nəyin nəticəsində baş verib. Əlimizi vicdanımıza qoyaraq deyə bilərik ki, yayının yüksək səviyyədə təşkili üçün bizdən asılı olan nə varsa, yerinə yetirmişik. Məntiqlə də oyunun tamaşaçılara çatdırılmasını ən çox istəyən tərəf də bizik. Bunu kiməsə sübut etməyə ehtiyac yoxdu. Siz məsələni araşdırmaqla bağlı mənə zəng etmisiz. İstəyərsiz ki, ortaya qoyduğunuz məhsul keyfiyyətli olmasın?

- Təbii ki, yox!
- Bunu istəmək məntiqsizlikdi. İndi biz bu probleminin yaranmasını necə istəyə bilərik? Hamı bizi ittiham edir ki, siqnalı almışıq, amma efirə verə bilməmişik. Bu, absurd fikirdi. Normal düşüncə sahibi heç vaxt bunu iddia edə bilməz. Mən də Azərbaycan vətəndaşı olaraq, dövlətimi çox sevən şəxs kimi istəyirəm ki, bu işdə texniki qüsur yoxdusa, hansısa təxribat varsa, ictimaiyyətə rəsmi şəkildə açıqlansın.

- Rövşən müəllim, bir məsələ qaranlıq qaldı: araşdırmanı kim aparır - dövlət orqanları, AzTV, yoxsa “İdman” TV?
- Rəhbərlik cavabdeh şəxs kimi məndən baş verən proseslərin xronoloji izahını istəyib. Yaşananları olduğu kimi onların diqqətinə çatdırmışam. Amma bundan sonra prosesin hansı istiqamətdə və formatda getdiyindən məlumatsızam. İndi əsas məsələ həqiqətin ortaya çıxmasıdı ki, bunu gözləyirik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

29-08-2023, 11:0

"Qarabağ"ın "Olimpiya" ilə cavab oyunu bu kanalda

Aktual

4-05-2023, 16:0

“Sabah” – “Beşiktaş” oyununu hansı telekanal yayınlayacaq? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

26-08-2023, 20:0

"Qarabağ"ın oyunu ilə bağlı son qərar bazar ertəsi veriləcək - AÇIQLAMA

Avropa Liqası

6-10-2022, 10:0

Bu kanallar "Olimpiakos" - "Qarabağ" matçını canlı yayınlayacaq

Manşet

26-08-2023, 15:0

“İdman” TV 10 milyonu “Qarabağ”a həsrət qoydu - TƏFƏRRÜAT

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə