• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İdman” TV 10 milyonu “Qarabağ”a həsrət qoydu - TƏFƏRRÜAT

Manşet

26-08-2023, 15:0

Srağagün futbol ictimaiyyəti uzun müddət yaddaşlardan silinməyəcək hadisəylə üzləşdi. Daha doğrusu, ötən əsrin 90-cı illərinə - klublarımızın avrokubok oyunlarına baxmağa həsrət qaldığımız günlərə qayıtdıq.

“Qarabağ” Sloveniyada çox önəmli matça çıxırdı. Azərbaycanlı azarkeşlər televizorların qarşısında əyləşmişdi ki, sevimli komandalarının səfər oyununu izləsin. Proqram bəlli idi, oyundan bir neçə dəqiqə əvvəl də “İdman” TV sosial şəbəkə hesabında paylaşım edərək izləyiciləri ekran önünə çağırmışdı. Bir sözlə, hər kəs Kabakovun start fitini həvəslə gözləyirdi. Amma televiziyada matçın yox, hansısa sənədli filmin yayınlanması “soyuq duş” effekti yaratdı. Hər kəs dərhal virtual dünyaya – internetə axın edib oyunu izləmək üçün link axtarmağa başladı. Əksəriyyət “İdman” TV-dən açıqlama tələb edirdi. “Qarabağ”ın, hətta yayın hüququna malik olmayan “CBC Sport”un üzərinə yüklələnənlər də var idi. Halbuki “İdman” TV bir neçə gün öncədən aləmə car çəkmişdi ki, yayın hüququ bizdədi. “Qarabağ” da oyunun afişasında məhz adı çəkilən telekanalı qeyd etmişdi.

Burdaca haşiyə çıxıb qeyd edək ki, “Qarabağ”ın oyunu ətrafındakı soyuqluğun əsası indi yox, avqustun 10-da qoyulub. Bildiyiniz kimi, Çempionlar Liqasından ələnən “Qarabağ” Avropa Liqasında oynayırdı və həmin gün Bakıda üç oyun keçiriləcəyindən telekanallar seçim etməliydi. Nəticə belə oldu ki, “Neftçi” – “Beşiktaş” oyununu “CBC Sport”, “Qarabağ” – HİK oyununu “İdman” TV göstərdi. Belə demək mümkünsə, “Qarabağ” – “CBC Sport” münasibətlərində yüngülvari çat yarandı. “Qarabağ”ın HİK-lə ev oyununu göstərən kanal, təbii ki, səfər oyununu da göstərəcəkdi. “İdman” TV məsuliyyəti boynuna götürdü, amma keyfiyyətsiz yayın təşkil etdi. Məhz həmin məqamda “Qarabağ” rəhbərliyi barmağını dişləməli, daha bir vacib oyunu bu kanala tapşırmağın nə dərəcədə məqsədəuyğun olduğunu düşünməliydi. Amma düşünən olmadı və srağagün ölkə böyük biabırçılıq yaşadı...

Elə oyun gedə-gedə “Qarabağ” sosial şəbəkə hesabında paylaşım etdi: “Hörmətli azarkeşlər! “Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayın hüququnun öhdəliyini “İdman Azərbaycan” üzərinə götürmüşdü. Lakin texniki səbəblərdən bu oyun canlı yayınlanmır. Bununla bağlı məsuliyyəti birbaşa kanal daşıyır”. Cəmi bir neçə dəqiqə sonra “İdman” TV-nin müraciətini oxuduq: “Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayınlaya bilmirik. Lyublyanadan yayının ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

Maraqlıdı ki, bundan sonra işlər daha da düyünə düşdü. Daha doğrusu, “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Azərbaycana yayın üçün ötürülən siqnalda heç bir problem olmadığını dedi. Azarkeşlər daha da qəzəbləndi və kanala ünvanlanan tənqidlər şiddətləndi. Futbolsevərlər həm də üzrxahlıq tələb edirdi. Qınaqdan qurtulmaq istəyən telekanal yalnız dünən üzrxahlıq edərək mövzuya “aydınlıq gətirdi”:

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” və “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin. Problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" tərəfindən bizim problemimiz kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayın məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdı. Biz “Qarabağ”ın görüşlərini yayınlayacaq kanallarla ən azı bir həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi “Qarabağ”a çatdıranda isə qarşı tərəfdən hansısa cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayın məsələsi də komanda işidi və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdı. "Qarabağ"ın birmənalı "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədi. Hər halda, biz də "Qarabağ"la münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayınını öz üzərimizə götürəcəyik”.

Telekanal “Qarabağ”ı qəribə hərəkətlərdə ittiham etsə də, özü daha anlaşılmaz davranaraq bir neçə saat sonra yuxarıda yazılanları silib aşağıdakı cümlələrlə əvəzlədi:

“Qarabağ”dan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayınla bağlı problemdə "İdman" TV qədər “Qarabağ” da məsuliyyət daşıyır. Odu ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Hələ ki tərəflər bir-birini ittiham etməklə kifayətlənir. Mövzu ilə bağlı detallı açıqlama verilmir. Dəfələrlə “İdman” TV-nin baş direktoru Rövşən Binnətli ilə əlaqə saxlamaq istəsək də, niyyətimizə çatmadıq. Lakin “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl fikirlərini "Football-plus.az"la bölüşdü:

“İdman” TV-nin iddiaları anlaşılan deyil. Əslində istəmirik ki, bu məsələ hər iki tərəfin qarşılıqla atışmaları üzündən uzansın. Bizim üçün hər şey geridə qalıb. “Qarabağ” üçün irəliyə baxmaq, növbəti matçların taleyini düşünmək daha vacibdi. “İdman” TV gah yazır, gah silir. Fikir ayrılığı yaşayırlar. Konkret hansı mövzuda yardımçı olmadığımızı bilmirik. Daha dəqiq desəm, heç kömək etməli də deyilik. Biz yayın hüququnu onlara vermişik və məsələ bağlanıb. Amma azarkeşlərimizin marağını nəzərə alıb istəmişdik ki, bacardığımızı edək. Buna rəğmən, “İdman” TV ilə əlaqə yarada bilmədik. Heç bir zəngimizə cavab vermədilər. Oyundan əvvəl də məsələ ilə bağlı klub olaraq, bütün detalları incələmişdik. Heç bir problem yox idi. Hər şeyə şəxsən özüm nəzarət edirdim. Telekanalın “Qarabağ”ı hansısa məsələyə görə günahlandırması kökündən yalnışdı. Yenə də yaxşı olar ki, etdiyimiz səhvin nədən ibarət olduğunu açıq-aydın izah etsinlər. Üstüörtülü danışmaqla məntiqli nəticə əldə etmək mümkün olmur. Texniki problem var idisə, vaxtına bizə müraciət etməliydilər. Amma “İdman” TV bu yöndə heç bir addım atmadı. Yenə deyirəm, bizim üçün artıq böyüdüləcək mövzu deyil. “Qarabağ” olaraq, çox önəmli dönəmdən keçirik. Önümüzə baxmağa məcburuq”.

Çəlikəl “İdman” TV ilə sonrakı münasibətlərin axarına da toxundu: “Əvvəldən nəsə deyib hadisələri qabaqlamaq düzgün olmaz. Hər şey qarşı tərəfin işə yanaşmasından asılıdı. Məqsədimiz matçın keyfiyyətli yayınlanması və azarkeşlərimizin rahat izləyə bilməsidi. Bunu məsuliyyətlə bacaracaq şirkətlərlə çalışmağa davam edəcəyik”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

24-08-2023, 22:0

"Qarabağ" günahı "İdman TV"nin üzərinə atdı

Aktual

12-06-2023, 21:0

“Misli”də virtual idman oyunları mərc həvəskarlarının yolunu gözləyir

DÇ 2026 / Manşet

29-11-2022, 18:0

Rüstəm Əfsərli: “İTV yayın hüququna malik olduğuna görə...”

İdman

16-08-2023, 13:0

“İdman TV” premyer-liqanı 2-ci turdan göstərə biləcək

Maraqlı

22-04-2022, 22:0

Xanım idmançımız haqda film çəkildi - VİDEO

Aktual
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
Son xəbərlər
  • Bu gün, 20:00
    "Sabah" "Orhus"a qarşı - YENİLƏNİR
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
Daha çox
Oxunub: 279
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə