• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kepa Kurtuanı unutdura biləcəkmi?

Dünya futbolu

21-08-2023, 19:0

“Real” azarkeşləri son ayyarımda ciddi zərbələri alıb: klub liderini-bombardirini itirdi və ona bərabər əvəzedici tapmadı, son iki yoldaşlıq oyununda, demək olar ki, mübarizəsiz uduzdu, Mbappeni heyətinə qata bilmədi.

"Football-plus.az" xəbər verir ki, bütün bu yaşananlar fonunda La Liqada mövsümün startına iki gün qalmış Kurtuanın da zədə üzündən sıradan çıxması vəziyyəti bir qədər də çətinləşdirdi. Dəfələrlə komandanı xilas edən, oyunlar və turnirlər qazanan qapıçı, madridlilərin toxunulmaz 1 nömrəsi xaçvari bağları qıraraq ən azı yarımilliyə sıradan çıxdı (hətta bütün mövsümü buraxmaq ehtimalı da var). Belçikalının əvəzedici Lunevin həmin anlarda nə hiss etdiyini təsəvvürə gətirmək çətindi. Ancaq fakt faktdı ki, ukraynalı, nəhayət, özünü əsas qapıçı kimi göstərmək imkanı qazanıb. O, İspaniya klubunda keçirdiyi 5 il ərzində cəmi 17 oyuna çıxıb ki, bunların da əksərində heç bir intriqa yox idi. Klub rəhbərliyi və Karlo Ançelotti nədənsə ukraynalıya etimad göstərmədi. Tibonun zədələndiyi bəlli olan kimi madridlilər qapıçı axtarışına başladı. İnsayderlər dərhal təfərrüatı üzə çıxardı: “Real”ın şort-listində 4 qapıçının – De Xea, Navas, Bunu və Arrisabalaqanın adı var idi. Beləcə zaman-zaman qapıçılardan birinin və ya başqasının önə çıxdığı özünəməxsus virtual yarış başladı. Ancaq avqustun 12-də siyahıda iki ad qaldı. Devid De Xeanın “Mançester Yunayted”dən ayrılmasına səbəb olan çoxsaylı səhvlərini xatırlayan Ançelotti ispaniyalının üzərindən xətt çəkdi. Keylor Navası, çox güman, PSJ buraxmadı. Oyun praktikasından narazılıq edən Kosta-Rikadan olan qapıçı hələ qışda satılmasını xahiş etsə də, Serxio Riko ilə bağlı bədbəxt hadisədən (parislilərin qapıçısı atdan yıxılaraq ayyarım komanda qalıb) sonra Paris klubu təcrübəli ikinci qapıçı ilə vidalaşmaq fikrindən daşındı. Keylor yenicə start götürən mövsümdə, yəqin ki, arzuladığı oyun dəqiqələrini qazanacaq. Yassin bunu bu yarışdan sonuncu çəkildi, özü də iki səbəb üzündən. “Marca”nın yazdığına görə, madridlilər istisnasız icarə variantının üzərində dayanıb, “Sevilya” isə qapıçısını 20-25 milyon avroya satmaq istəyirdi. Üstəlik mərakeşli qışda yığmanın heyətində Afrika Millətlər Kubokuna qatılmaq niyyətindədi, bu isə ən azı bir aylığa komandadan ayrılmaq deməkdi, yəni “Real” yenə əsas qapıçısız qalacaqdı.

Ayaqla oyun

Nəticədə madridlilər Kepanın xeyrinə seçim etdi. “Çelsi” ona görə “Real”dan yalnız birillik icarə haqqı kimi 1 milyon avro alacaq. Düşünmək olar ki, Arrisabalaqa yalnız başqa alternativlərin zəifliklərinə və problemlərinə görə “Real”ın oyunçusu oldu. Ancaq heç də belə deyil. O, son bir ildə güclü şəkildə tərəqqi edib, istənilən çağırışlara və sınaqlara hazır olduğunu göstərib. “Çelsi”nin sabiq yarımmüdafiəçisi Co Koul Çempionlar Liqası çərçivəsində “Zaltsburq”la oyundan sonra qapıçının ünvanına tərif yağdırdı: “Kepa qayıtdı və özünü möhtəşəm göstərdi. Sənin qapıçın belə qurtarışlar edirsə, komanda özünəinam qazanır. O, möhtəşəm idi. Komandada etibar edə biləcəyin, topla yaxşı davranan qapıçının olması çox vacibdi. Kepa topla davranış baxımından istənilən başqa futbolçu qədər yaxşıdı”.

İngiltərə yığmasının sabiq baş məşqçisi Qlenn Hoddl da bu məqama toxunub: “Top onun ayaqlarına tərəf uçanda bundan narahatlıq keçirmir, şüurunda zərrəcə şübhə olmur. O, çox sakit qapıçı təsiri bağışlayır”.

Yerdə soyuqqanlı oyun müasir qapıçıların ən vacib bacarıqlarından biridi. Xüsusən də oyuna qapı önündən başlamağa üstünlük verən və rəqibin təzyiqi necə olur-olsun, ötürmələrlə irəli çıxmaq istəyən komandalarda. Kurtua qapı xətti üzərində inamlı oynamaqla yanaşı, bu komponentdə də uğurludu – belçikalı ötən mövsüm hər oyunda orta hesabla 30,29 ötürmə verib ki, 25,42-si ünvanına çatıb. Oyun strukturunu pozmamaq üçün belçikalıya özü kimi əvəzedici lazım idi. Kepada da bu göstəricilər belçikalınkına yaxındı – oyunoyu 24,90-ı ünvanına çatan 30,85 ötürmə. İngiltərədə yalnız Alissonla Edersonun göstəricisi bundan da yüksəkdi (uyğun olaraq, 85,4 və 85,8 fauz dəqiq ötürmə).

Belçikalı ilə müqayisə

Ayaqla tez-tez oynamaq özünəinam göstəricisidi. Arrisabalaqa isə mental baxımdan son 10 ayda çox dəyişib. Mendinin “Çelsi”yə gəlişindən sonra ispaniyalı ehtiyatda qaldı və 2021/22 mövsümündə bütün turnirlərdə cəmi 15 oyuna çıxdı. Ancaq seneqallı bir neçə zəif oyun keçirən kimi Kepa dərhal şansdan yararlandı – oktyabrın 5-19-u aralığında 5 “quru” oyun keçirməklə əsas heyətdə möhkəmləndi. Ekspertlərin çoxsaylı komplimentləri qolkiperin mənəvi gücünü bir qədər də artırdı. Mövsümün gedişində Arrisabalaqaya heç bir irad olmadı – onun oyun səviyyəsi daim yüksək idi. Kuryoz səhvlərə yol vermədi, əksinə, parlaq seyvlərlə yadda qaldı. İspaniyalı premyer-liqada keçirditi 29 oyunda 33 top (hər oyunda orta hesabla 1,16 – bu da liqada 6-cı göstəricidi) buraxdı, yüksək xilaskarlıq faizi (73,3 – ona qədər “Çelsi”də bu göstərici 70 faizi ötməmişdi) göstərdi. Arrisabalaqa ilə Kurtuanın premyer-liqanın və La Liqanın son mövsümündəki göstəricilərini müqayisə etsək, ispaniyalı hətta uzunmüddətli perspektivdə də belçikalıyla rəqabət aparmağa tam qadirdi (icarə müddəti bitəndən sonra klublar transferlə bağlı razılığa gələrsə). Əslində vətənə - intensivliyin daha aşağı olduğu çempionata dönüş onun oyununa müsbət təsir göstərə və daha uğurlu çıxışına təkan ola bilər. Bir sözlə, Kepa hər kəsi təəccübləndirməyə qadirdi, özü də bu dəfə müsbət mənada.

Kepa ilə Kurtuanın ötən mövsümdəki göstəriciləri

Kepa Arrisabalaqa Tibo Kurtua

oyun 29 31

buraxılan qol 33 29

90 dəqiqədə buraxılan qol 1,16 0,94

“çərçivə”yə zərbə 120 118

seyv 90 88

seyv faizi 73,3 78,8

“quru” oyun 9 10

İspaniyalı qapıçının gəlişi hamı üçün sərfəlidi. Madridlilər Kurtuanın əvəzinə ən yaxşı varianlardan birini tapıb, Kepa isə vətənə qayıtmaq və yenidən Çempionlar Liqasında oynamaq imkanı qazanıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-07-2023, 18:0

Uzun müddətə sıradan çıxdı

Dünya futbolu

26-07-2023, 14:0

Silva karyerasını başa vuracaq?

Dünya futbolu

5-02-2023, 23:0

Azar ''Real''da 18-ci dəfə zədələndi!

Dünya futbolu

17-07-2023, 21:0

“Real”ın oyunçusu sıradan çıxdı

Dünya futbolu

18-09-2022, 15:0

"Everton"da yeni qapıçı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə