Evdəki qələbə seriyası üzrə rekordunu yenilədi

21.08.2023 14:54 224
Dünya futbolu
“Mançester Siti” İngiltərə çempionatının yeni mövsümündə növbəti qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu “Nyukasl”ı minimal hesabla məğlub edib.

MS bununla da evdəki qələbə seriyası üzrə rekordunu yeniləyib. Xosep Qvardiolanın komandası “Etihad” stadionunda bütün turnirlərdə ardıcıl 17-ci qələbəsini qazanıb. MS bu oyunlarda 55 qol vurub, qapısından 7 top buraxıb.