Nağıyev Ukraynada növbəti matçını oynadı

21.08.2023 13:51 218
Dünya futbolu
Ukrayna Premyer Liqasında 4-cü tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” səfərdə “Dnepr-1” komandası ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Nağıyev start heyətində meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. "Obolon" 4 xalla 9-cu pillədədir.