• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” titulu qoruya biləcək?

Dünya futbolu

20-08-2023, 14:0

Dünən A seriyasında 2023/24 mövsümü start götürdü.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionatının yeni mövsümü ərəfəsində yüksək liqada baş verən dəyişikliklər, ən iddialı klubların transfer əməliyyatları və ölkə futbolundakı problemlərdən birinin həlli üçün verilən qərara nəzər salacağıq.

Xatırlatma
Əvvəlcə 76 günlük fasilədən sonra başlayacaq liqanın ötən mövsümünün yekunlarını xatırladaq. “Napoli” mayın 4-də finişə 5 tur qalmış 33 ildən sonra 3-cü dəfə ölkə çempionu olmuşdu. Yeri gəlmişkən, İtaliyada ən çox çempionluq qazanan komandanın “Yuventus” (36) olduğunu yada salaq. Bu planda növbəti iki yeri isə Milan klubları bölüşür: şəhərin eyniadlı komandası ilə əzəli rəqibi “İnter”in hesabında hərəyə 19 skudetto var.

Yekun turnir cədvəlindəki sıralamaya əsasən “Napoli”, “Latsio”, “İnter” və “Milan” cari mövsümdə İtaliyanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək. “Atalanta” və “Roma” Avropa Liqasına, “Fiorentina” isə Konfrans Liqasına vəsiqə qazanıb. Amma burda bir qeydə ehtiyac var. “Yuventus”un avrokuboklardan kənarda qalması xüsusi vurğulanmalıdı. Reallıqda A seriyasını 72 xalla 4-cü yerdə başa vurmalı olan “Yuventus” sanksiyalara məruz qaldı. Ölkənin ən titullu klubu ziddiyyətli və dramatik mövsüm keçirdi. Sabiq rəhbərliyin bir neçə il əvvəl maliyyə fırıldaqlarına əl atması turinliləri sonda əliboş qoydu. Hesabından 10 xal çıxılan “Yuventus” ÇL-ə vəsiqə qazanmaq əvəzinə 7-ci yerə düşdü. Amma UEFA mövsüm sona çatandan sonra Massimiliano Alleqrinin komandasını Konfrans Liqasına vəsiqədən də məhrum etdi. Nəticədə bu turnirdə İtaliyanı yenidən A seriyasını 8-ci yerdə başa vuran “Fiorentina” təmsil etmək hüququ qazanıb.

Uğursuzlara gəlincə, son üç yeri tutan “Spetsiya”, “Kremoneze” və “Sampdoriya” yeni mövsümə B seriyasında başlayacaq. Bu komandaları A seriyasında “Frozinone”, “Cenoa” və “Kalyari” əvəzləyəcək. Əlbəttə, “Sampdoriya”nın 2-ci diviziona düşməsi səs-küylü oldu. Maraqlıdı ki, Genuya klubunun uğursuzluğu fonunda əzəli rəqibi “Cenoa” A seriyasına qayıdıb.

İrqçiliyə qarşı mübarizə gücləndirilib
Ən yüksək liqada yeni mövsümdən bir sıra qərarlar tətbiq olunacaq. Diqqəti daha çox cəlb edən qərar irqçiliyə qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdı. İtaliyada futbolçuların “88” nömrəli formanı daşımaq qadağan olunub. Bu rəqəm Almaniyanın sabiq nasist lideri Adolf Hitleri xatırlatdığı üçün belə qərar veriliib. İtaliya Daxili İşlər Nazirliyi ilə İtaliya Futbol Federasiyası (İFF) arasında futbolda antisemitizmlə mübarizə haqqında bəyannamə imzalanıb. Daxili işlər naziri Matteo Pyantedosinin açıqladığı bəyannamədə bildirilib ki, “88” rəqəmi rəmzləşdirilib və latın əlifbasindakı 8-ci rəqəmin (H) qoşalaşması halında “Heil Hitler” salamına işarədi. Bu, ölkədə neo-nasist irqçi qrupların nasistlərin sabiq lideri Hitleri alqışlaması üçün istifadə olunur. Buna görə də futbolda oyunçuların forma nömrələrində bu rəqəmdən istifadə etməsi qadağandı.

Maraq üçün A seriyasının son mövsümündə iki oyunçunun - “Atalanta”da çıxış edən Mario Pasaliçlə “Latsio”nun yarımmüdafiəçisi Toma Başiçin “88” nömrəli formanı geydiyini xatırladaq. Deməli, xorvatiyalı futbolçular məlum qərardan sonra forma nömrəsini dəyişməli olacaqlar.

Futbol qurumu koronavirus pandemiyası dövründə zərurətə çevrilən 5 əvəzetmə qərarını qüvvədə saxlayıb. Bundan başqa, kubok və pley-off oyunları zamanı əlavə vaxta ehtiyac yaranarsa, komandalar 6-cı əvəzetməni də reallaşdıra biləcəklər.

Liqanın itkiləri...
Hələ ki yay “transfer pəncərəsi” açıqdı və avqustun sonuna qədər komandaların sıralarında dəyişikliklər baş verəcək. Arxada qalan iki ayyarımdan artıq müddətdə diqqəti cəlb edən bir sıra keçidlər baş tutub. Sözsüz, A seriyasının itkiləri sırasında Çempionlar Liqasının son finalçısı olan “İnter”dən Andre Onana, Milan Şkrinyar, Marselo Brozoviç, Edin Ceko və Romelu Lukakunun ayrılmasını ilk növbədə vurğulamalıyıq. Son mövsümün ən yaxşı müdafiəçilərindən Kim Min Ce “Napoli”dən “Bavariya”ya keçib. “Milan”ın gələcəyi sayılan yarımmüdafiəçi Sandro Tonali “Nyukasl”a satılıb. “Latsio” ötən mövsümün ən yaxşı oyunçularından olan Sergey Milinkoviç-Saviçi “Əl-Hilal”a satıb. “Yuventus”un müqaviləsini yeniləmədiyi argentinalı dünya çempionu Anxel Di Mariya sabiq klubu “Benfika”ya qayıdıb. Rasmus Heylunn kimi istedadlı hücumçu “Atalanta”dan “Mançester Yunayted”ə transfer olunub. Əlbəttə, əfsanəvi Zlatan İbrahimoviçin ağır zədə üzündən möhtəşəm karyerasını başa vurmasını da qeyd etməliyik.

...və qazancı kimlərdi?
İtaliyanın elit liqasının qazandığı oyunçuların siyahısına nəzər salarkən gözqamaşdıran futbolçunun olmadığı diqqətdən yayınmır. Bu baxımdan yalnız ikisinin adını çəkmək olar. Bu ilin martında İtaliya yığmasında debüt edən Mateo Retegi Argentinadan tarixi vətəninə yollanıb. Gənc hücumçu “Boka Xuniors”dan “Cenoa”ya keçib. Son illər “Çelsi”dəki sabit çıxışı ilə seçilən yarımmüdafiəçi Kristian Pulişiç “Milan”a gəlib. Qısası, A seriyası yüksək səviyyəli futbolçu baxımından kasadlayıb.

Suallar
Əlbəttə, hamı indiki məqamda qarşıdakı mövsümün əsas suallarının necə cavablanacağını düşünür. Suallar isə çoxdu. Skudettoya əsas namizədlər hansı komandalardı? “Napoli”nin yeni baş məşqçi Rudi Qarsiya ilə zirvədəki yerini qorumaq şansı nə qədərdi? “Milan”, yoxsa “İnter” 20-ci skudettonu qazanmaqla formasına ikinci ulduzu həkk etdirəcək? Alleqri heyəti gəncləşən “Yuventus”u yenidən zirvəyə çıxara biləcək? Paytaxt təmsilçiləri nəyə nail olacaqlar? Bu suallara cavab tapmaq üçün A seriyasını izləyək!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Dünya futbolu / Manşet

13-08-2022, 13:0

Bu gün A seriyasında yeni mövsüm başlayır

Dünya futbolu

19-06-2023, 15:0

Osimhen A seriyasında ən bahalı futbolçudu

Dünya futbolu

14-08-2023, 23:0

“Napoli”: 33 illik həsrətin sonu!

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə