• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu gün A seriyasında yeni mövsüm başlayır

Dünya futbolu / Manşet

13-08-2022, 13:0

İyulda və avqustun ilk günlərində İtaliyada havanın hərarətinin normadan yüksək olması ölkə çempionatının təqviminə təsir edə bilərdi.

Startı avqustun 13-nə nəzərdə tutulan A seriyasının yeni mövsümünün vaxtında başlamamaq ehtimalı vardı. Hər halda, bu haqda eyniadlı futbol təşkilatının prezidenti Lorentso Kazini məlumat vermişdi. O, buna səbəb kimi İtaliyada havanın hərarətinin anomal səviyyədə yüksək olmasını göstərmişdi. Amma görünür, vəziyyət normallaşıb və bu gün A seriyasında yeni – 2022/23 mövsümü start götürəcək!

Qısa xatırlatma
Əvvəlcə 83 günlük fasilədən sonra başlayacaq liqanın ötən mövsümünün yekunlarını xatırlayaq. “Milan” mayın 22-də 11 ildən sonra ölkə çempionu olmuşdu. “Qırmızı-qaralar” çempionluq sayına görə əzəli rəqibi “İnter”ə (19) çatmışdılar. Yeri gəlmişkən, İtaliyada ən çox çempionluq qazanan komandanın “Yuventus” (36) olduğunu da yada salaq.
Yekun turnir cədvəlindəki sıralamaya əsasən “Milan”, “İnter”, “Napoli” və “Yuventus” cari mövsümdə İtaliyanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək. “Latsio” və “Roma” Avropa Liqasına, “Fiorentina” isə Konfrans Liqasına vəsiqə qazanıb. Son üç mövsümdə ÇL-də çıxış edən “Atalanta”nın avrokuboklardan kənarda qalması xüsusi vurğulanmalıdı. Uğursuzlara gəlincə, son üç yeri tutan “Kalyari”, “Cenoa” və “Venetsiya” yeni mövsümə B seriyasında başlayacaq. Bu komandaları A seriyasında “Leççe”, “Kremoneze” və “Montsa” əvəzləyəcək. Əfsanəvi siyasətçi və funksioner Silvio Berluskoniyə məxsus olan “Montsa”nın 110 illik tarixində ilk dəfə A seriyasında oynamaq hüququ qazandığını xüsusi qeyd edək.

“Qızıl oyun” qaydası bərpa olundu
Ən yüksək liqanın rəhbərliyi yeni mövsüm ərəfəsində bir sıra qərarlar verib. Diqqəti daha çox cəlb edən yenilik “qızıl oyun” qaydasının bərpa olunmasıdı. Yeni qərara əsasən, bu mövsümdən yekun turnir cədvəlində 1-ci və 2-ci yeri tutacaq komandalar eyni xala malik olarsa, çempionu müəyyənləşdirmək üçün pley-off matçı keçiriləcək. Başqa sözlə, yaxın keçmişdə tətbiq edilən qayda qüvvəyə minib. “Qızıl oyun”un əsas vaxtında komandalardan biri qələbə qazanmasa, qalib əlavə vaxt oynanılmadan penalti seriyası ilə müəyyənləşəcək. Bunadək xalların bərabərliyi halında çempionluğa iddia edən komandalar arasındakı oyunların nəticəsi, sonra isə topların ümumi fərqi əsas götürülürdü. Qeyd edək ki, yeni qayda yalnız skudettonun qalibini müəyyənləşdirmək üçün tətbiq olunacaq. Yekun cədvəldə digər yerlərə iddialıların xalları eyni olacağı halda isə komandaların mövqeyi əvvəlki qayda ilə müəyyənləşəcək.

İtaliya Futbol Federasiyası koronavirus pandemiyası dövründə zərurətə çevrilən 5 əvəzetmə qərarını qüvvədə saxlayıb. Bundan başqa, kubok və pley-off oyunları zamanı əlavə vaxta ehtiyac yaranarsa, komandalar 6-cı əvəzetməni də reallaşdıra biləcəklər.

Kaputi A seriyasının tarixinə düşəcək
A seriyasının 2022/23 mövsümündə bir ilk yaşanacaq. İtaliya çempionatının ən yüksək liqasının oyunlarını ilk dəfə qadın hakim də idarə edəcək. Bu hüququ Mariya Sole Ferryeri Kaputi qazanıb. Xatırladaq ki, 31 yaşlı hakim ötən mövsüm İtaliya kubokunun “Kalyari” – “Çittadella” matçında fit çalmaqla da ilkə imza atmışdı.

Liqanın itkiləri...
Hələ ki yay “transfer pəncərəsi” açıqdı və avqustun sonuna qədər komandaların sıralarında dəyişikliklər baş verəcək. Artıq arxada qalan iki ayyarım ərzində diqqəti cəlb edən bir sıra keçidlər baş tutub. Sözsüz, A seriyasının itkiləri sırasında ilk növbədə Corco Kyellininin adı çəkilməlidi. “Yuventus”dakı 17 illik möhtəşəm karyerasını başa vuran əfsanəvi müdafiəçi 37 yaşında “Los Anceles”ə (ABŞ) üz tutub.
Maraqlıdı ki, son 10 ildə “Napoli”nin iddialı klublar sırasında olmasında böyük rol oynayan Lorentso İnsinye də MLS-ə yollanıb. Doğma klubu ilə yeni müqavilə mövzusunda anlaşa bilməyən 31 yaşlı vinger indi “Toronto”da (Kanada) top qovur. Neapolu Kalidu Kulibali də tərk edib. Son 8 ildə A seriyasında özünü ən yaxşı müdafiəçilərdən biri kimi göstərən 31 yaşlı seneqallı “Çelsi”yə satılıb. “Napoli” ən yaxşı bombardirindən isə imtina edib. Dris Mertens artıq “Qalatasaray”ın sıralarındadı. İtaliya klubunun rəhbərliyi belçikalı hücumçu ilə müqaviləni yeniləməyi lazım bilməyib. 35 yaşlı Mertens komandada 2013-cü ildən çıxış edirdi. O, 397 oyuna vurduğu 148 qolla “Napoli” tarixinin ən yaxşı bombardiridi.

...və qazancı kimlərdi?
İtaliyanın elit liqasının qazandığı oyunçular sırasında ikisi diqqəti daha çox cəlb edir. Özü də A seriyasında daha əvvəl çıxış təcrübəsinə malikdilər. Əlbəttə, Pol Poqbanın 2012-16-cı illərdə oynadığı “Yuventus”a dönüşü ilk növbədə qeyd edilməlidi. Maraqlıdı ki, 29 fransalı yarımmüdafiəçi 10 il əvvəl olduğu kimi, “Mançester Yunayted”dən Turin klubuna yenə azad agent kimi qoşulub.

Romelu Lukaku da sabiq komandasına qayıdıb. 29 yaşlı belçikalı hücumçunun “Çelsi”dəki işləri istənilən kimi getmədi. Bu sbəbdən onun 2019-21-ci ildə formasını daşıdığı “İnter”ə icarəyə verilməsi labüd oldu.

Angel Di Mariyanın PSJ-dəki 7 illik çıxışı bu yay sona çatdı və 34 yaşlı argentinalı yarımmüdafiəçi sərbəst futbolçu kimi “Yuventus”a qoşulub. “Latsio”nun heyətinə cəlb etdiyi yeni qapıçının keçidi də diqqətdən yayına bilməz. Paytaxt klubu Luiş Maşimanuya görə “Qranada”ya 10 milyon avro ödəyib. Portuqaliyalının komandası sön mövsümdə İspaniya La Liqasını tərk edib. Luişin mövsüm ərzində 127 seyv etməklə bu liqada bütün qapıçıları arxada qoyduğunu xüsusi vurğulayaq.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-07-2022, 11:0

İtaliya çempionatının yeni mövsümü gec start götürəcək?

Dünya futbolu

6-04-2022, 15:0

Konte İtaliyada rekordçu oldu

Dünya futbolu

23-05-2022, 15:0

İtaliyada ən yaxşı futbolçu seçildi

Dünya futbolu

15-06-2022, 17:0

Dibala İtaliyada qalmağa çox yaxındı

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
Daha çox
Oxunub: 546
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 267
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 183
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə