Minlərlə boksçu ondan 1,6 milyard dollar tələb edir

19.08.2023 18:36 224
İdman
UFC prezidenti Dana Uayt ictimaiyyət önündə özünü hər nə qədər tox tutsa da, bu gedişlə ciddi problemlə üzləşəcəyi istisna olunmur.

"Football-plus.az" xəbər verir ki, 1200-dən artıq peşəkar boksçu bu quruma qarşı kollektiv iddia qaldırıb.

“Sportskeeda”nın yaydığı xəbərə görə, iddia hələ 2014-cü ildə tərtib olunub. İddia müəllifləri belə hesab edirlər ki, adı çəkilən promouşen qarışıq döyüş növbəti (MMA) bazarında dominant mövqeyə sahib olmaq üçün qeyri-qanuni metodlardan yararlanıb. Vəkil Erik Maqraken “tvitter” hesabında kollektiv iddia ilə bağlı bunları yazıb:

“Məhkəmə UFC-nin amansız metodlardan yararlandığını təsdiq edib. Birincisi, promouşen despotik müqavilələrdən yararlanır. İkincisi, UFC bu müqavilələrdən kənarda da amansız taktika tətbiq edir və döyüşçüləri seçim azadlığından real şəkildə yararlanmaq imkanından məhrum edir. Üçüncüsü, məhkəmə müəyyənləşdirib ki, UFC rəqiblərini heç də ona görə “almır” ki, öz məhsulunu yaxşılaşdırsın. Ona görə “alır” ki, döyüşçülərin açıq bazarda məhdud seçim imkanı olsun”.