• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn Şirerlə özünəməxsus yarışı dayandırdı

Dünya futbolu

18-08-2023, 19:0

Harri Keynin “Bavariya”ya transferi ilə bağlı aylardı davam edən müzakirələr fonunda bəzən çox qəribə bir sual da səslənirdi.

“Football-plus.az” xəbər verir ki, məsələn, İngiltərənin ən məşhur ekspertlərindən biri Qari Nevill cəmi bir neçə gün əvvəl belə demişdi:

“O, Alan Şirerin premyer-liqada qol sayına görə rekordunu qırmaq istəməsə və “Bavariya”ya yollansa, sadəcə, şoka düşəcəm. Bəli-bəli, “Bavariya” böyük klubdu, ancaq mən hələ ki belə variantı gözdən keçirmək istəmirəm”.


Nə qədər ki Nevill şokdadı, Şirer isə bu gedişi bayram edir, Harrinin bombardirlər yarışında Alandan nə qədər uzaq olduğunu xatırlayaq. Bəs onun yeni rekord müəyyənləşdirmək şansı qalırmı, Almaniyada vaxt itirəndən sonra premyer-liqaya dönərsə, belə imkanı olacaqmı?

Hazırda premyer-liqanın bombardirləri sıyahısında vəziyyət belədi: 1. Alan Şirer – 260, 2. Harri Keyn - 213 qol. Deməli, mütləq rekord müəyyənləşdirmək üçün Keyn daha 48 qol vurmalıdı.

Bəs “Nyukasl”ın əfsanəsinə rekorda çatmaq üçün nə qədər vaxt lazım olub? Keyn qol sayında onun qrafikindən geri qalırmı?

Şirer premyer-liqada 22 yaşını tamamlayandan iki gün sonra debüt edib. Keyn top-karyerasına başlayan anda ondan ilyarım kiçik olub. Şirer artıq ilk oyunda dubl edibsə, Keynə qol hesabını açmaq üçün az qala iki il lazım gəlib. Yalnız premyer-liqada keçirdiyi ikinci mövsümün aprelində fərqlənib. Ancaq həm “Tottenhem”də, həm də “Norviç”də çox az oyun vaxtı qazandığını nəzərə alsaq, belə durum anlaşılandı.

Keyn 100 qol həddinə çatmaq üçün 150 oyun keçirməli olub, Şirer isə cəmi 123-cü oyunda ilk zirvəni fəth edib. Keyn ötən ilin fevralında 200 qol həddinə çatıb. Bununla da, demək olar ki, Şirerin qrafikini yaxalayıb. “Nyukasl”ın ulduzu 200 qolu 306, Şirer 315 oyunda vurub. Mayda isə Keyn Şirerə daha 13 qol yaxınlaşıb.

Sadə bir riyazi hesablama aparaq. Keyn karyerasında orta tempi (hər oyunda 0,64 qol) qorusaydı, 75 oyundan və ya 2,5 mövsümdən sonr qol sayında liderliyə yüksələcəkdi. Əlbəttə, bu bir qədər kobud proqnozdu, axı hər birimiz gözəl anlayırıq ki, hər şey komandaadan, futbolçunun idman formasından və sağlıq durumundan asılıdı. Ancaq Almaniyaya yollanmaq rekorddan imtina etmək anlamına gəlirmi? Əslində belə demək olmaz. Məsələn, Keyn “Bavariya” ilə dördillik müqavilə müddətini başa vurandan və Çempionlar Liqasının qalibi olandan sonra premyer-liqaya qayıdarsa, yaşı 34 olacaq. Bildiyiniz kimi, Şirer 35,5 yaşına qədər qol vurmağa davam edib. Keyn karyerasını heç də ondan tez bitirməyi planlaşdırmır. Ancaq o məqama da diqqət yetirək ki, “Nyukasl”ın forvardı son mövsümdə qol sürətini xeyli yavaşıtmışdı. Keynlə bağlı necə olacağını isə o heç özü də bilmir. Aydın olan isə budu: onun “Bavariya”ya uzunmüddətli ezamiyyətə yollanmasına rəğmən, yeni rekord müəyyənləşdirmək üçün yetərincə vaxtı var. Ancaq...

Belə görünür ki, premyer-liqa rekorduna daha bir iddiaçı var. Şirerlə Keynin premyer-liqadakı ilk 37 oyununu xatırlayaq və bu siyahıya daha bir personajı əlavə edək. Əlbəttə, bir mövsüm hələ göstərici deyil, ancaq “Mançester Siti”nin forvardı Erlinq Holannın tempini də gözardı etməyək. O, premyer-liqada, demək olar ki, Şirerin yaşında debüt etdi, amma startda qol sayına görə həm “Nyukasl”ın, həm də “Tottenhem”in əfsanəsini arxad qoydu. Şirer ilk 37 oyunda 29, Keyn 6 qol vurmuşdusa, Holannda bu göstərici 38-ə çatıb.

Norveçlinin hər oyuna 1 qol ilə xarakterizə olunan indiki tempi fantastikdi. Holann bu tempi davam etdirərsə, Şirerə cəmi 6-7 mövsüm ərzində çatar, hardasa 30 yaşı olanda. Keynə, ümumiyyətlə, 5 mövsüm ərzində.

Real dünyaya qayıdanda görürük ki, Holann 4 mövsüm ərzində gözləniləndən daha çox qol vurub. Lap tutaq ki, onun göstəricisi bir qədər aşağı enə bilər. Bilərəkdən Erlinqin hər oyun üçün orta qol sayını 0,71-ə endiririk. Nəticə belə alınır ki, norveçliyə yeni rekord müəyyənləşdirmək üçün ümumilikdə 314 oyun lazımdı. Zədələri və cəzaları nəzərə almadan 8 mövsümdən artıq edir. Çətin ki, norveçli karyerasına məcburi fasilələrsiz davam edə bilə. Bu üzdən ən real proqnoz Holannın Şirerə 33-34 yaşında çatmasıdı. Təbii ki, o vaxta qədər premyer-liqada qalarsa. Və həm də Keyn İngiltərəyə dönüb yeni rekord müəyyənləşdirməzsə.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

8-02-2023, 17:0

Keyn rekordları alt-üst etdi

Dünya futbolu

20-03-2023, 18:0

Premyer-liqanın rekordunu təkrarladı

Dünya futbolu

8-01-2023, 13:0

Keyndən yeni rekord

Dünya futbolu

4-05-2023, 23:0

“Bavariya” onun transferindən imtina etdi

Dünya futbolu

16-10-2022, 13:0

Qvardiola Şirerə cavab verdi

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 111
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə