• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymar Səudiyyə Ərəbistanında krallar kimi yaşayacaq

Dünya futbolu

18-08-2023, 19:0

2013-17-ci illər aralığında “Barselona”da çıxış edən, həmin vaxtdan bəri PSJ-ni seçən Neymarın karyerasındakı növbəti dönüşdən xəbərdarsız.

“Football-plus.az” xəbər verir ki, braziliyalı ulduz artıq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə “2+1” sxemi üzrə müqavilə bağlayıb. Xatırladaq ki, onun parislilərlə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaqdı. Son aylarda PSJ-də yaşananları nəzərə alanda Neymarın gedişi həm gözlənilirdi, həm də gözlənilmirdi. Daha doğrusu, gözlənilirdisə də, hər kəs “Barsa”nın üzərində dayanırdı. Amma hücumçu ərəblərin pulunu seçdi…
“Foot Mercato”nun rəqəmləri doğrudusa, Neymar iki il ərzində Səudiyyə Ərəbistanında 300-400 milyon avro qazana bilər. Bəzi kütləvi informasiya vasitələri təmiz 100 milyon avro maaşdan danışır, ancaq bu məbləğə braziliyalının iddia edəcəyi bonuslar daxil deyil. Forvard maaşla yanaşı, bir çox üstünlük də qazanacaq. Onun sərəncamında şəxsi təyyarə olacaq. Kriştiano Ronaldo da belə şərtlər altında oynayır. Portuqaliyalı kimi, ona da rəfiqəsi Bruno Byankardi ilə birgə yaşamaq icazəsi veriləcək. Baxmayaraq ki, onlar arasında nigah münasibətləri yoxdu. Maraqlı məqam budu ki, Səudiyyə Ərəbistanında cütlük arasında nigah olmadan birgəyaşayışa icazə verilmir. Görünür, müsəlman qardaşlarımız ulduz futbolçular naminə lazım gələndə qanundan yan keçə bilirlər. Neymar böyük villada yaşayacaq, onun sərəncamında xidmət personalı da olacaq.

“Əl-Hilal”ın yeni oyunçusu birbaşa maaşdan əlavə hər qələbəyə görə 80 min avro alacaq. Müqavilədə Səudiyyə Ərəbistanını sosial şəbəkələrdə təbliğ etmək ayrıca bənd kimi göstərilib. Braziliyalının rəsmi səhifələrdə bu ölkə haqda yaydığı hər paylaşım ona əlavə 500 min avro qazandıracaq.

Öz aramızdı, krallara layiq belə şəraitdən hansı futbolçu imtina edərdi ki?! Neymar da düşünüb ki, yaşım 31 olubsa, daha bundan yaxşı oynamayacağamsa, klubda atmosfer də idealdan uzaqdısa, lap çox pul qazanmağın əsl vaxtıdı. Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqavilə müddəti bitəndən sonra braziliyalının Avropa futboluna qayıtmaq şansı da var.

Fransa qaynaqlarına inansaq, Neymar hələ də 2025-də, yəni “Əl-Hilal”la müqaviləsinin müddəti bitəndən sonra “Barselona” ilə anlaşacağına ümid edir. O belə hesab edir ki, Çempionlar Liqasının 2020-ci ildəki finalından sonra bir daha bu turniri qazanmaq şansı olmayıb. Bu üzdən “Barsa”da bir daha şansını sınamaq pis olmazdı. Burda daha bir maraqlı məqam var. Deyilənə görə, 31 yaşlı braziliyalı ən yaxın dostlarına deyib ki, Xavi kataloniyalıları çalırdırdığı müddət ərzində bu komandanın formasını geyməyəcək.

Deyəsən, Neymarın transferi Səudiyyə Ərəbistanı klubunun PSJ-yə “ilişməsinin” yalnız ilk epizodudu. “Le Parisien” xəbər verir ki, “Əl-Hilal” Paris klubunun daha iki oyunçusu ilə maraqlanır. Marko Verratti də bu komandanın yolunu tuta bilər. Fabritsio Romano avqustun əvvəlində xəbər vermişdi ki, “Əl-Hilal” italiyalı futbolçu üçün PSJ-yə 45 milyon avro təklif edib, ancaq parislilər transferdən boyun qaçırıb. Bu insayder iddia edir ki, Əl-Xelayfi Markoya görə 50-60 milyon avro qazanmaq niyyətindədi.

“Əl-Hilal” həmçinin qapıçı Keylor Navası alacağına ümid edir. Neymarla Verrattidən fərqli Kosta-Rikadan olan futbolçunun adı ilk turda PSJ-nin iştirak ərizəsinə salınmışdı. Serxio Rikonun ciddi zədəsi fonunda Keylor Donnarummanın əsas əvəzedici kimi qalır. İtaliyalı qapıçı qəfil zədələnsə, Aleksandr Letelye onu lazımınca əvəz edə bilməz. “Transfermarkt”ın 4 milyon avroya dəyərləndiyi Navas ötən mövsümün ikinci yarısını “Nottingem Forest”də keçirib. Keylor İngiltərə klubunun heyətində keçirdiyi 17 oyunda 32 qol buraxıb.

Sitat
Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti: “Qeyri-adi anlar yaşamışıq, Neymar həmişə tariximizin bir hissəsi olacaq. Neyə və ailəsinə təşəkkür etmək istəyirəm. Gələcəkdə ona hər şeyin ən yaxşısını arzulayırıq”.

Neymar 2017-ci ildən bəri PSJ-də ümumilikdə 174 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə verib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-08-2023, 18:0

Neymar Səudiyyə Ərəbistanında dünyaları qazanacaq

Dünya futbolu / Manşet

15-08-2023, 22:0

Neymar Səudiyyə Ərəbistanında

Dünya futbolu

4-07-2023, 19:0

Neymar fantastik təklifi qəbul edəcək?

Dünya futbolu

15-01-2023, 21:0

Messi də Səudiyyə Ərəbistanında oynayacaq?

Dünya futbolu

24-06-2023, 22:0

O da Səudiyyə Ərəbistanına yollandı

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 112
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə