Aleksandr Oveçkin təkcə illərdi MHL-də parlaq oyun göstərən əfsanəvi hokkeyçi deyil.
"Football-plus.az" xəbər verir ki, o, həm də cürbəcür hərraclarda həvəslə iştirak edir. Rusiyalı ulduz hərraclarda aldığı əşyalardan danışıb:
“Əlbəttə, basketbolçu Maykl Cordanın maykasını, Həbib Nurməhəmmədovun stulunu almışam. Bütün bu əşyaları evdə saxlayırıq. Təbii ki, zamanla bunların qiyməti artır. Ümid edirəm ki, bir neçə ildən sonra 3 milyon dollara sata biləcəm”.