• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

16-08-2023, 22:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" saytı olaraq ötən həftədən maraqlı sitatları sizin üçün bir araya gətirdik:

Rudi Qarsiya, “Napoli”nin baş məşqçisi: “Osimhen? Karyerasının qürub çağını yaşayan oyunçuların Səudiyyə Ərəbistanına yollanması başadüşüləndi. Belə nalayiq təklifdən dünyada heç kim imtina etməzdi. Futbolçu karyerasının zirvəsindədisə, ən yaxşı illərini keçirirsə, başqa qitədən gələn təklifə baxmaz. Mən Viktor deyiləm, odu ki, məlum sualı ondan soruşun”.

Xerardo Martino, “İnter Mayami”nin baş məşqçisi: “O, burda Argentina yığmasında sonuncu dünya çempionatında etdiklərindən fərqli iş görmür. Messinin yaşıl meydanda və ondan kənardakı liderliyi son illər aydın nəzərə çarpır. Mən onun Qətərdə keçirilən mundialda etdikləri haqda düşünürəm. Ona görə ki, bu turnir Leonun necə liderə çevrildiyini əyani göstərmişdi. İndiki vəziyyət onun karyerasının ilk illəri ilə müqayisədə çox başqadı. Lionel onda yalnız futbolda lider idi. İndi həm meydanda, həm məşqdə, həm də paltardəyişmə otağında oyundaşlarına göstəriş və məsləhətlər verir”.
Yan Zommer, “İnter”in qapıçısı: “Bavariya”dan “İnter”ə keçidimin bir sıra motivləri var. “İnter” də zəngin ənənələri olan məşhur klubdu. Bura gəlmək mənim üçün yeni çağırışdı. Yeni komandamın formasında “Cüzeppe Meatsa” stadionunda meydana çıxacağım ilk oyunu səbirsizliklə gözləyirəm. Milan şəhərinin futbol havası ilə tənəffüs etmək istəyirəm. Burda olduğuma görə sevinirəm”.

Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Biz bu təcrübədən özümüz üçün müsbət məqamlar çıxardıq. PSJ kimi kluba təyinat almısızsa, deməli, sizdən Çempionlar Liqasında qələbə gözləyirlər. Buna nail ola bilməsəz, yolunuza davam etməməlisiz. Bu anlayışın dəyişəcəyinə inanıram. Ona görə ki, PSJ böyük ardıcıllığa layiqdi. Səs-küylü adları sıralarınıza qatmaqdan başqa nəsə yaratmasaz, qalib gələ bilməzsiz. Məsələn, “Liverpul” ÇL-də bir neçə il gərgin fəaliyyətdən sonra qalib gəldi. “Mançester Siti” bu turnirdə Qvardiola ilə yalnız 7-ci mövsümündə qələbə qazandı. “Real” da uzun müddət böyük zəhmət tələb edən işlərdən sonra istəyinə çatdı. Ümumiyyətlə, ÇL-də daha sabit çıxış edən klub qalib gəlir”.

Massimo Moratti, “İnter”in sabiq prezidenti: “Lukakunun digər klubla (“Yuventus”u nəzərdə tutur – R.Y.) danışıq apararkən dedikləri mənim xoşuma gəlmədi. Həmin fikirləri “İnter”in azarkeşləri də normal qəbul edə bilməzlər. Onun “İnter”ə dəyişən münasibəti məni çox məyus etdi. Yaxşısı budur ki, bizim komandada onun kimi oyunçu olmasın. Özünü belə aparmaq olmaz”.

Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Dibalanın müqaviləsində onun satın alınması ilə bağlı bənddə göstərilən son tarix avqustun 1-də başa çatdı. Odu ki, bundan sonra balaca uşaq kimi rahatca yata bilərəm. O, mənim karyeram ərzində sərəncamımda olan ən yüksək səviyyəli futbolçulardan biridi. Paulo bizim üçün qızıldı, ondan imtina edə bilmərik”.

Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “Osimhen qalır. Onun klubla müqaviləsinin müddəti iki ildən sonra başa çatacaq. Hara getməlidi ki? Müqavilələr var və bu sənədlərin şərtlərinə həmişə riayət edilməlidi. Bizim Viktorla münasibətlərimiz ilk gündən əla alınıb”.

Serxi Roberto, “Barselona”nın yarımmüdafiəçisi: “Bütün titullar uğrunda yarışmağımız üçün çox yaxşı heyətimiz var. Çox rəqabətədavamlıyıq və bütün işləri yüksək səviyyədə görürük. Bu mövsüm əsas hədəfimiz Çempionlar Liqasında qələbədi. Ötən mövsüm bu turnirdə mübarizəni qrupda dayandırmışdıq. Neymar? Onunla bugünlərdə danışmışam. Mənə elə gəlir ki, “Barselona”ya qayıdışına çox sevinərdi. Onun dönməsini istəyirəm. Neymarı klubda birgə keçirdiyimiz vaxta və hisslərə görə çox sevirəm. O, xüsusi oyunçu, inanılmaz dərəcədə istedadlıdı. Sıralarımıza qayıdacaq? Bu məsələ ilə rəhbərlik və baş məşqçi məşğul olmalıdı”.

Leonardo Bonuççi, “Yuventus”un müdafiəçisi: “Mən burda çox şey öyrəndim, mübarizə apardım və arzuladım. Düşündüyümdən də çox şey qazandım. Bugünkü reallıq əvvəlki tək evim saydığım məkanın mənə böyük sevgi və bağlılığın çərçivədən çıxa biləcəyini öyrətməyi davam etməsindən ibarətdi. “Yuventus”un bütün azarkeşlərinə “sağ olun” deyirəm...”.

Malkom, “Əl-Hilal”ın hücumçusu: “Karyeramın 4 ilini keçirdiyim Rusiya çempionatı ilə bağlı hissəsini ən xoş xatirələrlə xatırlayacağam. Sözsüz, son çempionluğu və bunun “Zenit”in embleminə gətirdiyi ikinci ulduzu daha çox yada salacağam. Biz bir neçə il bu hədəfə doğru irəlilədik, adımızı klubun tarixinə yazmağa çalışdıq və nə yaxşı ki, sonda hədəfimizə çatdıq. Ötən mövsümü əvvəldən axıradək xüsusi xatırlayacağam. Ona görə ki, komandamız titulu həm də baxımlı oyunla qazandı. Və mən “Zenit”ə çox sayda məhsuldar hərəkətlərimlə faydalı olduğum üçün özümü xoşbəxt sayıram. Mənə inanılmaz əlavə güc gəldi: ilk övladımın dünyaya gəlməsini gözləyərkən meydan boyunca uçurdum və bu, mənə əlavə motivasiya verirdi. Ümumiyyətlə, “Zenit”dəki bütün karyeram mənim üçün böyük hədiyyə oldu. Burdakı karyeramın çox yaxşı alınmasına görə çox sevinirəm”.

Çiki Beqiristayn, “Mançester Siti”nin idman direktoru: “Yoşkonu klubumuza dəvət etdiyimiz üçün çox şadıq. O, bizim uzun müddət diqqətlə izlədiyimiz oyunçudu və bir futbolçu kimi ən yaxşı keyfiyyətlərə malikdi. Avropanın digər aparıcı klubları da onu hədəfə almışdılar, bu səbəbdən Qvardiolun transferi bizim üçün ən yaxşı xəbərdi. O, mərkəz müdafiəçisi üçün tələb olunan ən yüksək bacarıqlara malikdi. Yoşko rəqabətədavamlı, sürətli, “ikinci mərtəbə”də güclü, topa sahib olarkən özünəinamlıdı. Bunlardan başqa, sol ayaqla oynayır. Bu isə komandamıza arxa xəttdə əlavə imkanlar verir. Üstəlik gəncdi. Amma sürətlə inkişaf edir. “Siti”də Qvardiola kimi böyü mütəxəssisin rəhbərliyi altında inkişafını davam etdirəcəyinə əminik”.

Rasmus Heylunn, “Mançester Yunayted”in hücumçusu: “Uşaq yaşlarımdan bu böyük kluba azarkeşlik etmişəm, “Yunayted”in heyətində “Old Trafford”un qazonuna çıxmağı arzulamışam. İndi isə uşaqlıq arzuma çatmışam. Mən dünya səviyyəli futbolçularla birgə oynamaq üçün irəli addım atmağa hazıram”.
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Uzun illərdən sonra ilk dəfə Avropa yarışlarında oynamayacaq və buna öyrəşməli olacağıq. Amma əvəzində yeni mövsümdə futbolçularla daha çox işləyə bilərik. Komandamız gələn mövsüm çempionluq uğrunda mübarizə aparsa, yaxşı olar. Hazırkı heyətdən çox razıyam. Yeni futbolçuların gəlişi gözlənilmir. Bəzi oyunçular ötən mövsümlə müqayisədə irəliləyəcək, inkişaf edəcəklər”.

Frenki de Yonq, “Barselona”nın yarımmüdafiçisi: “Barselona” mənim həyatımın klubudu. Bütün həyatımı burada keçirmək istəyirəm və keçən yay klubun maddi durumuna baxmayaraq, burdan heç vaxt ayrılmaq istəməmişəm. Uşaq yaşlarımdan həmişə “Barselona”nın azarkeşi olmuşam”.

Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu: “Onun karyerası bir neçə turnirdə uğur qazanmağa layiqdi. Onu Münhenə aparacaq təyyarənin bir neçə dəfə təxirə salınması məndə təşviş doğurmuşdu: “bu şəhərə yollanacaq, ya yox” – deyə düşünürdüm. Kim bilir, bəlkə də Keyn Almaniyada iki və ya üç il keçirəndən sonra premyer-liqada qol rekordunu yeniləmək üçün geri qayıdacaq. “Tottenhem”lə müqaviləsinin sonuna bir il qalmışdı və indi Avropanın Çempionlar Liqasında qalib gəlmək gücündə olan nəhəng klubunun sıralarındadı. Harri “Bavariya”ya Tomas Tuxel kimi çox yaxşı məşqçinin başçılığı altında və bir çox yüksək səviyyəli futbolçularla birgə oynamaq üçün yollanıb”.

Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Bundan sonra balaca uşaq kimi rahatca yata bilərəm”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-06-2023, 19:0

Martino ilə Messi yenidən bir komandada

Dünya futbolu

27-07-2023, 16:0

“İnter Mayami” Messi ilə qarşısıalınmazdı

Dünya futbolu

29-06-2023, 10:0

"Çempionlar Liqası dəyərini itirməyə başlayacaq" - ŞOK İDDİA

Dünya futbolu

19-07-2023, 20:0

Messi ilə Busketsin təqdimat mərasimi keçirildi

Dünya futbolu

25-02-2023, 12:0

“Maradonanın, Messinin necə dünya çempionu olduğunu görməsi əla olardı” - Di Mariya

Aktual
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Son xəbərlər
  • Bu gün, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Bu gün, 20:33
    MY-də yeni qapıçı
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə