• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İtirəcəyimiz bir şey yoxdu"

Manşet / Konfrans Liqası

16-08-2023, 20:0

Sabah “Neftçi” çox vacib oyuna çıxır.

Flaqman çətin “Beşiktaş” səfərində sensasiyaya imza atmaq niyyətindədi. Açığı, bu imkansızdı, amma komandanın baş məşqçisi Adrian Mutu buna inanır. Rumıniyalı mütəxəssisin “Beşiktaş Park”da keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərə əsasən bunu söyləyə bilirik. Bu gün Bakı vaxtı ilə saat 20.00-da başlayan tədbirdə əvvəlcə Mutu görüş haqda danışdı. Daha sonra isə jurnalistlərin suallarını cavablandırdı...

“Bizi çətin oyun gözləyir. Belə oyunlar oynamaq komanda üçün yaxşıdır. 2 qol fərqini aradan qaldırmalıyıq. Sabah çalışacağıq ki, bunun öhdəsindən gələk”.

-"Qarabağ" və Sabah"ın mərhələ keçəcəyinə inananlar az deyil. "Neftçi"ni isə siyahıdan silənlər çoxdu. Yəqin ki, "Beşiktaş" da artıq arxayındı. Özünüz sabahkı möcüzəyə nə qədər inanırsız?
- "Beşiktaş"la rəqib olanda hamı bizi siyahıdan silmişdi. Futbolda hər şey mümkündü. Baxmayaraq ki, ilk oyunda uduzub, bura məğlubiyyətlə gəlmişik. İki qol fərqini aradan qaldırmalıyıq, bunu başa düşürük. Sabahkı matçda çalışacağıq ki, əlimizdən gələni edək və azarkeşlərimizə hörmət göstərək, geyindiyimiz rənglərə hörmətlə yanaşaq. Normalda bu cür komandalarla Çempionlar Liqasında qarşılaşırsan, Konfrans Liqasında yox.

- "Beşiktaş"la birinci oyunda, "Səbail"lə çempionat matçında bir çox aparıcı oyunçuların xidmətindən yararlana bilməmişdiz, zədəliləriniz çox idi. Hazırda onların durumu nə yerdədi?
- Böyük dəyişiklik yoxdu. Aşağı-yuxarı eyni heyətdi, zədəliləri çıxmaq şərtilə. Heyətimiz kasaddı. Yeni transferlər də gözlənilir. Əlbəttə ki, son oyunların ritminə fikir versək, bizə heç də üstünlük vermir. Normalda həm avrokuboklarda, həm də yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətə ehtiyac var. Çalışırıq ki, düşdüyümüz vəziyyətə uyğunlaşaq və bu vəziyyətdən yaxşı formada çıxa bilək. Biz burdayıqsa, demək hər oyuna qələbə üçün çıxmalıyıq.

- Komanda "Səbail"lə çempionat oyunundan dərhal sonra İstanbula gəldi. Bərpa prosesi üçün tez gəldiz, yoxsa necə?
- "Səbail"lə oyundan sonra bir gün vaxtımız oldu ki, bərpa məşqi edək. Ondan sonra ilk dəfədi ki, bu gün meydanda məşqə çıxacağıq. Bakıya görüşümüz beşinci günə planlaşdırılır. Qayıtdığımız gün bərpa məşqi edib, sonra "Sabah"la matça hazırlaşacağıq. Həmin oyunun vaxtı dəyişdirilməsə, eyni vəziyyət olacaq.

- Sabah biz ilk oyunda fasiləyə qədərki "Neftçi"ni görəcəyik, yoxsa fasilədən sonra döyüşkənlik nümayiş etdirən "Neftçi"ni?
- İlk yarıda da komanda əlindən gələni edirdi. Amma istəyərəm ki, sabah ikinci hissədə oynayan "Neftçi"ni görüm.

- İlk dəqiqədən hücum futbolu oynayacaqsız, yoxsa gücünüzü 90 və ya 120 dəqiqəyə bölüşdürəcəksiz?
- Çalışacağıq ki, sabah öz üslubumuzda olan futbol oynayaq. İstədiyimiz oyunu mükəmməlləşdirmək istəyiriksə, rəqibdən fərqli olmayaraq, eyni üslubda davam etdirməliyik.

- "Neftçi" avrokuboklarda Rusiya klubunu mübarizədən kənarlaşdırıb. Sabah Türkiyə klubunu da məğlub edə bilərsiz?
- İlklər həmişə baş verir.

- "Beşiktaş"a qarşı sabahkı matçda "Səbail"lə oyunda meydanda gördüyümüz heyətə, yoxsa Bakıdakı oyunda oynaya futbolçulara güvənəcəksiz?
- Heyətimizə nəzər yetirsəz, görərsiz ki, o qədər çox oyunçu yoxdu. Ona görə sual qarşısında mat qalıram. Baxarıq, görərik. "Beşiktaş"ın geniş heyəti var. Bizdə də gələcəkdə belə heyət olsa, daha yaxşı çıxış edərik, daha yaxşı nəticələrimiz olar. Gənclərimiz çoxdu. İki qol fərqini aradan qaldırmalıyıq. Bunu etmək üçün daha təcrübəli futbolçuların təcrübəsindən istifadə etmək lazımdı. Çoxlu detallara nəzər yetirməliyik. Heç də asan olmayacaq. Çalışacağıq ki, sabah 100 faizimizi verək.

- Futbolçu karyeranızda belə vəziyyətlərlə qarşılaşmısız ki, çətin durumda mərhələ adlamısız?
- Bəli, bu cür hallarla rastlaşmışam. Belə matçlarda hər qol vacibdir. Birinci oyundakı səhvləri ikinci matçda düzəltməyə çalışırsan. Rahatlaşmaq olmaz. Düşünürəm ki, istədiyimiz oyunu göstərə biləcəyik.

- Sabah "Beşiktaş" "Neftçi"nin hansı xüsusiyyətindən ehtiyat etməlidi?
- Biz ikinci hissə "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan diqqətli olmalıdılar.
Konfransda flaqmanın müdafiəçisi Yuri Matias da iştirak etdi. O, görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
“Bilirik ki, sabah bizi çox çətin oyun gözləyir. Rəqib güclüdü. Amma çox xoş hisslərdi ki, bu cür rəqiblə oynayacağıq. Futbolda hər şey mümkündü. Sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq.

- İlk oyundakı qolları müdafiə səhvlərindən buraxdınız. Sabahkı oyunda eyni hallar təkrarlanmayacaq?
- Deməzdim ki, təkcə müdafiə səhvi idi, ümumi komanda səhvlərindən buraxdıq. Unutmalı deyilik ki, ikinci hissədə nə qədər qol epizodları yaratdıq ki, ən azından bərabərlik əldə edək. Əlbəttə, açıq-aşkar göründü ki, buraxdığımız qollar birinci oyunun nəticəsini həll etdi. Bilirik və dərk edirik. Sabah çalışacağıq ki, səhvsiz oynayaq.

İLKİN SULTANLI, İstanbul

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

16-08-2023, 20:0

“Sabah səhvsiz oynamağa çalışacağıq”

Manşet / Konfrans Liqası

4-08-2023, 00:0

"Rəqib layiqli qələbə qazandı"

Manşet / Konfrans Liqası

4-08-2023, 00:0

"Növbəti mərhələyə adlamağa layiq idik"

Premyer-liqa / Manşet

6-08-2023, 19:0

“Üç gündən bir oynamağa hazır deyilik”

Manşet / Konfrans Liqası

26-07-2023, 22:0

"Komandam belə atmosferdə oynamağa öyrəşib"

Aktual

9-05-2023, 15:0

"Qalatarasay Azərbaycan" fanklubu “Beşiktaş”la oyunda “Sabah”ı dəstəkləyəcək? – AÇIQLAMA

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə