• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” qələbə qazandı və Militaonu itirdi, “Barsa” isə... – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 18:0

Dünyanın ən baxımlı çempionatlarından sayılan İspaniya La Liqasında yeni mövsüm start götürdü.

“Football-plus.az” xəbər verir ki, nəhənglər – “Real”la “Barselona” fərqli nəticə göstərdi. Madridlilər inamlı qələbə qazandı, ancaq Kurtuanın ardından Militaonu da uzun müddətə itirdi, “Barsa” isə “Xetafe”nin müqavimətini qıra bilmədi. İddialılardan “Betis”lə “Valensiya”nın qələbəsi də diqqəti çəkdi.

“Xetafe” ilə “Barselona” arasında “Koliseum Alfonso Peres” stadionunda keçirilən ardıcıl 3-cü oyun qolsuz bitdi. Meydan sahibləri adlı-sanlı rəqibə sərt oyun təklif etdi ki, bunun içində həm kiçik, həm də aşkar kobud follar var idi. Meydanın mərkəzində sıx oynayan madridlilər qonaqların bütün yaradıcı hərəkətlərinin qarşısını alırdılar. “Barsa” Soriyanın qapısı önündə hədsiz az təhlükəli vəziyyət yaradırdı. İlk yarıda qonaqların heyətində ən fəal oyunçu Rafinya idi. Braziliyalı meydan sahiblərinin müdafiə xəttini daim gərginlik altında saxlayırdı. Ancaq rəqibin təxribatları qarşısında əsəbləri dözmədi və 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Düzdü, heç bir təxribat onun dirsəyi ilə Qaston Alvaresin başının arxasına zərbə vurmasına haqq qazandırmır. Beləcə düşünülməmiş və izaholunmaz kobudluq favoriti azlıqda qoydu. İlk yarıda futbol adına heç nə yox idi. “Xetafe”nin qurduğu “avtobus” fasiləsiz çalışırdı, belə görünürdü ki, “Barsa” oyunun belə axarına hazır deyil. Halbuki “Xetafe”nin necə oynadığını İspaniyada bilməyən yoxdu. Meydan sahibləri sıx və kobud oyun sayəsində Pedrini mübarizədən tam “qopardı”, top, demək olar ki, Levandovskiyə çatmırdı, Gündoğan hələ uyğunlaşma dönəmindədi, Rafinya isə bir qədər əvvəl vurğuladığımız kimi, təxribata uyub komandasını azlıqda qoydu. Fasilədən sonra ilk baxışdan belə təəssürat yaranırdı ki, gərginlik bir qədər azalıb. Ancaq Mata bütün belə düşüncələrin axırına çıxdı. O, 57-ci dəqiqədə 2-cı sarı ilə qovulmaqla say bərabərliyini təmin etdi. Artıq bərabər heyətlərlə oynayan kataloniyalılar məntiqlə rəqib müdafiəsini yarmalıydı. Belə düşünmək üçün əsaslar da var idi: sol cinahda yorulmadan şütüyən Abde oyuna yaxşı qoşuldu, sağda Arauxo fəal idi, Pedri də, nəhayət, iti ötürmələr verməyə başladı. Ancaq qol olmadı ki olmadı. Nəticədə Xavi də emosionallığa görə qırmızı vərəqə ilə cəzalandı. Pedri 79-cu dəqiqədə əvəzlənəndən sonra “Barsa”nın oyunundakı olan-qalan kreativlik və yaradıcılıq da itdi. Əvəzetmələr kataloniyalıların oyununu gücləndirmədi və nəticə gətirmədi. Meydan sahibləri qəhrəmancasına dayandılar və yəqin ki, heç-heçəni haqq etdilər. Hərçənd onların göstərdiyi futbol yox, antifutbol idi. 0 qol, saysız-hesabsız fol, 10 sarı və 3 qırmızı vərəqə - bax, oyunun canı budu.

“Atletik” – “Real” oyununun ilk 15 dəqiqəsi heç nə ilə yadda qalmadı. Ancaq ilk yarının ortalarında madridlilər ciddi şəkildə fəallaşdı. Bir neçə təhlükəli vəziyyətin məntiqi yekunu kimi 28-ci dəqiqədə hesab açıldı. Meydandakı ən fəal oyunçu Rodriqo fərqləndi. İlk yarıda oyunu alınmayan basklar qoldan sonra bir qədər də dağıldı. Qonaqlar Simonun qapısını bombardman edirdilər. Odu ki, Bellingemin 36-cı dəqiqədə fərqi artırması heç kimi təəccübləndirmədi. Onun sol “9-luğ”a göndərdiyi zərbəni Simon gözləmirdi, bu üzdən reaksiya verə bilmədi. 2-ci hissənin əvvəli Militaonun ağır zədəsi ilə yadda qaldı. Sonradan aydın oldu ki, braziliyalı xaçvari bağların qırılması üzündən uzun müddətə sıradan çıxıb. “Atletik” 2-ci hissənin əvvəlini fəal keçirdi, Valverdenin dəyişiklikləri komandanı bir qədər canlandırdı, ancaq bu da nəticədə əksini tapmadı. “Real” yenə hücumda fəal olsa da, öz qapısı önündə də təhlükəli vəziyyətlər yaranırdı, Lunin gücsüz qalanda da müdafiəçi yoldaşları onun köməyinə çatırdı. Madrid nəhəngi inamlı qələbə qazansa da, Militaonun zədəsi bu sevincə kölgə saldı.
ÇL-in qrupunda oynayacaq “Real Sosyedad” “Jirona” ilə oyunda erkən qol vurdu. Kubonun qol vurduğu son 17 oyunun heç birində komandanın uduzmaması San-Sebastyandan olan azarkeşlərə son nəticə ilə bağlı böyük ümid verdi. Düzdü, İmanol Alquasilin yetirmələri uduzmadı, ancaq qələbə qazanmaq da mümkün olmadı. “Jirona”nın bərabərlik qolunu ukraynalılar təşkil etdi. Sıqankovun ötürməsindən sonra həmvətəni Dovbik hesabı bərabərləşdirdi.
“Betis” “Vilyarreal”la səfər oyununda qələbəyə sevindi. Özü də Villan həlledici qolu 6-cı uzatma dəqiqəsində vurdu. “Betis”də debüt edən İsko oyunun ən yaxşısı sayıldı. Xatırladaq ki, o, bu komandaya keçənə qədər 7 ay idi azad agent statusu daşıırdı. “Real”ın sabiq yarımmüdafiəçisinin karyerasındakı son klub “Sevilya” olub, dekabrda bu klubla müqaviləni pozub.

Sevilyanın digər komandasının oyununda da sonda qol qeydə alındı. Sadəcə, “Sevilya” Gerranın 89-cu dəqiqədə vurduğu qol üzündən “Valensiya”ya uduzdu.

Turun digər oyunlarına gəlincə, Konfrans Liqasında oynayacaq “Osasuna” “Selta”nı səfərdə məğlub etdi. “Rayo Valyekano” “Almeriya” üzərində inamlı qələbə qazandı, “Las-Palmas” – “Malyorka” oyunu isə heç-heçə bitdi.

Turun son iki oyunu dünən axşam keçirildi. “Kadis” və “Atletiko” mövsümə qələbə ilə başladı.

1-ci tur
Xetafe – Barselona 0:0
(13410)
Barselona: Ter Ştegen, Balde, Kristensen (Abde, 46), Kunde, Arauxo, Gündoğan (Qavi, 79), De Yonq, Romeo (Yamal, 76), Pedri (Fati, 79), Rafinya, Levandovski.
Atletik – Real 0:2
Rodriqo, 28. Bellingem, 36. (48927)
Real: Lunin, Qarsiya, Alaba, Militao (Rüdiger, 50), Karvaxal, Kamavinqa (Kroos, 71), Çuameni, Valverde, Bellingem, Rodriqo (Xoselu, 80), Vinisius (Modriç, 80).
Real Sosyedad – Jirona 1:1
Kubo, 5 – Dovbik, 72. (30848)
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Traore (Sola, 74), Turryentes (Olaqasaqsi, 80), Subimendi, Mendes, Oyarsabal (Sadik, 75), Fernendes (Barreneça, 59), Kubo (Şo, 74).
Vilyarreal – Betis 1:2
Kuenka, 61 – Peres, 20. Villian, 90+6. (17285)
Sevilya – Valensiya 1:2
Ən-Nəsiri, 70 – Diakabi, 60. Gerra, 89. (34184)
Selta – Osasuna 0:2
R.Qarsiya, 24. Qomes, 74. (20269)
Almeriya – Rayo Valyekano 0:2
Palason, 20-p. Nteka, 28-p. (14837)
Las-Palmas – Malyorka 1:1
Viera, 29-p. – Railyo, 70. (24100)
Atletiko – Qranada 3:1
Morata, 45+1. Depay, 67. Lyorente, 90+8 – Omorodion, 62.
Kadis – Alaves 1:0
Fede, 7. (19306)
Növbəti turun oyunları avqustun 18-21-i aralığında keçiriləcək: Malyorka – Vilyarreal, Valensiya – Las-Palmas, Real Sosyedad – Selta, Almeriya – Real, Osasuna – Atletik, Jirona – Xetafe, Barselona – Kadis, Betis – Atletiko, Alaves – Sevilya, Qranada – Rayo Valyekano.

Turun rəqəmi
100 – Kamavinqa “Real”ın heyətində oyun sayını bu həddə çatdırdı. Fransalı yarımmüdafiəçi Madrid klubunda ümumilikdə 100-cü, La Liqa çərçivəsində isə 64-cü oyununu keçirdi. O, oyun günü 20 yaş 275 günlük idi. Onu da xatırladaq ki, Kamavinqa “Real”a 2021-ci ildə “Renn”dən keçib.

Turun ulduzu
Rodriqo (Real) – onu dayandırmaq çətin idi. Braziliyalı oyunboyu rəqibin müdafiə xəttinin başını ağrıtdı. Hesabı açdı, daim Simonu gərginlikdə saxladı, zərbə vurdu, hücumları bitirdi, assistentlik etdi. Meydanda böyük həcmdə iş gördü, oyunun əsas qəhrəmanlarından oldu.

Turun sitatı
Frenki de Yonq, “Barselona”nın yarımmüdafiəçisi: “Biz daha yaxşı çalışmalıyıq, ancaq hakimlər də. La Liqa “vaxt öldürməyə” görə qaydalar müəyyənləşdirməlidi. Hakim 2-ci hissəyə 9 dəqiqə artırdı, bəzilərinə elə görünə bilər ki, bu çoxdu. Ancaq “Xetafe” 2-ci hissədə 25 dəqiqəni boşuna xərclədi. Və bu onların günahı deyil, işidi. Biabırçılıq”.

Fakt
“Barselona” 53 illik antirekordunu təkrarladı. Kataloniyalılar La Liqanın 2023/24 mövsümünün ilk turunda “Xetafe” ilə qolsuz bərabərliyə qalmaqla bunu reallaşdırdı. “Barsa” ardıcıl 4-cü mövsümdə “Xetafe” ilə səfər matçında fərqlənə bilmədi. “Koliseum Alfonso Peres”də baş tutan əvvəlki iki dueldə də 0:0 hesabı qeydə alınıb. 2020/21 mövsümündə isə “Xetafe” qələbə qazanıb - 1:0. “Barselona” sonuncu dəfə ötən əsrin 70-ci illərində eyni komandaya qarşı ardıcıl 4 səfər görüşündə fərqlənə bilməyib. Həmin vaxt “Salamanka” bu uğura nail olub.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Hakimə dedim ki, “Xetafe” əksər follar zamanı əfv olunur, biz isə yox. Buna görə mənə qırmızı vərəqə göstərdi. Mənim meydandan qovulmağım əhəmiyyət daşımır. Meydanda başverənlər önəmlidi. Bütün hallarda qələbə qazanmaq istəyirdik, ancaq bacarmadıq. Heyf. Hakim bütün bunlara imkan verir, başqa heç kim. Rafinyanın qovulması başverənlərin ümumi nəticəsidi. “Xetafe”yə belə oynamağa imkan verirlər, bizə yox. “Xetafe” “vaxt öldürür”, oynamağa mane olur. Bu onların futboludu, normal haldı”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “İlk yarı çox yaxşı idi, intensiv oynadıq, böyük uğura nail olduq: irəli çıxdıq, ardından daha bir qol vurduq. 2-ci hissədə isə daha çox oyunun axarına nəzarət etdik, intensivliyi aşağı saldıq. Oyunçuların konsentrasiyası və motivasiyası yerinə idi, çoxlu təkbətək mübarizədən qalib ayrıldıq, “quru” hesab müsbət məqamdı. Mükəmmələ yaxın matç idi: ilk yarını yüksək səviyyədə keçirdik, ikincidə oyunun axarına nəzarət etdik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

3-05-2023, 20:0

İlk “4-lük” inamlı qələbə qazandı, “Valensiya” yenə təhlükəli zonadadı

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

2-04-2022, 19:0

“Barselona”nın oyunçusu koronavirusa yoluxdu

Aktual
“Meydandan çıxmasaydılar, bəlkə texniki məğlubiyyət ancaq bizə verilərdi” - “Kür-Araz”ın prezidenti də qərardan narazıdı
“İmişli” birinci liqanın ən məhsuldar futbolçunu aldı
Elvin hansı klublardan təklif alıb? – meneceri Azərbaycanda qalmaq istəmədiyini dedi!
1-ci liqaya vəsiqə uğrunda pley-off oyununda VAR olacaq!
"Belə hakimlik varsa, davam etməyə dəyməz" – “Difai”nin prezidenti
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Son xəbərlər
  • Bu gün, 17:36
    Ayxan Abbasov "Şamaxı"dan getdi - RƏSMİ
  • Bu gün, 17:32
    "Qarabağ" üç futbolçuyla vidalaşdı - RƏSMİ
  • Bu gün, 16:55
    "Neftçi" "Kəpəz"ə qalib gəldi, "Araz-Naxçıvan" "Zirə"yə
  • Bu gün, 16:16
    ''Mənimlə heç kim əlaqə saxlamayıb'' - İsmayıl Kartal ''titul qazana bilmir'' iddiasına cavab verdi
  • Bu gün, 15:45
    ''Yuventus'' və Türkiyə yığmasında Kənan Yıldız şoku
  • Bu gün, 15:04
    İntizam Komitəsi “Kəpəz”i cərimələyəcək
  • Bu gün, 14:57
    "Kəpəz" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Hakan Safidən Əziz Yıldırım və Osimhen açıklaması - ''İstəsəm, onu alardım''
  • Bu gün, 13:55
    Ayxan Abbasov milliyə 28 futbolçu çağırdı - SİYAHI
  • Bu gün, 13:47
    “Meydandan çıxmasaydılar, bəlkə texniki məğlubiyyət ancaq bizə verilərdi” - “Kür-Araz”ın prezidenti də qərardan narazıdı
  • Bu gün, 13:27
    “İmişli” birinci liqanın ən məhsuldar futbolçunu aldı
  • Bu gün, 12:56
    Türkiyə kuboku ''Trabzonspor''un oldu
  • Bu gün, 12:25
    Jurnalistlər onu mövsümün ən yaxşı oyunçusu seçdi
  • Bu gün, 11:54
    Almaniyalı əfsanə Saneni tənqid etdi - ''Mən olsam, onu DÇ-yə aparmazdım''
  • Bu gün, 11:29
    Yığmada ilk əcnəbi baş məşqçi
  • Bu gün, 11:11
    Ya Antonelli, ya da Ferstappen
  • Bu gün, 10:39
    Elvin hansı klublardan təklif alıb? – meneceri Azərbaycanda qalmaq istəmədiyini dedi!
  • Bu gün, 10:31
    Neymar yenidən sıradan çıxdı
  • Bu gün, 10:00
    Messi ilə birgə oynayacaq
  • Dünən, 23:55
    1-ci liqaya vəsiqə uğrunda pley-off oyununda VAR olacaq!
  • Dünən, 23:42
    "Belə hakimlik varsa, davam etməyə dəyməz" – “Difai”nin prezidenti
  • Dünən, 23:21
    ''Göztəpə'' bu göstəricidə hətta İstanbul nəhənglərini də üstələdi
  • Dünən, 22:44
    “Mövcud futbolçular pis deyil, amma reallıq da var” – Saşa İliç
  • Dünən, 22:35
    “Elvinlə bağlı transfer təklifinə açığıq, bizlə müqaviləsi var” – Qurban Qurbanov
  • Dünən, 22:02
    Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
  • Dünən, 21:55
    "Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsizsə, bunu etməyəcəm" - Valdas Dambrauskas
  • Dünən, 21:15
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 20:51
    "Hər şey heyətin gücləndirilməsindən asılı olacaq" - Kurban Berdıyev
  • Dünən, 20:27
    Onun yolu Madridədi?
  • Dünən, 19:58
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 19:27
    Neapolu tərk etməyəcəyi dəqiqləşdi
  • Dünən, 18:56
    “Başqa məsələlər də var və klub bunu açıqlamağı lazım bilmir” – Maksim Medvedev Elvinin sirrini öyrənib?
  • Dünən, 18:25
    "Sumqayıt" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 17:54
    Lebron Ceyms hansı komandanı seçəcək?
  • Dünən, 17:23
    Jezuşdan sürpriz ''Fənərbaxça'' açıqlaması - ''Tamamlanmayan bir hekayəm var''
Daha çox
Oxunub: 306
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 258
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 245
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 244
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 213
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 205
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə