“Sabah”a dəstək formulu: 10+100…

26.07.2023 12:22 242
Aktual / Konfrans Liqası
Bu gün Konfrans Liqasında ilk oyuna çıxan "Sabah" Latviyaya 10 fəal azarkeşini də aparıb. Bəs "bayquşlar" RFŞ ilə oyunda Latviyada yaşayan soydaşlarımızında dəstək görəcəkmi?

“Football-plus.az” bu sualı aydınlaşdırmaq üçün klubun sözçüsü Elnur Həmidova müraciət etdi:

"Bildiyiniz kimi Bakıdan 10 azarkeşlə gəlmişdik. Latviyadakı soydaşlarımız da bizi tək buraxmayacaq. Təxminən 100-ə yaxın azərbaycanlı Yurmaladakı stadiona gələcək".


ABDULLA İSMAYILOĞLU