“Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.
"Football-plus.az" “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.
Onlar Bakı vaxtı ilə saat 21.00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi”yə müraciət etməlidirlər.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.