• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Klaksvik” nağılı nə qədər davam edəcək?

Dünya futbolu

11-08-2023, 22:0

Milyonların böyük rol oynadığı müasir futbolda bəzən nağıl kimi görünən hadisələr də baş verir.

"Football-plus.az" xəbər verir ki, etiraf edək ki, maliyyə imkanları zəif olan bir kollektivin sürpriz etməsi və özündən qat-qat güclülüləri yenməsi həmişə futbola əlavə gözəllik qatır. Bu yazıda son bir aydakı performansı ilə bütün Avropanı mat-məəttəl qoyan “Klaksvik” haqda danışacağıq. ÇL-də artıq “Ferentsvaroş” və “Həken” kimi rəqibləri mübarizədən kənarlaşdıran bu klub srağagün 3-cü təsnifat mərhələsinin ilk oyununda “Molde”ni də məğlub etdi. Yeri gəlmişkən, xatırladaq ki, “Molde” səddini də aşacağı təqdirdə “Klaksvik” həlledici pley-offda “Qalatasaray”la qarşılaşa bilər...

İlk qurban Çerçesov oldu
Bəlkə də “Klaksvik”in builki macərası barədə nə vaxtsa film çəkiləcək. Çünki komanda həqiqətən gözəl bir ssenariyə səbəb ola biləcək şeylər edir. Əvvəlcə qeyd edək ki, 20 min əhalisi olan paytaxt Torshavndan sonra Klaksvik Farer adalarının ən böyük 2-ci şəhəridi. Balıqçılar şəhəri olan Klaksvikin cəmi 5 min əhalisi var. Komandanın ev oyunlarını keçirdiyi “Vid Dyupumirar” stadionu şəhər əhalisinin yarısından bir qədər çox - 2600 azarkeş tutumuna malikdi. Hərçənd stadionda cəmi 530 oturacaq var! 118 illik tarixi ərzində “Klaksvik” 20 dəfə ölkə çempionluğunu qazanıb. Amma çempionluq sayına görə “Torshavn”dan 4 titul geridədi. Komandanın illik büdcəsi 1,15 milyon avro, heyətinin dəyəri isə cəmi 2,68 milyon avrodu! Bu mövsümə qədər “Klaksvik”in Çempionlar Liqası çərçivəsində cəmi bir qələbəsi var idi. Təbii ki, söhbət təsnifat mərhələsindən gedir. Ötən mövsüm bu kollektiv 1-ci təsnifat mərhələsində Norveçdə “Bude/Qlimt”ə 0:3 yenildikdən sonra öz meydanında sensasiyalı şəkildə 3:1-lik qələbə qazansa da, bu, mərhələni adlamaq üçün kifayət etməmişdi. Builki ÇL-in 1-ci mərhələsində ilk baxışdan “Klaksvik” – “Ferenstvaroş” dueli heç bir maraq və intriqa vəd etmirdi. Heyətinin dəyəri 53,4 milyon avro olan, təcrübəli Stanislav Çerçesovun çalışdırdığı komandasının problem yaşamadan mərhələni adlayacağı güman olunurdu. Amma Macarıstan çempionu səfərdəki qolsuz bərabərlikdən sonra evdə 0:3 uduzmaqla tarixi fiaskoya yaşadı. Bilindiyi kimi, Çerçesov da həmin məğlubiyyətdən dərhal sonra istefaya göndərildi. Qeyd edək ki, “Klaksvik” daha öncə bir dəfə ÇL-in təsnifatında mərhələ adlamağa müvəffəq olub. Amma bu, daha çox koronavirus sayəsində baş vermişdi. 2020-də “Slovan” meydana buraxmağa 11 oyunçu tapmadığından 1-ci təsnifat mərhələsində məhz “Klaksvik”lə oyunda bratislavalılara 0:3 hesablı texniki məğlubiyyət verildi. “Klaksvik” özü isə sonrakı mərhələdə “Yanq Boyz”a boyun əydi.

Balıqçı, bank işçisi, mühasib, dülgər, suvaqçı...
“Klaksvik”in heyrət doğuran heyəti barədə bir qədər sonra danışacağıq. Hələlik isə bu uğurun memarı olan baş məşqçi Maqne Xoset barədə azacıq danışaq. Ona görə azacıq ki, çox danışmalı heç nə yoxdu. Çünki bu, onun müstəqil məşqçi kimi ilk işidi! 42 yaşlı norveçlinin futbolçu karyerasında qeyri-adi bir şey olmayıb. O, uzun illər “Molde”də, eləcə də Norveçin başqa klublarında çıxış edib. Bir mövsüm isə “Kopenhagen”də top qovub. 2001-10-cu illərdə şərəfini qoruduğu Norveç yığmasında 22 oyun keçirib və 1 qol vurub. 2019-da məşqçiliyə başlayan və 3 il Norveçin aşağı liqa təmsilçisi “Kritsiansun”da köməkçi məşqçi kimi çalışan Xoset ötən il “Klaksvik”dən gələn təklifi düşünmədən qəbul etdi. İlk cəhddəcə komandanı çempion edərək bu il ÇL-in təsnifat mərhələsində oynamaq haqqı qazandı.
“Klaksvik” möcüzəsini bu qədər dəyərli edən məqam odu ki, heyətdəki oyunçuların bir çoxu peşəkar futbolçu deyil! Onların əsas gəlir mənbəyi başqa sahələrdi. Komandada həm balıqçı, həm bank işçisi, həm mühasib, həm dülgər, həm də suvaqçı var! Bu siyahını uzatmaq da olar. Məsələn, 33 yaşlı müdafiəçi Odmar Farö gəmiqayırma sahəsində çalışır. Kapitan Yakup Andreasen isə elektrik işləri ilə məşğul olur. Müxtəlif peşə sahiblərini bir yerə toplamaqdan ötrü məşqlər, adətən, axşam saatlarına təyin olunur.

4 ay öncə elektrik işləyən qapıçı xarüqələr yaradır
İndi isə “Klaksvik”in 2-ci təsnifat mərhələsindəki sərgüzəştlərindən və burdakı əsas qəhrəmanından danışaq. Bu mərhələdə rəqib İsveç təmsilçisi “Həken” idi. Ötən il tarixinin ilk çempionluğunu qazanan bu kollektivin heyətinin dəyəri 23,1 milyon avrodu. Bu duel maksimal dərəcədə gərgin keçdi. Farer adalarındakı ilk oyun qolsuz yekunlaşdı. İsveçdəki cavab görüşünün əsas vaxtı 2:2-lik bərabərliklə bitdi. Əlavə vaxtda tərəflər hərəyə 1 qol vurunca qalib penalti seriyasında müəyyənləşdi. Seriyada hesab 3:3 olarkən qapıçı Yonatan Yohansson Simon Sannberqin zərbəsini dəf etdi. Ardınca Veqard Forren zərbəni dəqiq yerinə yetirərək “Klaksvik”i 3-cü təsnifat mərhələsinə daşıdı. “Həken”lə cavab oyununa qədər keçirdiyi 3 görüşün heç birində qol buraxmayan və bu matçlarda 9 seyv edən Yohansson barədə komandadan ayrıca bir sənədli film çəkmək olar. Təkcə bir faktı vurğulayaq ki, 31 yaşlı isveçli əlcək sahibi peşəkar karyerasını 2 il öncə (!) başa vurmuşdu. 2011-20-ci illər aralığında o, İsveç və Norveçin aşağı liqa klublarında var-gəl edirdi. Karyerasını bitirdikdən sonra, sadəcə, vaxtını xoş keçirmək naminə Norveçin 5-ci divizion təmsilçisi “Mayorstuen”də müdafiəçi (!!!) kimi oynamağa başlamışdı. İyunun əvvəllərində artıq haqqında bəhs etdiyimiz baş məşqçi Maqne Xoset gözlənilmədən Yonatana zəng vuraraq onu komandaya dəvət etdi. Qapıçı həmin vaxt ailəsi ilə birlikdə Yunanıstanın Rodos adasında tətildə idi. Ortaya sual çıxır ki, onlar bir-birini hardan tanıyır? Xosetlə Yohanssonun yolu 2016/17-də Norveçin aşağı liqa təmsilçisi “Nutodden”də kəsişib. Xoset həmin vaxt yavaş-yavaş karyerasını başa vururdu. Yohanssonu dinləyək: “Xoset məndən komandaya qoşulmaq istəyib-istəmədiyimi soruşdu. Təəccübləndim və ona son iki ildə normal futbol oynamadığımı dedim. Amma bu, onun üçün problem yaratmadı. Xosetə, sadəcə, avrokuboklarda etibar edə biləcəyi bir qapıçı lazım idi. Qalanını isə özünüz bilirsiz”.
Əslində “Klaksvik”in əsas qapıçısı Markus Pettersendi. Amma o, maydan bəri zədəsini sağaltmaqla məşğuldu. Heyətdəki digər qapıçılar isə hətta Farer adaları çempionatı üçün belə təcrübəsizdi. Ona görə də Yohansson əsas qapıçıya çevrildi: “Ferentsvaroş” üzərində qələbədən sonra göz yaşlarımı saxlaya bilmədim. Çünki cəmi 4 ay öncə harda olduğumu xatırladım. Həmin vaxt mən Osloda yerləşən elektroenerji şirkətində işləyirdim. İndi isə Budapeştdə 20 min azarkeşin alqış sədalarını eşidirdim. Baxmayaraq ki, biz onların komandasını məğlub etmişdik. Paltardəyişmə otağında Xosetlə birlikdə ağlamağa başladıq. Bəzən bunlar mənə yuxu kimi gəlir və düşünürəm ki, hələ də Rodos adasında tətildəyəm”. Yeri gəlmişkən, iyunda Yohanssonla cəmi 3 aylıq müqavilə imzalandığından onun müqavilə müddəti avqustun sonunda başa çatır. “Klaksvik”in ən azı Konfrans Liqasının qrup mərhələsini özü üçün təmin etdiyini nəzərə alsaq, nağılın davam etməsi üçün bu qapıçı ilə mütləq yeni müqavilə imzalamaq lazım olacaq.

175 min avroluq qəhrəman
Keçək 3-cü mərhələyə. Burda rəqib Norveç çempionu “Molde”di. Yeri gəlmişkən, bu gözəl nağıla baxmayaraq, “Klaksvik” yavaş-yavaş stadion problemi yaşamağa başlayır. “Vid Dyupumirar”ın azarkeş tutumu o qədər azdı ki, orda oyun keçirmək avrokubok qaydalarına ziddi. ÇL-in 3-cü təsnifat mərhələsində 3-cü kateqoriyalı, yəni ən azı 4,5 minlik tutuma malik stadion tələb olunur. Bu da son deyil. Az öncə qeyd etdiyimiz kimi “Klaksvik” ən azı KL-in qrupunu özü üçün təmin edib. Orda oynamaq üçün isə 4-cü kateqoriyalı, yəni ən azı 8 minlik arena tələb olunur. Farer adalarında, ümumiyyətlə, belə stadion yoxdu! Paytaxt Torshavnda yerləşən iki ən böyük stadion uyğun olaraq 6 və 5 minlikdi. Bu stadionlarda ölkənin əsas yığması oyunlarını keçirir. Bəlkə də UEFA “Klaksvik”ə güzəşt edəcək. Çünki “Vid Dyupumirar” həqiqətən də çox gözəl mənzərəsi olan staiondu. Əks təqdirdə komanda ev oyunlarını Danimarkada keçirməli olacaq. Bunun üçün hər dəfə 1400 km yol qət etmək lazım gələcək. “Molde” ilə oyun Torshavnda keçirildi və stadionda boş yer yox idi. Maraq üçün “Molde”nin heyətinin dəyərinin 25,5 milyon avro olduğunu bildirək. Əvvəlki iki ev oyunundan qolsuz bərabərliklə ayrılan “Klaksvik” bu dəfə çətinə düşdü. Fasilədən dərhal sonra qonaqlar hesabı açdılar. Düşünmək olardı ki, bununla da bu gözəl nağıl yekunlaşacaq. Amma sonrakı dəqiqələrdə meydanda yenə möcüzəvi və heç bir məntiqi izahı olmayan şeylər baş verməyə başladı. Arni Frederiksberq 64-cü və 86-cı dəqiqələrdə 2 qol vuraraq yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı! “Ferentsvaroş” və “Həken”in ardından “Molde” ilə görüşdə də dubl edən və bu mövsüm ÇL-in təsnifatında artıq hesabında 6 qol olan 31 yaşlı vinger barədə də bir qədər geniş danışmağa dəyər. Bəribaşdan vurğulayaq ki, “transfermarkt”də onun dəyəri cəmi 175 min avro göstərilib! Ümumiyyətlə, bu portala inansaq, “Klaksvik”in heyətində ən dəyərli oyunçu 300 min avroluq yarımmüdafiəçi Hallur Hanssondu. Sizi heyrətə gətirəcək bir faktı da əlavə edək ki, “Klaksvik” indiyə qədər heç vaxt pul qarşılığında oyunçu transfer etməyib!

“Molde” ilə cavab oyununu səbirsizliklə gözləməyə dəyər
Frederiksberq barədə onu deyək ki, daha öncə iki mövsüm “Torshavn”da oynamış və 2020-dən bəri “Klaksvik”in şərəfini qoruyan futbolçunun əsl işi bankla bağlıdı. O, gününü səhərdən axşama qədər işlədiyi bankın ofisində keçirir. Frederiksberqin sosial şəbəkədəki səhifəsinə baxsaz, orda futbolla bağlı, demək olar, heç nə yoxdu. Yalnız profilində uşağı və qazandığı medalla birlikdə stadionda çəkilmiş şəkli var. Özü haqqında məlumatda isə indiyə qədər iki fərqli bankda işlədiyi qeyd olunub. Bankçılıq sahəsinə gələnə qədər o, Farer adalarında balıqların yetişdirilməsi ilə məşğul olan bir şirkətdə çalışırmış. İndi təsəvvür edin ki, adi bir bank işçisi komandasını ÇL-də çiynində daşıyır. Daha bir qəribə məqam odu ki, Frederiksberq 2019-dan bu yana yığmaya çağırılmır. O, indiyə qədər Farer adalarının heyətində keçirdiyi 10 matçın heç birində qol vurmayıb.
Bir-iki cümlə də təcrübəli norveçli müdafiəçi Veqard Forren barədə söyləyək. “Klaksvik”in müdafiəsinin dirəyi sayılan 35 yaşlı futbolçu vaxtilə “Sauthempton” fanatları tərəfindən klub tarixinin ən pis transferi hesab olunmuşdu. Forren 2013-ün yanvarında İngiltərəyə yollanmışdı. Amma o qədər zəif təsir bağışlamışdı ki, bir rəsmi oyuna belə çıxmadan bir neçə ay sonra ayrılmalı olmuşdu. Xosetlə Forren dostdu. Onlar vaxtilə “Molde”də birlikdə top qovub. Özü də Ole-Qunnar Sulşerin rəhbərliyi altında. Ona görə də “Molde”yə qarşı duel onların hər ikisi üçün prinsipialdı. İndi deyin görək, “Molde”yə qarşı cavab oyununu səbirsizliklə gözləməyə dəyər, ya yox?!

P.S. Ötən mövsümün gedişində Kriştiano Ronaldonun “Mançester Yunayted”dən qalmaqallı şəkildə ayrılmasını, yəqin ki, xatırlayırsız. Həmin vaxt bu ayrılıqla bağlı ilk xəbərlər mətbuatda peyda olan kimi “Klaksvik” “Qızıl top”un beşqat qalibi uğrunda “mübarizəyə qoşuldu”. Belə ki, Farer adaları klubu Ronaldoya ölkədəki ən yaxşı 20 qoyunu təklif etdi və “ondan cavab gözləyirik” paylaşımını etdi. Kriştiano bu təklifi qəbul etsəydi, indi ÇL-də oynayırdı...

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-07-2023, 22:0

Rusiyalı məşqçi istefaya göndərildi

Çempionlar Liqası

20-07-2023, 17:0

Çerçesov qovulsa da, yenə "Qarabağ"dan danışdı

Dünya futbolu

20-07-2023, 12:0

Çerçesov biabırçı məğlubiyyətdən sonra dərhal qovuldu

Çempionlar Liqası

9-08-2023, 09:0

Çempionlar Liqasında 6 matç keçirilib - YENİLƏNİB

Çempionlar Liqası

20-07-2023, 10:0

Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri

Çempionlar Liqası

24-07-2023, 10:0

"Qarabağ"ın ÇL-in 3-cü mərhələsindəki potensial rəqibi müəyyənləşir

Aktual
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
Son xəbərlər
  • Bu gün, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Bu gün, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:38
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" "Sabah"a qarşı - YENİLƏNİR
  • Bu gün, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Bu gün, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Bu gün, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Bu gün, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Bu gün, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Bu gün, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Bu gün, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Bu gün, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Bu gün, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
  • Bu gün, 12:56
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 12:25
    Yunanıstanın ən prinsipial oyununu türkiyəli hakim idarə edəcək
  • Bu gün, 11:54
    Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
  • Bu gün, 11:23
    Flik niyə tələsmir?
  • Bu gün, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Bu gün, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Bu gün, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 238
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 206
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 181
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 144
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 143
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 142
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə