• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymarın mümkün dönüşü fikir ayrılığı yaradıb

Dünya futbolu

11-08-2023, 18:0

Kilian Mbappe ilə Harri Keynin ardından, deyəsən, bu yayın daha bir transfer dastanı yazılmaq ərəfəsindədi.

"Football-plus.az" xəbər verir ki, artıq zənn etdiyiniz kimi, söhbət PSJ-nin braziliyalı hücumçusu Neymardan gedir. “Barselona”ya onu “rənglərinə bağlamağın” təklif olunduğunu qəzetimizin ötən sayında xəbər vermişdik. Neymar birmənalı şəkildə Kataloniya paytaxtına dönmək istəyir və artıq bu arzusunu PSJ-nin prezidenti Nasser Əl-Xelayfiyə də çatdırıb.

İş ondadı ki, “Barselona”da ünlü hücumçunun transferinə münasibət birmənalı deyil. Klub rəhbərliyində təmsil olunanların bu məsələ ilə bağlı fikirləri haçalanıb. Baş məşqçi Xavi Neymarın dönüşünün əleyhinə çıxış edir. Məşqçi və onun korpusu braziliyalının futbolçu keyfiyyətlərinə şübhə etməsə də, komandadakı ailə atmosferini pozacağından qorxurlar. Xuan Laporta isə tam əks mövqedədi: prezident hücumçunun “blauqrana”ya dönüşünün tərəfdarı kimi çıxış edir. “SPORT” nəşrinin yazdığına görə, yaxın günlərdə Xavi ilə Laporta bir araya gələrək PSJ-nin ulduzunun transferini müzakirə edəcək. Hətta prezident baş məşqçini bu transferin məqsədəuyğunluğuna inandırsa belə, Neymarın maaşı və keçid məbləği ciddi maneə ola bilər. Axı Paris klubu braziliyalıya görə 50-80 milyon funt qazanmaq istəyir. “Barselona”nın maliyyə problemləri isə kiçikdən-böyüyə hər kəsə məlumdu.

Hər halda, kataloniyalılar maraqlı çıxış yolu tapıb. “Diario Sport”dan olan həmkarlarımıza inansaq, Neymar Yaxın Şərq tranziti ilə Kataloniyaya təşrif buyura bilər. Pini Zahavinin üzərində işləyəcəyi sxem sadədi: Səudiyyə Ərəbistanından olan klub PSJ-nin hücumçusunu alır və onu birilliyə “Barsa”ya icarəyə verir. Ancaq əvvəlcə Laporta ilə Xavi bu mövzuda razılığa gəlməlidi. Təbii ki, prezident baş məşqçinin razılığını almadan bu sövdələşmənui həyata keçirməyəcək.

Yeri gəlmişkən, Xavi bu haqda dolaşan xəbərlərə çox maraqlı reaksiya verib: “Burda məndən heç nə asılı deyil. Ötən il artıq başqa klubdan olan futbolçunun soyadını səsləndirdim, məndən küsdülər. Baxaq görək “transfer pəncərəsi” bağlanana qədər nə olur”.

Futbolçunun atası və agenti Neymar da Silva isə günahı Fransanın məşhur idman nəşrinin üzərinə atıb: “Mən olmayan xəbəri təsdiq edə bilmərəm. Bu qəzetin adı “L’Equipe” yox, “L’Efake”di”.

Bu arada PSJ də heyətini yeni futbolçu ilə gücləndirib. Sanki Mbappe ilə Neymardan sonrakı dövrə hazırlaşırlar. Paris təmsilçisi Portuqaliya yığmasının və "Benfika"nın hücumçusu Qonsalo Ramuşu icarəyə götürüb. 22 yaşlı forvardla birillik müqavilə imzalanıb. İddiaya görə, PSJ gələn ilin yayında gənc oyunçunu 80 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər. Qeyd edək ki, Ramuş indiyədək "Benfika"nın heyətində 105 oyuna 41 qol vurub və 6 məhsuldar ötürmə verib. O, ötən mövsüm Lissabon təmsilçisinin heyətində Portuqaliya çempionu olub. Hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında 4 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

“Barselona”nın düşərgəsindən daha bir maraqlı xəbər gəlib. Rafinya gələn mövsüm 11 nömrəli futbolka ilə oynamaq istəyir. Ötən yay “Lids”dən “Barsa”ya keçən viner 22 nömrəli formanı götürmüşdü, ona görə ki, arzuladığı 11 Ferran Torresə məxsus idi. 11 nömrəli formasının braziliyalı üçün əhəmiyyəti böyükdü. O, Portuqaliyada iki mövsüm həmin nömrəni daşıyıb, “Gimarayeş”də keçirdiyi karyerasının ən məhsuldar mövsümündə 18 qol vurub və 6 məhsuldar ötürmə verib. Rafinya milli komandada da 11 nömrəli forma altında çıxış edir.

Ferran Torres isə hələ də Usman Dembeleyə məxsus olan 7 nömrəli futbolkanı götürmək istəyir. Fransalı PSJ-yə keçməyə razılıq verib, ancaq belə görünür ki, “Barselona” onu heyətində saxlamağa çalışır. 26 yaşlı futbolçunun bu yay gedib-getməyəcəyi, deməli, Torresin də arzuladığı nömrəyə qovuşub-qovuşmayacağı hələ bilinmir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Neymar növbəti dəfə “Barsa”ya təklif olunub

Dünya futbolu

11-05-2023, 00:0

Neymarın yolu yalnız İngiltərəyədi?

Dünya futbolu

11-05-2023, 19:0

Neymarın yolu haradı?

Dünya futbolu

18-08-2022, 22:0

Ramos Mbappe ilə Neymarı barışdırdı

Dünya futbolu

27-07-2023, 18:0

Mbappe Parisə gələn ərəblərlə görüşməkdən imtina etdi

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə