• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” Mutunun çempionatda debütünü korladı - REPORTAJ

Premyer-liqa / Reportaj

8-08-2023, 15:0

Gəncədə günorta saatlarında, özü də kölgədə 40 dərəcə isti var idi.

Oyunun saat 17.00-a salındığını nəzərə alsaq, hər iki komandanı çətin anlar gözləyirdi. Belə rütubətli havada futbol oynamaq böyük cəsarət tələb edirdi. Lakin bu Azərbaycan derbisi idi, mütləq keçirilməliydi. Havanın hərarəti azarkeşlərə mane olmamışdı. Düzdü, protokolunda 2995 azarkeş göstərilib, amma tribunalarda ən azı 4500 nəfər olardı.

"Football-plus.az" xəbər verir ki, bu görüşdə qələbə hər iki komanda üçün vacib idi. Azər Məmmədov məşqçi kimi özünü sübut etməliydi. Yeni çalışdırıcı Tərlan Əhmədovun sistemini dəyişməmişdi. 4-lü müdafiədən yararlanan gəncəli məşqçi, sadəcə, Elnuru sol cinah vingeri, Martinsi isə pleymeyker kimi oynadırdı. Mate və Şuaybu öz mövqeyində çıxış edirdi. Gəncəli futbolçular xırda ötürmələrlə rəqibi önə çəkərək müdafiənin arxasına uzun toplar göndərirdilər . Hücum xəttində sürətli futbolçuların varlığı Azər Məmmədovun bu taktikasının işə yaramasına səbəb olurdu.

“Neftçi”də isə heyət baxımından böyük dəyişikliklər olmamışdı. Qara Qarayev yeni komandasında debüt edirdi, Rəhman isə Sayefin əvəzinə ilk “11- lik”də yer almışdı. Mutu hücumun sivri ucunda yenə Ozobiçə güvənmişdi. Eddinin zədələnməsi işləri korlamışdı. Əslində baş məşqçi Caberə istirahət vermək niyyətində idi. Lakin milli üzvünün sıradan çıxması Mutunun planlarını alt-üst etdi. Azər Əliyevin yoxluğunda Salahlı onu əvəz edirdi. “Neftçi” oyun baxımından “Jelezniçar”la matçlarda sınadığı sistemə sadiq idi. Ya Eminin açar ötürmələrindən sonra Ozobiç müdafiənin arxasına sıçrayırdı, ya da vingerlər cinahlardan hücum qurmağa cəhd göstərirdi. “Qarabağ”ın ilk turda “Zirə”yə uduzması Mutunun iştahını qabartmışdı. Rumın mütəxəssis çempionata qələbə ilə başlamaq istəyirdi. Amma sən saydığını say, gör fələk nə sayır…

Oyuna meydan sahibləri daha istəkli başladı. Düzdü, gəncəlilərdə həyəcan hiss olunurdu. Amma komanda sadə oyun tərzi ilə “Neftçi”yə başağrı olmağa çalışırdı. “Neftçi”də isə yorğunluq hiss olunurdu . Çünki “ağ-qaralar” 3 gün öncə “Jelezniçar”la çətin oyun keçirmişdi . Hiss olunurdu ki, “ağ-qaralar” tam özünə gələ bilməyib. Bəli, komandaların üzvləri arasında keyfiyyət fərqi açıq-aşkar hiss olunurdu . Amma “Kəpəz” kollektiv şəklində “Neftçi”dən daha yaxşı təsir bağışlayırdı . Azarkeşlərin möhtəşəm dəstəyi gəncəliləri daha da ruhlandırırdı. Martins, Mate və Şuaybu tiosu sürətli reydlərlə Azərlə Ömərə çətin anlar yaşadırdı. Onsuz da yorğun olan bu futbolçular müəyyən zamanlarda sərt müdaxilələr etməyə məcbur olurdu. Belə məqamlardan biri 44-cü dəqiqədə yaşandı. Azər cərimə meydanında heç nədən Ehtirama qarşı qaydanı pozdu. Tural Qurbanov dərhal “nöqtə”ni göstərdi. Referinin bu qərarı Gəncədə toy-bayram kimi qeyd olundu. Topun arxasına keçən Mate Brkiçi asanlıqla məyus etdi.

Mutu fasilədən sonra Sayeflə Boqomolskini oyuna qoşdu. Rumıniyalı mütəxəssis hücum xəttindəki passivliyi aradan qaldırmağa çalışırdı. Lakin gəncəlilər tam gücü ilə müdafiə olunurdu . Bu o demək deyil ki, Azər Məmmədovun komandası qapı önündə “avtobus qurmuşdu”. İkinci hissədə “sarı-göylər” də hücumlar qururdular. Elnur, Martins, Şuaybu və Mate hərəyə bir dəfə fərqlənmək imkanı qazandı. Sona yaxın “Neftçi” təzyiqi daha da artdırdı. Artıq gəncəlilərdə yorğunluq hiss olunurdu. “Kəpəz”in məşqçilər heyəti son dəqiqələrdə müdafiə haqda düşünməyə başladı. Bu da işə yaradı. Cari mövsümün ilk Azərbaycan derbisində “Kəpəz” qələbə qazandı.

Maraqlıdı…
* “Kəpəz” ölkə çempionatı tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşdü. Yalnız “Qarabağ”la “Neftçi” daha çox fərqlənib. Gəncə klubu həm evdə, həm də ümumiyyətlə, ölkə çempionatında ilk qoluna 1992-ci il mayın 3-də imza atıb. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.
* Adrian Mutu ölkə çempionatı tarixinə 61-ci legioner baş məşqçi kimi düşdü. O, premyer-liqa tarixində 4-cü rumıniyalıdı. Mirça Rednik, Dorinel Muntyanu və Laurentsiu Regekampf da Azərbaycan çempionatında çalışıb. Mutu “Neftçi”nin tarixində 6-cı əcnəbi mütəxəssisdi. Ona qədər Anatoli Demyanenko, Hans-Yürgen Gede, Vlastimil Petrjela, Roberto Bordin və Regekampf “ağ-qaralar”a rəhbərlik edib.

Gözdən qaçmadı
* Yeni fəaliyyətə başlayan “Neftçi” Azarkeşləri Dərnəyinin İdarə Heyətinin üzvləri komandanı tək buraxmamışdı.
* Oyunun başlamasına 5 dəqiqə qalsa da, hələ də kassalarda bilet alanlar var idi.
* Oyunun protokolunda Eddi İsrafilovun adı ilk “11- lik”də yer alsa da, meydana çıxanlar arasında yox idi. O, oyunöncəsi məşqdə ayağında ağrılar hiss etdiyindən adı iştirak ərizəsindən çıxarılmışdı.
* Məşhur “ Bacanaqlar” serialında Məhəbbət obrazını canlandılan aktyor və rejissor Ramin Hacıyev də oyunu izləyənlər arasında idi.
* Penalti epizodunda “Kəpəz”li futbolçular zərbəni yerinə yetirmək uğrunda mübahisə etdi. Sonda məşqçilər korpusunun qərarı ilə Mate topun arxasına keçdi.
* 2-ci hissədə azarkeşlər qəzalı tribunada dayanaraq oyunu izləyirdilər. 70-ci dəqiqədə polis onlara yaxınlaşaraq aşağı sıralara doğru getmələrini tələb etdi.
* Oyun bitəndən sonra “Kəpəz” futbolçuları “Gəncədən gəlirəm” mahnısının sədalarında qələbəni qeyd etdilər.
* Qələbəyə görə ən çox sevinən şəxslər İdarə Heyətinin sədri İlqar Nadiri ilə icraçı direktor Mehman Allahverdiyev idi. Veteran futbolçu gənc idarəçini qucaqlayıb öpdü.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-09-2022, 17:0

Gəncəli azarkeşlərin Tovuz planı

Premyer-liqa / Reportaj

13-03-2023, 14:0

“Kəpəz” – “Zirə” matçında nələr yaşandı? - REPORTAJ

Ölkə futbolu / Manşet

3-09-2022, 19:0

AFFA “Kəpəz”i Tərlan Əhmədova tapşırır

Aktual / Ölkə futbolu

10-06-2023, 23:0

"Xəmsə" Tərlan Əhmədovun "Kəpəz"dən ayrılmasına reaksiya verdi

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 137
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə