Mahir Emreli şou göstərdi, komandası qələbə qazandı - VİDEO

30.07.2023 02:24 2 002
Dünya futbolu / Manşet
Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olan Mahir 57-ci dəqiqədə də özü fərqlənib.

Son Xorvatiya çempionu olan “Dinamo” 2 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.

Oyunun icmalını təqdim edirik: