• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mircavadov yalnız “Qəbələ” haqda ehtiyatlı danışdı: “Neftçi”nin müdafiəsində ciddi problemlər var”

Manşet / Avrokuboklar

31-07-2023, 20:0

Ötən həftə təmsilçilərimiz avrokubok oyunlarını keçirdi.

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakuv"un qonağı oldu. "Sabah", "Qəbələ" və "Neftçi" isə Konfrans Liqasının 2-ci mərhələsindən mübarizəyə qoşuldu. Son çempion səfərdə gözlənilmədən məğlub oldu. "Bayquşlar" qapısını toxunulmaz saxlamaqla RFŞ-yə 2 qol vurub Bakıya qayıtdı. "Qəbələ" doğma meydanda “Omoniya”ya məğlub oldu. "Neftçi" isə Sarayevoda son dəqiqələrdə Rəhman Hacıyevin qoluyla "Jelezniçar"a şok yaşatdı. Növbəti həftə cavab oyunları keçiriləcək. Təmsilçilərimizin ilk oyundakı çıxışı və ümumilikdə şansları haqda Ağasəlim Mircavadovun fikirlərini öyrəndik.

Rakuv – Qarabağ 3:2
"Qarabağ" həmişə ilk mərhələlərdə çətinlik çəkir. Amma "Rakuv"la oyun göstərdi ki, komandada müdafiə və qapı xəttində ciddi problemlər və qarşılıqlı anlaşmazlıq var. Məhz bu üzdən "Qarabağ" qollar buraxdı. Şahruddin yenə eyni səhvləri etdi. Tənqid etməklə mən heç də onun zəif qolkiper olduğunu demək istəmirəm. Şahruddin işgüzarlığı ilə seçilir. Zərbələrə reaksiyası, cəldliyi, ayaqla oynaması üstünlükləridi. Amma çıxışlarda səhvi və hədsiz istəkli olması nöqsanlarıdı. Bəli, millimizin "1 nömrə"si məhz çox istəkli olmağın qurbanı olur. O, bunun üzərində çalışmalıdı. Adətən, qapı xəttində müdafiəçilərlə yaxşı əlaqə qurmağı bacaran və onların arxayın olduğu "əlcək sahibi”nə etimad göstərirlər. Yəni qapıda təcrübəli qolkiper olanda müdafiəçilər daha rahat oynayır. Ona görə də hər dəfə qapıda rotasiya etmək riskdi. Məhz buna görə Qurban Qurbanov Şahruddinə daha çox güvənir. Amma onun səhvləriylə bağlı ölçü götürülməlidi. Əminəm ki, Qurban müəllim də bunu yaxşı bilir. Təbii ki, Ramil Şeydayevlə Musa Qurbanlının komandanı tərk etməsinin də təsiri var. Kadi Borgesin hələ onlardan öncə Rusiyaya üz tutması "Qarabağ"da oyun quruculuğuna xeyli təsir etmişdi. Millimizin iki üzvünün də gedişi ən azı 2-3 ay özünü göstərəcək. Biz məşqçilər buna “pauza” deyirik. Amma "köhlən atlar"ın gücünə və avrokubok təcrübəsinə inanırıq. Polşa təmsilçisi keçilməz rəqib deyil. Onların da müdafiəsində ciddi boşluqlar var. Bunun nəticəsidi ki, 4 dəqiqəyə Cica onları iki dəfə məyus etdi. Bakıdakı oyunda Ağdam təmsilçisinin vinger və cinah müdafiəçilərinin üzərinə çox iş düşəcək. Məhz onların sürətli reydləri sayəsində "Rakuv"u məyus etmək olar. Təbii ki, "Qarabağ" öncəliklə qapısının toxunulmazlığını təmin etməlidi. İnanıram ki, cavab matçıda sevinən tərəf "köhlən atlar" olacaq.

RFŞ – Sabah 0:2
"Sabah" avrokuboklarda debüt edirdi. Ona görə də tam gücünü ortaya qoya bilmədi. RFŞ daha yaxşı çıxış etdi. Riqa təmsilçisi "Sabah"ı maksimum təzyiq altında saxladı. "Bayquşlar" isə müdafiəfə etibarlı oynamaqla əks-hücumlara bel bağlamışdı. Onların bu taktikası özünü doğrultdu. Murad Musayevin yetirmələri məhz əks-hücumdan qollar vurdu. Ümumilikdə "Sabah"ın ilk dəfə qitəmiqyaslı yarışlarda iştirak etdiyini nəzərə alsaq, pis çıxış etmədi. Amma Masazır təmsilçisi hələ istədiyi “rels”ə düşə bilməyib. Oynadıqca “artıracaqlar”. "Sabah" inanmıram ki, səfərdə qazandığı uğurlu nəticəni əlldən versin. Bakıda ehtiyatla oynamaqla mərhələ adlayacaqlar.

Qəbələ - Omoniya 2:3
"Qəbələ" əsas heyət üzvlərini itirməyin əziyyətini çəkdi. Yeni transferlər hələ komandaya tam uyğunlaşmayıb. Buna rəğmən, onlar alışdığımız şən, kreativ futbol oynadılar. Təbii ki, rəqib də avrokuboklarda yetərincə təcrübəsi olan "Omoniya"dı. Buna rəğmən, “qırılma nöqtəsi” hakimin penalti təyin etməsi oldu. Epizoda baxanda penaltiyə oxşamır. Düşünürəm ki, referi bölgə təmsilçisinə münasibətdə haqsızlıq etdi. Həmçinin Allaşın cərimə meydanşasında ayağına müdaxilə olsa da, hakimin fiti susdu. Amma "Qəbələ" döyüşdü. Elmar Baxşıyevin yetirmələri baxımlı qollar vurdu, rəqib isə standart vəziyyətlərdən fərqləndi. "Qəbələ" premyer-liqada yalnız doğma publika önündə yox, səfərdə də kreativ futbol sərgiləyir. Odu ki, onların hələ də mərhələ keçmək şansları var. Təbii ki, büdcədən də çox şey asılıdı. Necə deyərlər, keyfiyyətli oyunçu almaq üçün cibə baxmaq lazımdı. Məhdud büdcəyə malik "Qəbələ" istədiyi oyunçuları ala bilmir. Amma imkan olsaydı, "qırmızı-qaralar"a bir təcrübəli qapıçı lazımdı.

Jelezniçar – Neftçi 2:2
"Neftçi"nin səfərdən uğurlu nəticə ilə döndüyünü demək olar. Əslində "Jelezniçar" heç də fiziki cəhətdən üstün deyil. Rəqib, sadəcə, təmsilçimizin müdafiədəki boşluqlarından istifadə etməklə qollar vura bildi. "Ağ-qaralar" orta xətdə və hücumda daha yaxşı çıxış edir, top saxlayır, təzyiq göstərir. Amma müdafiədə ciddi problemləri var. Arxa xətdəki boşluqlarla bağlı tədbir görülməlidi. Mənim üçün qaranlıq qalan Ömər Buludovun yeni transfer, hazırlığı aşağı olan Koffi ilə əvəzlənməsi və ikincinin qısa müddətdə sıradan çıxması oldu. Amma "Neftçi"nin Bakıda daha baxımlı futbol sərgiləyərək mərhələ keçəcəyini düşünürəm. Rəhman Hacıyevin son dəqiqilərdə vurduğu qələbəyə bərabər qol cavab oyunu və növbəti mərhələyə keçmək üçün stimul olmalıdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

20-07-2023, 10:0

"Rakuv" - "Qarabağ": Hakim təyinatları

Çempionlar Liqası

31-07-2023, 11:0

“Qarabağ” ilk oyundakı məğlubiyyətə baxmayaraq, cütün favoritidi”

Manşet / Çempionlar Liqası

18-07-2023, 23:0

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Manşet / Çempionlar Liqası

27-07-2023, 23:0

"Rakuv"la oyunda zədələnən Elvin Cəfərquliyevin son durumu necədi? - AÇIQLAMA

Çempionlar Liqası

24-07-2023, 23:0

“Qarabağ” - “Rakuv” matçının biletləri satışa çıxarılır

Manşet / Çempionlar Liqası

24-07-2023, 21:0

“Rakuv” - “Qarabağ” matçını izləmək istəyən azarkeşlərin nəzərinə

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 211
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 187
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə