Xorvatiya çempionatında 20-ci turun oyunları keçirilir.
Football-plus.az xəbər verir ki, həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi “Dinamo” da bu gün növbəti matçına çıxıb. Zaqreb klubu “İstra 1961”i qonaq edib. Qarşılaşmada bir qol vurulub. Stefan Ristovski 37-ci dəqiqədə fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb.
Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasından izləyib.