• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zenit” və ÇSKA-dan 4 bahalı futbolçu ayrılıb

Dünya futbolu

28-07-2023, 22:0

Son günlər “Zenit”in azarkeşləri Malkoma görə narahatdılar.

"Football-plus.az" xəbər verir ki, komandanın aparıcı hücumçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Braziliyalı futbolçu Rusiya çempionatını böyük məbləğdə təzminat əvəzində tərk etməklə həmyerlisi Halkı arxada qoyaraq yeni rekord müəyyənləşdirib. İndi pu planda formalaşan siyahının ilk “10-luğ”una nəzər salacağıq.

1. Malkom
Hardan: Zenit
Hara: Əl-Hilal
Qiymət: 60 milyon avro
Artıq “Zenit”in prezidenti Aleksandr Medvedev Malkomun 60 milyon avroya satıldığını rəsmən bəyan edib. “Əl-Hilal” ona ilə 18 milyon avro maaş ödəyəcək. Əlbəttə, bu şərtlə üçillik müqavilədən imtina etmək asan deyildi. Dərhal 30 milyon avro alacaq Rusiya klubuna təzminatın qalan yarısı cari mövsümün souna qədər ödəniləcək. Maliyyə planında əla əməliyyatdı, amma əsas bombardirini itirəndən sonra premyer-liqanın dəyişməz çempionunun hücum xəttinin necə görünəcəyi sual doğurur. Premyer-liqada 2019-cu ildən indiyədək 84 oyuna 38 qol vuran Malkomun Səudiyyə Ərəbistanı çempionatında necə debüt edəcəyi də maraq doğurur. Yeri gəlmişkən, 26 yaşlı braziliyalı yeni komandasında Sergey Milinkoviç-Saviç, Kalidu Kulibali və Ruben Neveş kimi tanınmış həmkarlarıyla birgə oynayacaq.

2. Halk
Hardan: Zenit
Hara: Şanxay SİPQ
Qiymət: 56 milyon avro
Malkom artıq Halkın rekordunu yeniləyib. Braziliyalı hücumçu 2016-cı ildə yaxşıca pul qazanmaq üçün Çinə üz tutdu. Təəssüf ki, bununla da Avropanın “böyük beşlik” adlandırılan liqalarına yolunu birdəfəlik bağladı. İricüssəli Halk Rusiyada Artyom Dzyubanın futbolçu kimi inkişafında böyük rol oynayıb. Ona kəskin hücumlarda daha effektli oynamağı və yeri gələndə meydanın dərinliyindən həmlələr etməyi öyrədib. Halk 4 il ərzində Rusiya çempionatında 97 oyuna 56 qol vurmaqla “Zenit”in hücum xəttinin bir nömrəli oyunçusu olub. Amma paltardəyişmə otağında təsadüfən rusiyalılarla əcnəbilər arasında mübahisə də yaradıb. Məsələn, İqor Denisov onun maaşının çox yüksək olmasından narazılıq edirdi. Amma sankt-peterburqlular bir neçə ildən sonra Malkomun hər mənada liderliyi ilə barışmışdılar.

3. Leandro Paredes
Hardan: Zenit
Hara: PSJ
Qiymət: 40 milyon avro
“Zenit” 2019-cu ildə argentinalı yarımmüdafiəçini yetərincə baha qiymətə satdı. Paredes hazırda dünya çempionu olsa da, heç vaxt birmənalı şəkildə əla futbolçu sayılmayıb: nə “Roma”da, nə “Zenit”də, nə PSJ-də, nə də ötən mövsümü icarə əsasında keçirdiyi “Yuventus”da aparıcı oyunçular sırasına daxil edilib. Belə olmasaydı İtaliya nəhəngi bu yay onunla daimi əsasda müqavilə bağlayardı. Odu ki, Leandronun PSJ-yə 40 milyon avroya satılması klubun sabiq idman direktoru Xavyer Ribaltanın uğurlu əməliyyatı kimi dəyərləndirilir. Bir sözlə, “Zenit” forma və motivasiyasını asanlıqla itirən futbolçu ilə vaxtında vidalaşıb.

4. Villian
Hardan: Anji
Hara: Çelsi
Qiymət: 35,5 milyon avro
Belə ifadə etsək, göy qübbəsində kometə bənzəyən “Anji” Rusiya premyer-liqasının atmosferində yandı. Roberto Karlos və Samue Eto’O kimi məşhur futbolçular Mahaçqalada peyda olsalar da, klubun sabiq sahibinin uzun müddəti əhatə edən inkişaf planı yox idi. 2013-cü ildə Villiana görə “Şaxtyor”a 35 milyon avro ödəyən “Anji” rəhbərliyi bir neçə aydan sonra braziliyalı vingeri yarım milyon avro baha qiymətə “Çelsi”yə satdı. Rusiya çempionatı Villianın simasında çox yaxşı oyunçunu itirdi. Londonlularla iki dəfə İngiltərə çempionu olan futbolçu Avropa Liqasında da qalib gəldi.

5-6. Nikola Vlaşiç
Hardan: ÇSKA
Hara: Vest Hem
Qiymət: 30 milyon avro
Amma Nikola Vlaşiç Villiandan fərqli Rusiyanı tərk edəndən sonra uğur qazana bilmədi. ÇSKA-nın “Everton”dan aldığı xorvatiyalı yarımmüdafiəçi əvvəlki klubu ilə müqayisədə moskvalıların heyətində daha yaxşı təsir bağışladı. Onun 30 milyon avroya satıldığı “Vest Hem”ə də faydalı ola biləcəyi güman olunurdu. Lakin London klubunda möhkəmlənə bilmədi. Son mövsümü icarə qaydasıyla “Torino”da keçirən Nikola Aleksey Mirançukla birgə oynadı. Ancaq İtaliya klubu rusiyalı kimi onun da transfer hüququnu maliyyə probleminə görə almaq iqtidarında olmadı. ÇSKA isə Vlaşiçin satış qiymətinə görə heç də geri düşmədi. Hər halda, 25 yaşlı xorvatiyalı Moskva klubunun xəzinəsini azaltmadı ki, artırdı.

5-6. Aleksandr Qolovin
Hardan: ÇSKA
Hara: Monako
Qiymət: 30 milyon avro
ÇSKA-da 4 il keçirən Qolovin 2018-ci ildə 30 milyon avroya “Monako”ya satıldı. Onun xidmətində “Çelsi” və “Yuventus” da maraqlı idi. Amma “knyazlıq klubu” moskvalılara daha sərfəli təklif irəli sürməklə transferi reallaşdırdı. Aleksandr hazırkı komandasında aparıcı oyunçulardan sayılır. Amma ciddi bir problem var: “Monako” məşçiləri tez-tez dəyişir. Komandanın Liqa 1-də yüksək yerləri tuta bilməməsinə əsas səbəb kimi məhz bu amil göstərilir. Nəticədə Rusiya yığmasının 27 yaşlı yarımmüdafiəçisi istedadını Çempionlar Liqasında da nümayiş etdirə bilmir.

7-8. Esekyel Qaray
Hardan: Zenit
Hara: Valensiya
Qiymət: 24 milyon avro
2014-16-cı illərdə “Zenit”də oynayan Qarayın iş yerini dəyişməsinə Sankt-Peterburqda yaşamaq istəməyən həyat yoldaşı səbəbkar oldu. Tamara istəyinə çatdı və Valensiyada qərar tutdu. Təəssüf ki, Esekyel onu Londona yollanmaq üçün razı sala bilmədi. Yoxsa argentinalı futbolçu xidmətində maraqlı olan “Çelsi”də daha yaxşı karyera qura bilərdi. Ümumiyyətlə, onun böyük klublarla bəxti heç gətirməyib. “Real”ın əsas heyətində möhkəmlənə bilməyən Qarayın “Valensiya”dakı karyerasının da uğurlu alınmadığını demək olar. Bu klubdakı çıxışını 2020-ci ildə çanaq-bud oynağındakı xroniki problemlərə görə başa vurdu.

7-8. Jo
Hardan: ÇSKA
Hara: Mançester Siti
Qiymət: 24 milyon avro
Qaraya zədə sindromu mane oldusa, Jo karyerasını alkoqolizmə mübtəla olduğuna görə korladı. 2005-08-ci illərdə Rusiya çempionatında 53 oyuna 30 qol vuran braziliyalı hücumçu “Mançester Siti”də intizamsızlığına görə də möhkəmlənə bilmədi. Əvvəlcə “Everton”a, sonra isə “Qalatasaray”a icarəyə verildi. Sonra Braziliya, BƏƏ, Çin, Yaponiya və Səudiyyə Ərəbistanında top qovdu. Qeyd edək ki, ÇSKA-nı tərk edəndən sonra yalnız bir mövsümü məhsuldar keçirə bildi. Odu ki, “hərbçilər”in onu 24 milyon avroya satmaqla hər mənada qazandıqlarını düşünmək olar.

9-10. Kvinsi Promes
Hardan: Spartak
Hara: Sevilya
Qiymət: 21 milyon avro
2018-ci ildə “Spartak”dan 21 milyon avroya “Sevilya”ya yollanan niderlandlı yarımmüdafiəçi bu komandada yalnız bir mövsüm oynadı. 2019-cu ildə “Ayaks”da qərar tutsa da, məhkəmə prosesinə görə Amsterdamdan Moskva klubuna qayıtdı. Promes “Spartak”ın formasında ən çox qol vuran legionerdi. Təəssüf ki, qohumuna bir neçə il əvvəl bıçaqla xəsarət yetirən futbolçu karyrerasını quldurlarla əlbir olmaqla da böyük sual altına salıb. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması Kvinsini tezliklə “dəmir barmaqlıqlar” arxasına sala bilər.

9-10. Yuri Jirkov
Hardan: ÇSKA
Hara: Çelsi
Qiymət: 21 milyon avro
Jirkovun “Çelsi”dəki karyerası alnmadı. Halbuki bu kluba böyük ümidlərlə transfer olunmuşdu. Özü “Bavariya”da oynamaq istəyirdi. Lakin ÇSKA onu Roman Abramoviçin sabiq klubuna satdı. Londonda çox da qalmayan Yuri Moskvaya qayıtdı. O, xarici klublara 20 milyon avrodan baha qiymətə satılan üç rusiyalıdan biridi. Digər ikisini isə yuxarıda qeyd etdik: Jirkov Rusya vətəndaşlığını qəbul edən Malkom ilə Qolovindən geri qalır.
Yekunlaşdırsaq, şimal qonşumuzu daha baha qiymətə tərk edən ilk on futbolçudan dördü “Zenit”dən, dördü ÇSKA-dan, biri “Spartak”dan, biri də “Anji”dən ayrılıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-07-2023, 19:0

Rusiya klubu aparıcı hücumçusunu itirdi

Ölkə futbolu / Manşet

1-03-2023, 21:0

Ruslar Kadinin adının önünə yenə “2 milyon avro” yazır

Dünya futbolu

13-07-2023, 21:0

Səudiyyə Ərəbistanına daha bir avropalı yollandı

Dünya futbolu

24-06-2023, 22:0

O da Səudiyyə Ərəbistanına yollandı

Aktual

2-04-2022, 20:0

“Qarabağ” SSRİ məkanında altıncıdı

Aktual
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
Son xəbərlər
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Dünən, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Dünən, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə