Divok Orici böyük ehtimalla bu yay “Milan” tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, o, klubu ilə ABŞ turnesinə yollanmayıb. Bunun səbəbi belçikalı hücumçunun başqa kluba keçid ərəfsində olması ilə bağlıdı.
İtaliya mənbələri Oricinin İngiltərədə oynamaq şansının çox olduğunu xəbər verir. Onun xidmətində “Kristal Pelas” və “Vest Hem” maraqlıdı.