• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Musa Qurbanlını tənqid etməyə tələsməyin - KÖŞƏ

Manşet / Yazarlar

23-07-2023, 17:0

İsveç "Yurqorden"i ilə 3 illik müqavilə bağlayan Musa Qurbanlı dünən rəsmən debüt etdi.

Təəssüf ki, milli üzvünün "siftə"si düşərli alınmadı. Ölkə çempionatının 17-ci turu çərçivəsində lider "Elfsborq"a qarşı keçirilən görüş 0:4 hesablı darmadağınla bitdi. Nədənsə, bəzi idman yazarları və azarkeşlər dərhal Musanı tənqid etməyə başladılar. Niyə? Görünür, hücumçunun tərəfdarları, demək olar ki, hər matçda qol vurmasına öyrəşib. Üstəlik, onun sabiq klubu "Qarabağ" sonuncu dəfə 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" (İngiltərə) tərəfindən darmadağın edilib - 0:6.

Əlbəttə, Musadan gözləntilərin yüksək olması normaldı. Qurban Qurbanovun oğlu ötən mövsüm premyer-liqada şou göstərdi. Bəlkə də atası ona daha çox şans versəydi, lider Ramil Şeydayevi qabaqlayacaqdı. Ola bilsin, bu üzdən çoxları Musanı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Linkoln"u darmadağın edən (1:6) "Qarabağ"dan ölkə çempionatında diz çökən "Yurqorden"ə keçidinə görə qınayır. Amma mövzumuz bu deyil. Sual vermək olar ki, "Yurqorden"in ağır məğlubiyyətinin səbəbkarı həqiqətən Musadı? Odusa, sözünüzə qüvvət, beşini də deyin! Bəs deyilsə?

Qurbanlı qarşılaşmaya bir gün qalmış "alfonbladet.se" nəşrinə açıqlamasında bunları demişdi:

"Özümü yeni oyunçu kimi hiss etmirəm. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacardım. Hər şey yaxşıdı. Azarkeşlərin münasibətindən çox təsirləndim. Hamısının sevgisini hiss edirəm. Onlar üçün sona qədər mübarizə aparacam".


Beləliklə, Musa sözügedən matçın 58-ci dəqiqəsində meydana çıxdı. O vaxt ki, artıq rəqib 3:0 hesabı ilə öndə idi. Oyun başlar-başlamaz, daha dəqiq desək, 3-cü dəqiqədə "Elfsborq"un futbolçusu Aleksandr Bernhardsson (9 oyun, 4 qol, 1 məhsuldar ötürmə) hesabı açdı. Sürpriz "Yurqorden"in bütün planlarını pozdu. Buna oyunu izləyən hər kəs qarşıdakı dəqiqələrdə şahidlik etdi. Daha sonra danimarkalı Ceppe Okkelsin (15 oyun, 5 qol, 3 məhsuldar ötürmə) 21 və 42-ci dəqiqələrdə vurduğu qollar Musanın komandasını çökdürdü. Millimizin üzvü meydana çıxanda komandası fiziki və psixoloji cəhətdən çox yorğun idi. Bunu anlamaq üçün futbolçuların jest və mimikalarını görmək kifayət edirdi. "Yurqorden" hücuma keçməyə macal axtarırdı ki, islandiyalı Sveyn Aron Qudconsen (15 oyun, 4 qol) "ölümcül" zərbəni vurdu. Onun 66-cı dəqiqədə rəqibin qapı torunu sirkələməsi matçın taleyini həll etdi. Bundan sonra meydanda, sadəcə, 5-ci qolun qarşısını almaq üçün tər tökən "Yurqorden" gördük.

Hətta Musa matçın 90+4-cü dəqiqəsində İsveç çempionatında ilk qolunu vura bilərdi. Lakin komanda yoldaşları topu çox gec ötürdü. Artıq elfsborqlular özünü müdafiə xəttinə çatdırmışdı. Nəticədə qapıya qədər irəliləyib zərbə vuran futbolçu hədəfi dəqiq nişan ala bilmədi. Hakimin final fitinə saniyələr qalmış Musanın qapı önündə pərişan vəziyyətdə diz çökdüyünü izlədik.

Göründüyü kimi, qol müəlliflərinin statistik göstəriciləri də sözünü deyir. Ümumiyyətlə, "Elfsborq" 16 oyundan sonra 39 xalla turnir cədvəlinin zirvəsinə yerləşməsini məhz həmin futbolçulara borcludu. Reallıq budu ki, Musanın rəqibləri Azərbaycan premyer-liqasındakılardan daha güclüdü. Bu üzdən eyni nəticələrin tezliklə təkrarlanmasını gözləmək sadəlövhlük olar...

Beləliklə, sabiq "Qarabağ"lı meydana çıxanda hesab 0:3 idi. Düzdü, onun təsəlli qolu həm isveçli, həm də azərbaycanlı azarkeşlər üçün "səhrada su" effekti verə bilərdi. Alınmadı və bunu anlayışla qarşılamaq üçün xeyli səbəb var. Ona kömək edə biləcək futbolçuların hesab üzündən bitkinliyini qaneedici saymaq məntiqli deyil? Musadan daha yaxşı futbolçuların Azərbaycan çempionatında debütü həmişə uğurlu alınıb?

"Yurqorden"in sözügedən oyunun nəticəsini paylaşdıqdan sonra yaşananları da qeyd edim. Belə ki, posta 444 nəfər reaksiya verib. Onlardan 118-i "əsəbi", 192-si "məyus"du. 95-i isə məsələni "normal" qarşılayıb. Maraqlıdı ki, yazılan 200-dən çox rəyin demək olar hamısı həvəsləndiricidi. Azarkeşlər bundan sonra daha uğurlu olması üçün komandanı motivasiya etməyə çalışıblar. Bir çoxları fikirlərində klubun rəmzlərindən olan mavi, qırmızı və göy rəngli ürəklərdən istifadə edib. Fikirlərin arasında rəqib komandanın tərəfdarlarının alçaldıcı zarafatları və ya təhqirlərinə də rast gəlmək olmur.

Sözümün canı odu ki, darmadağın olan komandanın azarkeşləri bu qədər anlayışlıdısa, 21 yaşlı gənc futbolçumuza biz niyə anlayış göstərməyək? Tənqid etməyə tələsməyimizin səbəbi nədi? Futbolçu özü də bunu hiss edib ki, oyundan sonra sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib:

"Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq".

Əminəm ki, həmin narazılar qolların hansı dəqiqədə vurulduğunu belə bilmir. Bu üzdən yuxarıda qeyd olunan şəraitdə meydana çıxan adamı qınamaq asan olmamalıdı. Ən azı ümid edə bilərik ki, Mahirlə bağlı məlum hadisələr yaşanmayacaq. Yaşansa, söz verirəm, birinci daşı mən atacam.

İndi "Yurqorden"i Konfrans Liqasında sınaq gözləyir. İsveç təmsilçisi iyulun 27-də İsveçrə "Lutsern"i ilə "Stokholm Arena"da qarşılaşacaq. Gəlin, Musaya uğur arzulayaq. Bəlkə futbol mütəxəssisləri gələcəkdə onun haqda danışarkən 2023/24 mövsümünü "əfsanənin doğuşu" kimi qiymətləndirəcək?

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet

6-07-2023, 16:0

Musa Qurbanlını “Yurqorden”ə keçməyə kim razı salıb?

Aktual

22-07-2023, 19:0

Musa üçün uğursuz debüt: "Elfsburq" "Yurqorden"i darmadağın etdi - YENİLƏNİB

Aktual

21-07-2023, 21:0

Berqstrand Musanın qarşısında “yaşıl işıq yandırdı”

Dünya futbolu

8-07-2023, 20:0

"Yurqorden"in məşqçisi Musa Qurbanlı haqda danışdı

Aktual / Ölkə futbolu

11-07-2023, 17:0

Musa “Malmö”yə qarşı da oynaya bilməyəcək?

Aktual

17-07-2023, 18:0

Musa Qurbanlı bu gün debüt edə bilməyəcək

Aktual
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 15:28
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 269
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə