"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bundesliqa təmsilçisi ''Hoffenhaym''ın 15 milyon avroluq təklifini qəbul edib və danışıqlar üçün Salainin Almaniyaya yollanmasına icazə verib.
25 yaşlı futbolçunun tibbi müayinədən keçdikdən sonra ''Hoffenhaym'' ilə dördillik müqavilə imzalayacağı gözlənilir. ''Fənər' Salaini 2021-in yanvarında ''Apollon''dan 2,2 milyon avroya transfer etmişdi. Əsasən mərkəzdə oynayan, bəzən isə sol cinahda qərarlaşan Salai ''sarı-lacivərdlilər''in heyətində keçirdiyi 117 rəsmi oyunda 7 qol, 4 məhsuldar ötürməlik performans sərgilədi.
Salai Almaniyaya yola düşməmişdən öncə hava limanında türkiyəli jurnalistlərə bunları deyib:
''Duyğusal anlar yaşayıram. Çünki ''Fənərbaxça'' mənim üçün ailə kimi idi. Burda keçirdiyim 2,5 il ərzində çox gözəl təcrübə topladım. Həyatımın ən gözəl anlarını keçirdim. Hər kəsə təşəkkür edirəm. Bu ayrılıq vida deyil. Mütləq yenə görüşəcəyik. Türkiyəni və İstanbulu çox sevirəm. Bura mənim ikinci evimdi. Çox darıxacam. Vaxtım olduqda mütləq bura gələcəm və stadiondan ''Fənərbaxça''nı dəstəkləyəcəm. Bundan sonra ''Fənər''in ən böyük tərəfdarı olacam''.
ƏLİ



