Bu yığma Qəbələdə təlim-məşq toplanışı keçəcək

27.05.2022 16:45 422
Yığma
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.

"Football-plus.az" xəbər verir ki, matçlar iyunun 7-də və 10-da Qəbələdə baş tutacaq.

Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Azərbaycanın U-19 yığmasına Miloş Velebit başçılıq edir.