• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Barış Şimşək qış toplanışını ölkə xaricində keçirməyi düşünür

Manşet

21-07-2023, 14:0

Futbol ictimaiyyətinin 2023/24 “futbol ili”nə ciddi hazırlaşdığını bilirik.

Klublar daha yuxarı pillələr uğrunda mübarizə aparacaqsa, əlaqədar qurumlar daha peşəkar xidmət göstərmək istəyir. Komandalar fasilə dönəmini məşqlər və yoxlama görüşləri keçirərək dəyərləndirir. Bura qədər hər şey yaxşıdı. Qəribə odu ki, qarşılaşmaları idarə edəcək hakimlərlə bağlı hansısa rəsmi məlumat qeydə alınmayıb. Ötən mövsüm bir çox klubun ədalət təmsilçilərindən narazı qaldığını bilirik. Xatırlayırsızsa, baş məşqçilər və bəzi futbolçular həm mətbuat konfranslarında, həm də mediaya fərdi açıqlamalarında, azarkeşlər isə sosial şəbəkələrdə idarəçiliklə bağlı xeyli şikayətlənmişdi. Qəzetimizin “Hakimlərin mühakiməsi” rubrikasında biz də bu mövzuda jurnalist yanaşması ilə çıxış etmiş, iradlarımızı bildirmişdik.

Bütün tənqidlərdən sonra gözləmək olardi ki, artıq 5 ildi ölkə xaricinə yollanmayan hakimlər bu dəfə hazırlıq prosesinə daha ciddi yanaşacaqlar. Bəllidi ki, 2-ci liqanın təsis edilməsi, Region Liqası və əvəzedici komandaların çempionatı kimi matçların idarə edilməsi daha peşəkar yanaşma tələb edəcək. İlk mövsümdə işlərin daha çətin olacağını nəzərə alsaq, ədalət təmsilçilərinin hazırlığı yönündə böyük addımların atılması vacib idi. Lakin yeni “futbol ili”nin başlamasına iki həftə qalmasına baxmayaraq, hələ də hansısa addımdan söhbət getmir. Bununla yanaşı, bəzi qeyri-rəsmi məlumatlar ictimaiyyətdə çaşqınlıq yaradır. Hakimlərin gah Türkiyəyə yollanacağı, gah da yetərli maliyyə olmadığından ölkə daxilində toplanış keçirəcəyi tirajlanır. Bəs həqiqət necədi? “Qara paltarlılar” yeni mövsümə necə və harda hazırlaşır? Hansısa toplanış nəzərdə tutulub?

Bu suallarla AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyə müraciət etdik. Türkiyəli mütəxəssis yay toplanışı haqda "Football-plus.az"a bunları dedi:

“Liqanın başlama tarixini nəzərə alaraq, fitnes məşqçiləri ilə birlikdə planlarımızı qurduq. İyulun 3-də məşqlərə başlamışıq. Hakimlərimiz həftədə 6 məşqlə işlərini davam etdirir. Seminarımızı Bakıda keçirəcəyik. Həm həmişəki təlimçi komandamız, həm də xaricdən gələn ekspertlər bizimlə olacaq”.


Şimşək fasilə dönəmində görülən işləri belə dəyərləndirdi:

“Hazırlıq fitnes baxımından, qeyd etdiyimiz kimi, davam edir. Liqa başlamazdan əvvəl atletik sınaqlar keçiriləcək. Texniki cəhətdən seminar üçün bütün materiallar rəhbərliyim altında və təlimatçılar komandası ilə birgə hazırlanır. Komandamız yayboyu keçirilən bütün turnirləri izləyib. UEFA-nın iclaslarında iştirak etmişəm. Qayda dəyişiklikləri, UEFA-nın yeni təlimatları və təcrübələri üçün hazırlıq görmüşəm. Seminarda bütün bunlar hakimlərə və inspektorlara izah ediləcək”.


Mütəxəssisin dediklərindən anlaşıldı ki, hakimlər bu dəfə də ölkə xaricində toplaşmayacaq. Barış bəy səbəbi belə izah etdi:

“Bir çox ölkə və variantlar üzərində işləmişik. Xaricdə toplanışın müsbət və mənfi tərəfləri var. Hava şəraitinə görə belə toplanışlar qışda daha məntiqlidi. Bir çox ölkələr artıq kənardan hakimlərin yoldaşlıq matçını idarə etməsinə icazə vermir. Bütün variantları nəzərə alaraq qərara gəldik ki, Bakıda şərait daha idealdı. Bundan əlavə, ikinci liqanın yaradıldığını nəzərə alsaq, belə seminarlara mümkün qədər çox hakim və inspektor cəlb etmək lazımdı. Biz xaricdən ekspertləri dəvət edərək, ötən il olduğu kimi Bakıda ətraflı seminar keçirməyə üstünlük verdik. Ancaq qış toplanışında vəziyyət fərqli olacaq”.


Maraq üçün qeyd edək ki, hakimlərin ölkə xaricində keçirilən son təlim-məşq toplanışı 2018-ci ilin qışına təsadüf edib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Dünya futbolu

23-04-2023, 13:0

Türkiyədə 4 hakim cəzalandı

Premyer-liqa

1-08-2022, 15:0

AFFA-nın baş katibi və PFL prezidenti hakimlərlə görüşdü

1-ci liqa / Manşet

11-01-2023, 16:0

Divizion klubu ölkə xaricinə yollanacaq

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə