"Sabah"ın stadionunda işlər, demək olar, yekunlaşıb. "Bank Respublika Arena"ya UEFA nümayəndələrinin nə vaxt gəlib baxış keçirəcəkləri isə hələ də sual altındadı. Klubdan sonuncu dəfə iyulun 10-15-i aralığı nişan verilmişdi. Artıq bu müddət də geridə qalıb.
"Football-plus.az" olaraq bunu nəzərə alıb dünən klubun sözçüsü Elnur Həmidovla danışdıq:
"Hələ ki UEFA-dan cavab gözləyirik. Biz lazım olan işləri həyata keçirmişik. Yerində baxışa ehtiyac olmaya da bilər. Çünki görülən işlərlə bağlı qurumu müntəzəm məlumatlandırırıq".
Elnur bəydən Aleksey Kaşukla bağlı məsələyə də reaksiya aldıq:
"Kaşukun məsələsində qərar verəcək klub "Şaxtyor"du. Çünki futbolçu müqavilə ilə bu kluba məxsusdu. Hələ ki yenilik yoxdu".
ABDULLA İSMAYILOĞLU