Valbuena karyerasını başa vuracaq?

18.07.2023 17:43 1 631
Dünya futbolu
Matye Valbuena işsizə çevrilib.

"Football-plus.az" xəbər verir ki, Fransa millisinin sabiq oyunçusu “Olimpiakos”dan ayrılıb.

Yunanıstan klubunun mətbuat xidmətinin məlumatında 38 yaşlı yarımmüdafiəçinin müddəti sona çatan müqaviləsinin yenilənmədiyi bildirilib. Valbuena “Olimpiakos”da 2019-cu ildən çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 29 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun yaşıl meydanda qalıb-qalmayacağı hələ ki məlum deyil.

Matyenin karyerası ərzində “Liburn”, “Marsel”, Moskva “Dinamo”su, “Lion” və “Fənərbaxça”da oynadığını da xatırladaq. O, Fransa millisində 52 oyuna 8 qol vurub.